20 Sentyabr 2024 10:32
4890
TEXNOLOGİYA

Türkiyədə kibertəhlükəsizlik üzrə nazirlik yaradılacaq

Türkiyədə kibertəhlükəsizlik üzrə nazirlik yaradılacaq.

Adalet.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı qanun layihəsinin noyabr ayında Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunması gözlənilir. Qeyd olunub ki, nazirlik birbaşa Prezident Administrasiyasına tabe olacaq.

Beləliklə, Türkiyədə kibertəhlükəsizlik gücləndiriləcək.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 19-da “Anadolu”nun efirində bu sahədə imkanların gücləndiriləcəyini demişdi.