Yaxşı oğlanın sağlığına - Aydın Can yazır

AYDIN CANIYEV
86570 | 2020-08-21 15:42

Arada şeşələnirəm,qürrələnirəm, təkəbbürdən uzaq olsam da, fəxrlə deyirəm-danışıram... Özümdən, hesab da edirəm ki, mənim bunahaqqım var: vaxtında, qədərində sözün, siyasətin, insanlığın işıqlı insanlarınıtanımışam, tapmışam, danışdırmışam, yazmışam, dəyərləndirmişəm! Onlardan biri dəRəşad Məciddir. Rəşad Məcid bu gün öz oğlu Mirhacib Məcid üçün necə gözəlatadırsa, hər zaman, hətta özü cavan olanda belə istedadlı və işıqlı uşaqlara dəstəkolub! Rəşad Məcidi həm Mirhacib kimi oğulun atası, həm də yaxşı baba olduğunagörə - İpək nəvəsinin şəklindən və xoş arzularını paylaşmaqdan yana təbrik edirəm,bu müsahibəni də oxumağınızı istəyirəm!

Rəşad Məcid harda olmasından asılı olmayaraq, işıqlı və ağsaqqal adamdır! Daydurub ad günündə də ondan giley etmək nə əxlaqdandır, nə kişilikdən! Sadəcə,eşq olsun, heç bir halda incimədiyimiz Rəşad Məcid!

AYB KATİBİ,YAZIÇI-PUBLİSİST RƏŞAD MƏCİD: "ELƏ SANIRDIM, AMERIKANIN İRAQA HÜCUMUNUNQABAĞINI ALA BİLƏRƏM"

"HƏLƏ DƏİTMİŞ ÜRƏYİMİ AXTARIRAM..."

Rəşad Məcidi"yaxşı oğlan" kimi tanıyıblar - əvvəllər, Bakıya təzə gəldiyivaxtlarda. Sonra şeir yazan kimi - işıqlı, işığa meylli, imisti misralarla diqqəticəlb elədi. Ara qarışıb məzhəb itəndə qəzetçi oldu - özü də ən yaxşılardanbiri. Yağış yağıb, izlər itəndən sonra Rəşad Məcidin sorağı Yazıçılar Birliyindəngəldi - gənclərlə iş üzrə katib. Düzdü, ona qədər doğma Ağdamdan, Ağcabədidən,Şuşadan, külli-Qarabağdan səsi gəlməklə bahəm, Amerika, Cənubi Koreya, Fransa(siyahı uzundu - yer az, qalanı xarici pasportunda yazılıb) torpaqları da onunayağını öpdürdüyü məkanlardan oldu. Belə deyək ki, bütün bunlardan sonra dabaşlandı, nə başlandı!!! Nə? - Rəşad Məcidə hücumlar, iradlar, qınaqlar, burunlamalar,burun sallamalar və s. və i.a.

Amma vəlakin... Rəşad Məcid hələ də "yaxşı oğlan" olmağını qoruyub saxlayabilib! Yenə də qabağa qaçıb deyirəm, ona görə bu məqamı qoruya bilib ki, RəşadMəcid təkcə öz başına-istedadına güvənməyib - Tərcümə Mərkəzində işləyib; təkcəöz savadından və dünyagörüşündən bəhrələnməyib - elmlə həyatın sintezinin əsaslı,fayda gətirən üsullarıyla "Elm və həyat"da işləməklə tanış olub; təkcədost-tanış, mübarizə və əqidə inadkarlığıyla yox, həm də taleyin və zamanın gərdişində524 qəzetin içində baş çıxarmağın yollarını necə və nə cür yaşamağı sərgiləyənlərdənmənimsəyib!

Ən nəhayət,Rəşad Məcid hər zaman mühitində olduğu adamların ərkini o qədər qazanır ki,sonradan - dost kimi qalanda da, düşmənə çevriləndə də - istədiyi haqqında istədiyisözü çəkinmədən deyə bilir və qəribəsi də odur ki... haqlı olur, haqqı çatır!

