18 Aprel 2025 09:29
214
DÜNYA

Ukrayna və ABŞ mineral ehtiyatlarla bağlı memorandum imzaladı

Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə razılaşma memorandumu imzalayıblar.

Adalet.az xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

“Biz komandalarımızın konstruktiv birgə işini və xalqlarımız üçün faydalı olacaq sazişi yekunlaşdırmaq və bağlamaq niyyətini təsdiq edən memorandum imzaladıq. Müqavilə əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq - komandaların sənəd üzərində işlədiyi məqsəd budur”, - deyə nazir qeyd edib.

Ukrayna mediası yazıb ki, memorandum razılaşma deyil. İmzalanan sənəd gələcəkdə tam saziş bağlamaq niyyətini təsdiqləyir.