DEYƏSƏN, 1988-Cİ İLƏ QAYIDIRIQ - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
3906 | 2022-11-24 12:34

Düzdür, o vaxt separatçıların lideri Vtali Balasanyanın hərbi rütbəsi yox idi, amma indi general-mayordu.

O vaxt Rusiyanın Xankəndindəki nümayəndəsi Arkadi Volski idi, heç bir rütbəsi də yox idi. İndi isə Xankəndində Rusiyanın nümayəndəsi Andrey Volkovdu, rütbəsi də general-mayordu.

Onda rusların hərbi hissəsi 366-cı atıcı batalyonda 500-600 əsgər vardı, indi Andrey Volkovun sərəncamında 2 min əsgər var.

Onda Azərbaycanın nizami ordusu yox idi, yalın əllə vuruşurdular, tankın qabağına avtomatla çıxırdılar, vahid komandanlıqdan da söhbət gedə bilməzdi.

İndi Azərbaycanın nizami ordusu var, ən müasir silah-sursatla təmin olunub və müdrik, eyni zamanda cəsarətli İlham Əliyev kimi vahid Ali Baş Komandanımız var.

Onda Vaqif Səmədoğlu demiş, yetim kimi tək idik, indi bizim Tıürkiyəmiz var, Pakistanımız var, Macarıstanımız, Qazaxıstanımız, Özbəkistanımız, Qırğızıstanımız var.

1988-ci ilə qayıtmaq istəyən erməniləri çıxdıqları deşiyə qədər qova biləcək xüsusi təyinatlılarımız, komandoslarımız, dəniz pişiklərimiz və bayrakdarlarımız var.

Və indi 1988-ci il deyil.

 

TƏQVİM / ARXİV