Və bir də...Həmkarları onunyaşadığı kimi yaşamaq istəsələr də, əldə etdiklərinə həsədlə baxsalar da, heçbir halda onun keçdiyi yolu keçmək istəmirlər - bu fikri replika saymaq lazımdeyil!

Beləliklə:

"Məndənnarazı ola bilməzlər!"

- Rəşad müəllim,gənclər Sizdən narazıdılar! Niyə?

- Məndənümumilikdə narazı ola bilməzlər. Olsa-olsa, iki-üç nəfər narazı ola bilər. Kimlərideyirsən ki?

- QocalarAnardan, cavanlar Sizdən...

- Bəribaşdan deyim ki, sizin dediyiniz o "narazı gənclər"in simvolik birnümayəndəsi bu yaxınlarda özü etiraf etdi ki, siz bizi məhv etdiniz əməli töhfələrinizlə,yetişdirdiyiniz, ətrafınıza yığdığınız istedadlı gənclərlə. Doğrusu, bunu eşidəndəpis oldum, mənə çox ağırdı istedadlı uşaqların itkisi. Çünki özüm həmişə istedadlı uşaqları axtarıbtapmışam. Seymur Baycanın "Reytinq"də bir yazısı çıxmışdı, gətirib"525"-də böyük-böyük yazılarını verib ölkədə məşhurlaşdırmışam. QanTuralı. Balaca uşaq idi, elə yazılarını vermişəm ki, 525-də... Elnur Astanbəylideyə bilmərəm bizdə çıxış edib ya yox, onunla da narazı düşə biləcəyi işimolmayıb, normal münasibətimiz vardı. Aqşini də eləcə. Ancaq Yazıçılar Birliyinəkatib keçəndən sonra bunlar "incikliklərini" nümayiş etdirdilər. Mənsəbəbini, onlar isə nə istədiklərini bilmirlər. İrfan Ciftçi gəlmişdi Türkiyədən,Rasim Qaracadan tutmuş hamısını dəvət elədim, bir-bir söhbət elədim. Ammabunlar... Ancaqvə ancaq bizim yaşlı yazıçılara qarşı təhqiredici çıxışlara davam etdilər,qeyri-etik ifadələrə meydan verdilər, onda mən bunlardan qırılmağa başladım."525"-də çapının qarşısını aldım. Ancaq münasibətlərimiz qalır. TəkcəElnurdan başqa. Elnur da götürüb yazmışdı ki, guya Nuridə Atəşi ilə Almaniyadapriton açmışam, mən də cavabında "Alma" qəzetinə qarşı kəskin biryazı yazdım. Qan Turalıyla Türkiyəyə getmişik, kitab da alıb bağışlamışam, mənəbayaq mesaj da yazıb. Seymur arada incimişdi, yenə də o gün özüm zəng edibtapmışam. Bu günlərdə Aqşinlə görüşdüm. "O narazılar"ın haqqı yoxdu məndənnarazı qalmağa. Amma onların istədikləri ki vardı, hesab edirəm ki, onlar heçözləri də dərk etmirlər, nə istəyirlər. Məsələn, Rafiq Tağının həbsi dönəmindəbunlar islam dinindən imtina etmək istəyirdilər. Mən ən yüksək kürsülərdən də,jurnalistlərin qurultayında da dedim: "cəmiyyəti buna mərhələ-mərhələhazırlamaq lazımdır, ən sonda bu varianta əl atarsınız". Bunların təşkilatçılığındada, yeni metodlarla işləməklərində də belə kəm-kəsirlər var. Yenə də deyirəm: ouşaqlar istedadlı uşaqlardı, amma defektləri çoxdu. Ən çox məni heyrətləndirəndə bunların gör nəyə coşmalarıdı? Mən demişdim ki, Qan Turalı, Seymur Baycan,Elnur Astanbəylidən başqa 20 nəfərin hamısını Yazıçılar Birliyinə qəbul edərik.Bir halda ki, üzv olmaq istəmirsiniz, tədbirlərimizə qoşulmursunuz, bizimlə birsırada deyilsiniz, onda niyə coşursunuz? Əgər bunlar ürəklərində üzv olmaq istəyibdövlətin verdiyi imtiyazlardan istifadə etmək istəyirlərsə, xatırladıram: yenitəyin olunanda onların hamısıyla söhbət etmişəm.

