İndi satılan alçanı, çiyələyi, qarpızı yemək olmaz...
Bu gün bazar və marketlərdə vaxtından tez istixanalarda yetişdirilmis alça, çiyələk, qarpız, şaftalı və digər meyvələr satılır. Özü də çox baha qiymətlərə. Məsələn, alçanın bir kiloqramı yüz manata.
Eləcə də başqa meyvələrin də qiymət od tutub yanır. Təbii ki, pullu adamlar o meyvələrdən alırlar. Amma onların dadı mövsümdə yetişən alcanın, çiyələyin, qarpızın dadın vermir. Baş düşmək olmur ki, insanlar niyə mövsümdən qabaq bu zəhər dadan meyvələri yemək istəyir. Hansı ki, o meyvələr istixanada el dilində demiş olsaq, dava- dərmanla yetişdirilir. Tanınmış həkim, tibb elmlər namizədi Rəşid Mahmudov bizimlə söhbətində dedi ki, vaxtıdan tez istixanalarda yetişdirilmis meyvələri yemək insanlarda mütəlif xəstəliklər yarada bilər, çünki o məhsullara nə qədər dava- dərman edilir, onu bir Allah bilər. Əlbəttə, bu meyvələrin istehlakı sonda insanı mədə- bağırsaq xəstəliyinə qədər gətirib çıxara bilər.
Biz meyvələri ona görə yeyirik ki, onun tərkibində çoxlu vitaminlər var, onların bizə xeyirli dəyər. Belə meyvələr isə günəş şüası altında yerişir. Həmin meyvələr isə mövsümündə yeyilsə , daha xeyirli olar.Və bizim hər birimiz tələsməməli, o mövsümü gözləməliyik.Bax onda yeyilən meyvələr dadlı olur, insana xeyri var. Göründüyü kimi, Rəşid Mahmudovun fikirləri ilə razılaşmalı, onun məsləhətinə qulaq asmalıyıq ki, vaxtında tez istixanada yetişdirilmiş bu meyvələri yeyib pis vəziyyətə düşməyək. Yəni qaş düzəltdiyimiz yerdə vurub , göz çıxarmayaq!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10


Bakı -°C

