Ukraynanın müttəfiqləri Rusiyaya təzyiqi artıracaqlar - Makron

Ukraynanın Qərb müttəfiqləri Moskvanı atəşkəslə razılaşmağa sövq etmək üçün yaxın günlərdə Rusiyaya təzyiqləri artırmağı planlaşdırırlar.
Adalet.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.
“Paris Match”a müsahibəsində Makron ümid etdiyini bildirib ki, tərəflər indi həmişəkindən daha çox atəşkəsə yaxınlaşıb, lakin “ayıq-sayıq qalmalıdırlar”, çünki “tənliyin bir hissəsi” Moskvadan asılıdır.
“Yaxın 8-10 gün ərzində biz Kremlə təzyiqləri artıracağıq. Yalnız Ukraynaya təzyiq göstərmək düzgün deyil”, - Makron qeyd edib.
Fransa prezidenti Moskvaya “artan təzyiqlərin” konkret olaraq nədən ibarət olacağı barədə ətraflı məlumat verməyib.