Xankəndi stadionu yenidən təmir olunur - FOTOLAR

Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib.
Adalet.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
III MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti prosesi sürətləndirilib. Stadionun tikintisinin bu ilin sentyabrına qədər başa çatdırılması nəzərdə tutulur.
15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu arenada keçirib. Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.
Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.
Digər Xəbərlər

İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR

Leyla Əliyeva Azərbaycan Tibb Universitetində - VİDEO

Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Macarıstanın Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub - VİDEO

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Rusiyanın "təmkin" çağırışı , yaxud, aptekdən çörək tələb edən alıcı

Quş qripi xəstəliyinə qarşı monitorinq keçiriləcək
