14 Aprel 2025 10:30
318
ƏDƏBİYYAT

"Ulduz"lu görüşlər"in növbəti qonağı Azər Turan olub - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı "Ulduz" ədəbiyyat dərgisinin layihəsi davam edir.

"Ulduz"lu görüşlər"in növbəti qonağı tənqidçi, publisist, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan olub. AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi  olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb.

Azər Turan görüşü təşkil etdiyinə görə "Ulduz" ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Qonaq zəngin  milli düşüncə tariximizə nəzər salaraq,  ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk,  vətən və millət mövzuları  ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad,  Hüseyn Cavid, Məhəmməd Hadi,  Əli bəy Hüseynzadə kimi dühaların  yaradıcılığının öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sözügedən mövzularda  tələbələri maraqlandıran suallar cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib. 

Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.