- İndikiləraşağıda oturmaq istəmirlər, yuxarıda da yer vermirsiniz, üstəlik də ağıllarınavə ağızlarına gələni yazırlar - heç kimi bəyənmədən...

- Mən tərəfdarıyamki, gənclikdə bəyənməməzlik olsun, içində vulkan püskürsün, amma bu etiraz daimdavam edirsə, gülməli çıxır artıq. Seymurun ilk yazılarındakı qeyri-adi fikirləri- yüz dollara dinimdən imtina edərəm, iyirmi "şirvan"a neyniyərəm, -maraqlıydı, amma bu fikirlərlə diqqəti özünə cəlb edəndən sonra ciddi yazılarıortaya gəlmədi. Ciddi yazıları olmadıqca, ironiyaya çevriləcək diqqəti özünə cəlbetdirdiyi fikirləri. Biz sovet dövründə, ədəbiyyatın cəmiyyətə təsir gücü böyükolan mühitdə böyümüşük, amma indi dünyanı idarə edən qüvvələr üçün çoxmaraqlıdır ki, yüngül ədəbiyyat, şou meydan alsın, postmodernizmin bir prinsipidə ciddi dəyərləri ironiya hədəfinə çevirməkdir ki, müqəddəs heç nə qalmasın...

- O qüvvələrinvətənində kifayət qədər ciddi fikir, düşüncə və ədəbiyyat var, iqtisadiyyat dahəmçinin, Azərbaycanın ehtiyacı yoxdu axı... Cavabdeh adamlardan biri kimi, niyəmeydan tanıyırsınız, qınaq obyektinə çevirmirsiniz?

- Əvvəl mənpessimist olmuşam, indi cavanları görəndə fikirləşirəm ki, biz ədəbiyyatın təbliğiniikinci plana keçirmişik. Bir ölkənin ki, paytaxtında beş-altı, kəndlərində dəkitab mağazası heç olmaya, o ölkə fəlakətə gedir. Ədalət naminə bunu da deyim:biz bir müddət elə bir ictimai-siyasi dövr yaşadıq ki, elə problemlərlə üz-üzəqaldıq ki, əhali ədəbiyyatla maraqlanmaqdan vaz keçdi. Son vaxtlar ədəbiyyatamaraq yenidən artıb və bu maraq artdığından başlayıblar şair-yazıçıları dagünahlandırmağa ki, lazımi səviyyədə əsər yazmırlar. Düzdür, indi həqiqətən dəelə ciddi əsər yoxdu, amma proses var. Gənclər arasında elələri var ki, yaxınillərdə ciddi əsərləri ilə sözlərini deyəcəklər.

Ümumilikdəisə, ədəbiyyata, kitab təbliğinə münasibət dəyişməlidir. Bu qayğı ən ucqar kəndədə gedib çatmalıdı. Çünki Azərbaycan oxucusu fərd olaraq, heç bir fransızdan,ingilisdən, amerikalı və koreyalıdan geri qalmır.

- Buyaxınlarda Taleh Şahsuvarlı metaromanını təqdim etdi...

- TalehŞahsuvarlının özünə də demişəm, artıq yerlər var, amma ilk cəhd kimi çoxuğurludu, mən Talehdən heç gözləmirdim də. Bir gənci də deyə bilərəm: ElxanQaraqan. "A" romanı iki min nüsxə ilə çıxıb, müəllifinə qazanc da gətirir.Bu romanda gənclərin problemləri, harınlamış valideynlərin övladları, məmurlarıncavan qızları yoldan çıxarması və digər problemlər öz əksini tapıb. Mən də önsöz yazmışam. İyirmi yaşlı gəncin qələmindən əgər belə bir sanballı əsərçıxıbsa, deməli, sabaha ümidlə baxmaq olar və lazımdır. Üstəlik də indi xaricdəçoxlu gənclərimiz təhsil alır, orada şeirləri, hekayələri çap olunur.

