Zəngəzur dəhlizinə ABŞ şirkəti nəzarət edəcək? - Hikmət Hacıyevdən AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib.
Adalet.az-ın məlumatına görə, o, Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində deyib ki, bu, Ermənistanın qərar verəcəyi məsələdir.
"Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq", - o vurğulayıb.
Digər Xəbərlər

Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü

Ceyhun Bayramov Saja Farooqu qəbul edib

İlham Əliyevdən 2 milyon manatlıq SƏRƏNCAM

Ceyhun Bayramov çex həmkarı ilə müzakirə apardı

Cenevrədə Qadın Parlament Sədrlərinin Sammiti keçirilib, Milli Məclisin sədri çıxış edib

Hikmət Hacıyev İran Təhlükəsizlik Şurasının katibi ilə telefonla danışıb

Ceyhun Bayramovla Baxtiyor Saidov arasında telefon danışığı olub
