Uzunmüddətli reabilitasiya tələb edən travmalar – Nazirliyin mütəxəssisi aydınlıq gətirir
“Ən çox reabilitasiya tələb edən travmalar çoxsaylı sınıqlar, açıq sınıqlar, böyük oynaq çıxıqları, kompression sınıqlarıdır”.
Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində travmatoloq Murad Davudov deyib.
Onun sözlərinə görə, bud, çanaq, onurğa, dirsək, çiyin, diz, aşıq-baldır nahiyyəsində olan sınıqlarda da uzunmüddətli reabilitasiya tövsiyə oluna bilər.
“Çünki bu tip sınıqlarda funksional bərpa prosesi çox mərhələli, sümük və oynaqların tam sağalması, əzələ tonusunun bərpası, funksional hərəkətlərin qaytarılması vaxt aparan ola bilər. Travma sonrası reabilitasiya, yəni sınıqdan sonrakı bərpa prosesi sınığın növünə, yerinə və sağalma mərhələsinə görə dəyişir. Bu zaman məqsəd mərhələli şəkildə əzələnin gücünü və koordinasiyasını, hərəkətliliyi və funksiyanı bərpa etməkdir. Buna misal kimi ultrasəs, maqnitoterapiya, elektrostimulyasiya, müxtəlif növ kompreslər və fizioterapiyanın digər prosedurlarını qeyd etmək olar”.
Travmatoloq bildirib ki, yüngül və ağrısız hərəkətlərdən başlamaq şərti ilə passiv və aktiv hərəkətlər:
“Masaj, əzələ gücləndirici məşqlər və s. kimi prosedurların hər birini reabilitasiyaya aid etmək olar. Bunlardan sonra reabilitoloqun nəzarəti altında reabilitasiya dövrünün daha aktiv bərpa mərhələsinə keçmək olar. Bu zaman diqqət etməli nüanslardan biri əgər reabilitasiya dövründə şiddətli ağrı, şişkinlik yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır”.
Digər Xəbərlər
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10


Bakı -°C

