Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb

Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyata alınıb.
Adalet.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, Əsgəran-Xocalı yolunda aşkarlanan meyit qalıqları ilə laboratoriyada eyniləşdirmə işləri aparılacaq:
"Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb. Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərdən 10-nun meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınaraq sənədləşdirilir".
Digər Xəbərlər

Səbinə Əliyeva “Amnesty International”a etiraz məktubu ünvanladı

Kamran Əliyev yenidən Baş prokuror TƏYİN OLUNDU

Azad edilmiş ərazilərdə daha 381 mina aşkarlandı

İlham Əliyevdən 1,5 milyon manatlıq SƏRƏNCAM

Naxçıvanda yeni təyinatlar

"Xocalıda aşkarlanan meyit qalıqlarında işgəncə izlərinə rast gəlinir" - Eldar Səmədov
jpg-1746089949.jpg)
Hər ilin mayında Şuşanın eks "meri"nin nostalji"si qalxır:"Əsl sahib biz idik..."
