16 Aprel 2025 17:14
373
MƏMLƏKƏT

Yağıntının miqdarı normadan 2 dəfə çoxdur

Yağıntıların miqdarının artacağı gözləniləndir

Hazırda yağıntılar davam etdiyini nəzərə alsaq yağıntıların miqdarının artacağı gözləniləndir.

Adalet.az xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb:

"Son 15 saat ərzində bölgələrdən asılı olaraq yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir bu da aylıq normadan 2 dəfə çoxdur".