"Boş qalan qucaqlar" - Aydın Can yazır

AYDIN CANIYEV
38966 | 2021-04-07 11:40

günAYDIN!

səhəri dirigözlü açan, yuxusu qaçan, beyni çönən, əsəbi olan, dəngəsi pozulan qadınların ən müqtədir "yuxu (və həm də) dərmanı" həyatının kişilərinin sinəsinə baş qoyduqda hiss etdikləri ürəyin çırpıntılarıdır!

Ən gözəl layla odur, "Afina!"

Arzularınızın adı-günlərinizin rəngi-ömrünüzün sevinci-həyatınızın sevdası inci və dürr dənələrinə bürünsün deyə, başınızı boş(da) saxlamayın, sizə məxsus sinələr... ürəklərə "barmaqlıq"-qabırğalıq funksiyası daşımasın, "qadınlar üçün layla simfoniyası"nın notları bə(stə)lənmiş "piano dilləri"nə çevrilsin - 7 əsas qabırğa elə 7 notdur, qalan üçü "yalançı (məşuqələr, katibələr, ikinci ()üçüncü, dördüncü arvadlar) )) notlar"dır, elə edin ürəklər 7 notu dinləsin, qalan üçünün səsi bərk çıxanda sinə və baş boş(da) qalar!

p.s. bəd ayaqda "qabırğadan düzələn qadın" nağılına da uymaq olar: heç olmasa, qabırğa kimi yerinizdə olun, boş saxlamayın   

p.p.s. "Boş qalan qucaqlar" "muğam dəstgahı"nın "təsnif(lərindən daha bir)i" də bu etüddür!

SÖZƏ SÖYKƏK: əl-leyl surəsi

Bismillahir–rəhmanir-rəhim!

1. And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;

2. And olsun işıqlanmaqda olan gündüzə;

3. And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,

4. Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).

5. Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,

6. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,

7. Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!

8. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,

9. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,

10. Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)

11. (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

12. Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir).

13. Axirət də Bizim, dünya da Bizimdir!

14. (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.

15. Ora ancaq azğın (kafir) daxil olar.

16. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

17. Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

18. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,

19. Onun boynunda heç kəsin bir neməti (minnəti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).

20. O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

21. And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!

TƏQVİM / ARXİV