Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

“Xankəndinin qısa müddətdir azadlığına qovuşmasına baxmayaraq, burada həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb. Qarabağ Universitetində çox gözəl tələbələr təhsil alır”.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bunu diplomatik korpus nümayəndələrinin Qarabağa səfərində iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün jurnalistlərə bildirib.
O qeyd edib ki, bütün bu işlər Azərbaycan Prezidentinin göstərdiyi səylərin nəticəsində aparılır:
“Xankəndinin qısa müddətdir azadlığına qovuşmasına baxmayaraq, burada həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb. Qarabağ Universitetində çox gözəl tələbələr təhsil alır. Burada olmaqdan və Azərbaycan Hökumətinin gördüyü tədbirlərlə tanışlıqdan məmnunuq. Universitetin “İncəsənət” fakültəsini də ziyarət edərək, fakültənin tələbələrinin çıxışlarını izlədik. Qısa müddət ərzində burada çox istedadlı tələbələr yetişib. Onlar mühəndislik və xarici dillər üzrə təhsil alır. Bu isə həm Xankəndidə, həm də Şuşada, ümumiyyətlə, Qarabağda çox uğurlu tələbələrin yetişəcəyi deməkdir. Bütün bunlar Prezident İlham Əliyevin göstərdiyi səylərin nəticəsində həyata keçirilib. Bu işdə əməyi olan hər kəsi təbrik edirəm. Qardaş ölkəniz olaraq Azərbaycanın bu sahədəki uğurlarını görməkdən qürur duyuruq. Burada bərpa-quruculuq işləri tam sürətlə davam edir. Qarabağda inşa edilən yolları, məktəbləri görüb çox şad olduq. Bu gün bizim üçün sevindirici gündür”.
Digər Xəbərlər

Ceyhun Bayramov: İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır

Əminə Ağazadə MDB PA-nın iclasında məruzə ilə çıxış edib

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Sahibə Qafarova Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb - FOTOLAR

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - VİDEO

İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir
