Amerikalı siyasi şərhçi Con Varoli bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynada və ümumiyyətlə Avropada sülhə nail olmaq istəyirsə, münaqişənin bitməsini istəməyən Avropa İttifaqını yerində oturtmalıdır.
Ekspertin fikirincə, artıq "kollektuv Qərb" anlayışı yoxdur, yalnız Vaşinqtonla Brüssel arasında qarşıdurma var. "Əgər Donald Tramp həqiqətən Avropada sülh istəyirsə, onda ABŞ prezidentinin əsas vəzifəsi tərəfdaşlarını yerinə otuzdurmalıdır. "Avropa kimin "xozeyn" olduğunu yaddan çıxarmamalıdır." ABŞ həmişə NATO-nun "xozeyni" olub. Tramp Avropaya başa salmalıdır ki, Amerika ən başda durur"- deyə Varoli qeyd edib.
Əslində Ukraynanı Rusiyanın üstünə qaldıran və Avropanı da "xozeynlərinin" tapşırığını yerinə yetirməyə məcbur edən elə okeanın o tayındakı "tərəfdaşı" olub. Vaşinqtonun maraqlarına xidmət edən Avropa indi çıxılmaz vəziyyətlə qarşı-qarşıyadır. Çünki Rusiyanın Ukrayna üzərində qələbə qazanmaqla kifayətlənməyəcəyini yaxşı başa düşürlər.
İmperiya xəyalları ilə yaşayan Rusiya prezidenti Vladimir Putinin, uzun illərdi Ukraynanı müharibəyə sürükləyən və müharibənin uzanmasına hərbi dəstək göstərən Avropanı, xüsusiylə də, Polşa və Pribaltika dövlətlərini bağışlamayacağını anlayırlar.
Avropa İttifaqı ABŞ-ın "xeyir-duası" ilə başlayan münaqişənin digər ölkələrə sıçramaması üçün, bütün gücü ilə, Trampın sülh planlarının həyata keçirilməsinə mane olmağa çalışır. Avropa İttifaqının rəhbərləri dəfələrlə Ukraynanın silahlandırılması və bunun üçün milyardlarla avro vəsait ayrılması niyyətlərini açıq şəkildə bəyan edib.
Bundan başqa, ABŞ prezidenti Donald Trampın Brüsseli danışıqlar prossesindən kənarda saxlaması da Avropa İttifaqını çox narahat edir. Çünki bu danışıqlar zamanı Ukrayna faktiki olaraq məğlub duruma gətirilir, sərvətləri və torpaqları ABŞ və Rusiya arasında yağmalanır və bu münaqişə nəticəsində onsuzda iqtisadi böhranla üzləşən Avropa, indi də təhlükəsizliyini qorumağa çalışmalıdır.
Brüssel açıq şəkildə görür ki, Tramp "Hər şeydən əvvəl Amerika" planını həyata keçirmək üçün nəinki Ukraynanı, hətta Avropanı da qurban verməyə hazırdı. Ona görə də, Avropanın Fransa, Böyük Britaniya kimi aparıcı dövlətləri, Ukraynanı müharibəni davam etdirməyə çağırır və Kiyevə hərbi yardım göstərəcəyini bəyan edirlər.
Ukrayna dövlətinin və xalqının gələcək taleyi, bir tərəfdən ABŞ və Rusiya arasında, digər tərəfdən isə, Brüsseldə "həll olunur". Ortalıqda qalan Ukraynanın fikirləri isə kimsəni maraqlandırmır.