20 Sentyabr 2024 18:11
4964
TEXNOLOGİYA

Ukrayna ordusuna "Telegram"dan istifadə qadağan olundu

Ukrayna Silahlı Qüvvələrinin məmurlarına və hərbçilərinə "Telegram"dan rəsmi cihazlarda istifadə etmək qadağan edilib. 

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 

Bu qərar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Milli Kibertəhlükəsizliyin Koordinasiya Mərkəzi tərəfindən qəbul edilib. 

Messengerin qadağan edilməsini müdafiə edənlər arasında Dövlət Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov da var. Onun sözlərinə görə, "Telegram" məsələsi söz azadlığı deyil, milli təhlükəsizlik məsələsidir.