Sahədə ora –bura qaçan qara –qura oğlanlara baxıram - qara olmaqlarına baxmayım ,hərəsinin neçə milyon qiyməti var. Vaxtilə babalarını uzaq ölkələrdən gətiriblər rahat ölkələrə ,yəni qul kimi gətiriblər, amma indi olublar ağa . Futbol oyundu ,amma qladiator savaşları hər zaman olub da. Futbolda “tamaşa və çörək” prinsiplərini davam etdirən ,əvvəllər ağacdan sarı bananları yığıb qarnını doyuran bu qara oğlanların indi vəziyyəti çox dəyişib. Ağaları dəyişib çünki...
Prinsiplər dəyişib çünki,dünyanın görkəmi azacıq dəyişib. Hollywoodun zənci ulduzlarına qara demək olar ??? Adamın gözün çıxararlar. İndi futbolda da qaralar ulduzdu da. Niyə əsəbləşirsizki? Futbol olmayan ölkədə bir komanda Avropaya gedib çıxıb . Həmin Avropada komandalardakı qaraların sayı necədi? Onlar hardan gəliblər? Banişevski deyirsiz. Onlara da sarıqulaq deyirdiniz də...
Baleti kim yaradıb, kinonu kim yaradıb,teatr hardan gəlib ? Olmasın indi ? Özünüz ordakı hakimlərdən betərsiz...Qırmızı kart hər zaman əlinizdə.
Hər zaman fərdlər , şəxsiyyətlər güclü olub bizim məmıəkətdə . Onlar daşıyıb çiyinlərində tarixi. Hardasa başlanmış tarixi inkişaf etdirə biliblər. Fərd olanlar ,şəxsiyyət olanlar. Amma fərd ola bilənlərin ağırdı işi --- bizim məmləkətdə şəxsiyyət olanlara qırmızı kart var. Amanın günüdü birdən futbolda milyonluq oyunçular oldu ???
Bura qəribə bir yerdi. Burada müxtəlif psixologiyalar toqquşur. Əsarətin yaratdığı hiylə, məkr, qul düşüncəsi türk etnosunun qan yaddaşı ilə gələn iddialarla üz-üzə gəlir. Çətinə düşəndə təzim eləyənlər, ikiqat olmağı bacaranlar bir az artıran kimi padşahlıq umusunda olurlar.
Əslində bizim hamımızın dəqiq bildiyimiz bir həqiqət var ki, nə qədər öyrənməyə çalışsaq da, elmi ixtiralardan bəhrələnsək də, Aya uçsaq da, okeanların dibinə enməyə cəhd eləsək də, biz həyatın yaranması, insan övladının bu günə qədər keçdiyi yol, dünyanın sirləri haqqında dəqiq heç nə bilmirik. Nə qədər oxusaq da, axtardığımız çox suallara cavab tapa bilmirik. Din kitabları bir söz deyir, elm kitabları başqa söz, nəyə inanacağımızı müəyyən eləmək çətindir. Elmi nəzəriyyələrəmi, dini ehkamlaramı? Öz adımdan danışım - yaşım artdıqca cavab tapa bilmədiyim sualların sayı artır. Amma din kitablarında inandığım bir fikir var - "Elə hikmətlər var ki, onların dalınca getməyin, çünki sirri Xudadır”.
Yəqin elə buna görə də izah eləmək olmur. Allah hamını bərabər yaradıbsa niyə irqlərə, millətlərə ayırıb? Niyə bu irqlərin bəziləri elə yarandığı ilk dövrlərin bəsitliyi ilə bu gün də mövcudluğunu davam etdirir? Niyə digərləri kosmosdakı evlərinin illüminatorundan Afrika cəngəlliklərindəki insan övladlarının tonqalətrafı rəqslərinə tamaşa edir? Onların insan olduğuna kimsə şübhə eləmir. Amma yuxarıda onlara baxanlar da insandır. Niyə belə fərqlənirlər?
Fərqlənmək istəyiniz varsa fərdlərə savaş açmayın!!!
Futbolçu yarada bilən fərd yetişib içimizdə !!! Avropadan gələn və burda Qurbanın yetişdirdiyi oğlanlar Avropada oynaya bilmirlər --- müəllim yoxdu. Müəllim yetişib içimizdə !!! Niyə viran qoyursuz ???
Dublyaj üçün səs tapılmıree .... Bütün filmlərə baxanda elə bilirsən eyni filmdi .... Müəllimi yoxdu bu sahənin də.
Hər yaşam mərhələsinin öz mənzərəsi var. Və zaman-zaman bu mənzərələri xatırlayanda göz önünə gələn parlaq, ya da solğun rənglər içində yaşatdıqlarının nə qədər sağlam olduğunun sığortasıdı bəlkə də... Müəyyən bir dövrdə kimlər qurub bu mozaik mənzərəni? Yəqin əsas sual budu – kimlər?
Və hər dəfə bir mərhələdən o birinə qədəm qoyanda, özünə verdiyin sözü tuta bilməyəndə, həyatına yeni-yeni insanlar daxil olanda bu çək-çevirin içində dörd istiqamətə baxa-baxa düşünürsən – qurulanlar dağılır, bəs kimlər bu viranənin altından salamat çıxacaq? Sən özün qərar verəcəksən ömür adlanan bu zəlzələnin sonrakı yaşamzədələri kim olacaq deyə... Bəzən itirdiklərinə təəssüf, bəzən də oxqay hissi ilə. Amma yeniliklərin qarşısını ala bilmərik... Gələn gələcək, olan olacaq...
Gizlədin QIRMIZI KARTI !!! Çirkli palan içi tökən TV-lərimizə göstərin , bizə azacıq sevinc yaradanlarımıza yox ....
Bir az fikirləşək bəlkə niyə belə oldu axı?
İnternetin,sosial şəbəkələrin imkanlarından öz xeyirlərinə istifadə edildi,öz mənafelərini qorumaq naminə istifadə edildi. Dövlət mənafeyi naminə yox. Dövlətin içində olan adamlarda dövlət anlayışı bu şəkildədisə sıradan adamlardan nə gözləyək?
Hörməti olan bir adam qoymadılar qalsın. İndi narazılıq edirik...Təbii nəticə bu olmalı deyildimi?
Mətbuat milliləşdirilməydi !!!! Özəlləşdirilməli deyildi. Və indi şəbəkələrin qarşısında bu aciz vəziyyət... Qırmızı kartı öz düşüncəsizliyimizə !!!