22 Aprel 2025 13:37
677
MƏDƏNİYYƏT

Xalq artisti: “Təqaüd olmasa, məhv olaram”

Efirlərdən uzaq düşən Xalq artisti  Lətifə Əliyeva səhhətindən danışıb.

Adalet.az bildirir ki, 81 yaşlı aktrisa səhhətindəki problemlər aradan qalxan kimi filmlərə çəkilmək istəiyini söyləyib:

““Ayaqlarım ağrıyır, sağalsam, yaşıma uyğun istənilən obrazı oynayaram. Ürəyimdə bunun xiffətini çəkirəm. Prezidentin fərdi təqaüdçüsüyəm. Təqaüd olmasa, məhv olaram, müalicələrimi çatdırmaram. Bu yaxınlarda Zaur Baxşəliyevin təşkilatçılığı ilə reabilitasiya mərkəzində pulsuz müalicə aldım. Dizlərim əməliyyat olunmalıdır, amma qorxuram. Başım gicəllənir, heç yerə çıxa bilmirəm. Mənim də taleyim budur. Balalarım, nəvələrim mənə qulluq edir. Nə var ona qane oluram. Fikirləşmirəm ki, televiziyalar məni niyə efirə dəvət etmir. Evdar, əsəbi nənəyəm, müalicə alıram.”

Əntiqə