Zelenski: Kiyev ABŞ-nin verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək

Kiyev ABŞ-nin verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək.
Adalet.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna ABŞ-dən əvvəlki çərçivə sənədindən tamamilə fərqli olan kritik faydalı qazıntılar üzrə yeni saziş layihəsi alıb.
"Biz dəstəyə görə minnətdarıq, lakin bu kredit deyil və biz buna icazə verməyəcəyik".
Bundan əvvəl “Evropeiskaya pravda” nəşri məlumat verib ki, Ukrayna və ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir. Onun məbləği 120 milyard dolları keçə bilər.
Digər Xəbərlər

Peskov: Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə çalışır

Azərbaycanla sülhə nail olmağa çalışırıq - Xaçaturyan

İran ABŞ-a görə İsveçrəyə etiraz notası VERDİ
