adalet.az header logo
  • Bakı -°C

Həyat dərsi - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
354 | 2025-12-15 14:26
A- A+

Unudulmaz İsmayıl Qarayevin kiçik bir hekayəsinə baxış
 

Həyat həqiqətləri bədii əsərə köçəndə inandırıcı olduğu qədər də düşündürücü olur.Elə bilirsən ki, müəllif bu  həqiqəti sənin  həyatından götürüb, sənin dilindən eşidib. Ona görə də gerçəkliyin acı və şirin tərəfli səni, yəni oxucunu düşünməyə məcbur edir. Öz dünyana çəkilib həmin həqiqətin cizgilərini yozursan. Bəzən bu yozum səni sərt suallarla qarşılaşdırır. Bəzən də bir çıxılmaz nöqtəyə aparır…
Bütün hallarda həqiqət müdirklərin də dediyi kimi canındakı acını  şirin kimi təqdim etmyi bacarır. Axı həqiqət nə qədər acı olsa da, sonu mütlləq yozumla başa çatır. Anlayışla, qəbul edilmiş qərarla təsdiqələnir.

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və çəkisi olan Azərbaycan dilinin bütün incəlikləri ilə yaradıcılığında  bir zərrə kimi incələyən yəni  onun şirəsini, şşəkərini oxucuya həzm etdirən imza sahiblərindən  biri də  İsmayıl Qarayevdir. Şəxsən mən onun yaradıcılıq dünyasına özümü yaxın bilən , ondan yararlanan bir oxucu kimi hər dəfə əvvəl mütailə etdiyim əsərə yenidən qaydanda  elə bilirəm ki, əsəri ilk dəfə oxuyuram. Bunun da səbəbi məhz  müəllifin yararlandığı DİLdir. (Yeri gəlmişkən, xatırladım ki, bu gün tanınmış yazıçımız, hörmətli Seuran Səxavətin də “Ölüm ayağında” olan dilimizin vəziyyəti artıq hamını düşündürür.  Hətta bununla bağlı ölkə prezidenti də öz mövqeyini ortaya qoydu- Ə.M).

Bu gün təkrar oxuduğum və yaddaşımda ağsaqqal, ağbirçəklərdən eşidib, həyatda da şahidi olduğum bir sözün, necə deyərlər bədii təsdiqi ilə üzləşdim. Cəmi  2-3 vərəq olan bir hekayə oxucu kimi məni eşitdiyim, həmçinin ekran əsərlərində şahidi olduğum, müəyyən mənada da insan psixologiyasını sadə bir üsulla sərgiləyən  fakt  bu hekayənin ana xəttidir. Belə ki  oxucu  bu kiçik həcmli hekayədə uşaq dilində səslənən bir sözün nələrə səbəb olduğunu, nələri yaşatdığını, nələrə vəsilə verdiyini görə bilir.

Hekayənin adı “ Bir gecənin hekayəsi”dir.  Hekayənin məzmunu ezamiyyətdən qayıtmış Əhlimanın kiçik yaşlı qızı ilə  ata-bala söhbətidir. Deməli Əhlimanın anası evdə yoxdur, bacısına baş çəkməyə gedib. Evdə həyat yoldaşı Gülsəfa və qızı Ülkərdir. Əhliman kiçik yaşlı qızını əzizləyir.Ona qızıl diş saldıracağını, qızıl saat alacağını söyləyir. Uşaq o qədər gözütoxdur ki, atası ona yenə  oyunçaq alacağını söyləyəndə bildirir ki “xalam alıbdır”. Əhliman soruşur ki, xalan bizə gəlmişdi?

Deyir ki, bəli.  Ata yenə soruşur: -Daha kim gəlmişdi?

 Ülkər uşaq səmimiyyəti ilə:
-Başmaqçı əmi.
Əhliman təəccüblə sualını təkrarlayır:
-Kim?
-Başmaqçı!

Və ardınca da başmaqçının evdə "Anasının üstünə çıxdığını da" atasına söyləyir. Bayaqdan qızının nazı ilə oynayan ata onu qucağından kənara atır. Uşaq nə baş verdiyini anlamır. Əlini atasının alnına qoyub" Ata, başn ağrayır ?" deyə soruşur. Əhliman ona  tərs- tərs baxır və Ülkər həyətdə paltar yuyan anasının yanına yüyürür:

-Atamın başı ağrayır- deyir. Sonra da uşaqlarla oynamağa gedir.

Gülsəfa isə əlində ağrıkəsici dərman Əhlimanın yanında gələndə  Əhlimanın öncə onun dərman uzadan əlin, sonra isə

 O əlin sahibini şillələyir.  Gülsəfa dörd illik ailə həyatında ilk dəfə Əhlimanı belə görür. İlk dəfə nə baş verdiyini anlaya bilmir. Yalnız gicəllənib yıxılandan sonra  dəryada fırtınaya  düşən gəmini xatırlayır…

Bəli, qısa məzmunu nəzərinizə çatdırdığım bu qısa hekayədə bir sözün, bir acı həqiqətin  yazıçı qələmində həyat reallığı olduğuna inanırsan. Necə  deyərlər  şübhəyə  zərrəcə yer qalmır!!

 Deməli, ustad qələmi oxucu qəlbinə o vaxt yol tapır ki, o, acı da olsa həqiqəti çatdırır, onu təqdim edə bilir. Təqdimat da oxucu üçün elə həyatın öz dərsi sayılır. Yəni həyatın verdiyi dərs…

TƏQVİM / ARXİV