- Sizinhaqqınız var ki, ortaya heç bir sanballı əsər qoymayıb, hər şeydən narazı gənclərdəntələb edəsiniz...

- Seymurunçox dəyərli köşə yazıları var, amma ədəbiyyatı lağlağıya çevirib. Yazdıqları daroman deyil. Əli Əkbər gicləmə bir şey yazıb. Halbuki Azərbaycanın elə problemlərivar ki, Azərbaycan mənəviyyatından çıxış edib ortaya çox sanballı əsərlə çıxmaqolar.

- Postmodernizmpərdəsinə bürünərək, hərə bir əndrabadi sicilləmə ortaya qoyacaq, sonra da diqtəedəcək ki, Qərbə inteqrasiyadı, gəlin, özümüz etdiyimizi sizə də öyrədək. Niyəbiz öyrənək? Öyrətmək gücündə deyilik ki?


- Qoy postmodernizm də olsun, millətçi də olsun, dinçidə. Cəmiyyəti yeknəsəqlikdən qurtarmaq lazımdı. Öyrətmək alınmır ona görə ki,bizdə kitab industriyası yoxdu. Mən optimistəm. Gənclərə inanıram. Onlardanbirinin adını çəkdim - Elxan Qaraqan. Ondan başqa, Qismət var, Zərdüşt Şəfizadəvar, Səməd Səfərov, Anar Amil, Rəbiqə Nazimqızı var. İmkan olsa, onlarla tədbirəsizi dəvət edərəm, görərsiniz. Təəssüf ki, adlarını çəkdiyiniz"narazı" gənclər siyasi jurnalistikaya yuvarlandılar, siyasibaxışlarını çox məhdud bir dairəyə sığışdırdılar və itirdilər. Düzdü, siyasətdədə ədəbiyyat var, amma bədii ədəbiyyat ən üstünüdür və daha çatımlı şəkildə özsözlərini deyə bilərdilər, bilmədilər, bacarmadılar. Amma onlar doğrudan daistedadlı uşaqlardı, ciddi ədəbiyyatla məşğul olsaydılar, çox da ciddi uğurlarqazanacaqdılar.

Onu da deyim ki, bizdə kitab industriyası olsaydı,onda siz deyən iddiada olmaq olardı. Baxın, Türkiyədə hansı proseslər gedir.Artıq Elif Şefeqi Nobel mükafatı almağa layiq namizədlər sırasında görürlər.

- Elnur Astanbəyli deyir ki, iki aylıq təminatım olsa,Yaşar Kamalı, Nodar Dumbadzeni, Çoxelini və iyirmi birinci əsr yapon ədibləriniayağa qaldıracaq qədər güclü əsərlər yazacam. Yazıçılar Birliyi ona yardım edəbilməzmi?

- Elnur Yazıçılar Birliyini söyür, ölkə rəhbərliyinə təhqiryağdırır, Yazıçılar Birliyinə üzv olmaq istəmir, biz ona nə şərait yaratmalıyıqvə niyə yaratmalıyıq? Digər tərəfdən, Elnur dahi-filan deyil, orta səviyyəlijurnalistdi.

- Mən "narazılar"ın təmsilçisi kimidanışmıram. Axı təqaüd alanlar da ortaya ciddi bir şey qoymayıblar.

- Mənim adlarını sadaladığım uşaqlar yaxın illərdə öz əsərləriyləhəm Azərbaycan, həm də dünya ədəbiyyatında layiq olduqları yeri tutacaqlar.Onların içində on dənə Seymur Baycan,

Qan Turalı, Elnur Astanbəyli var. Seymur Baycan, QanTuralı, Elnur Astanbəyli təqaüd istəyirdilərsə, gələydilər, onlar da alaydılar.

- Hesab etmirsiniz ki, bizdə sözlə düşmənçilik var?

- Bəziləri açıq-aydın yazır ki, bizə çatan Azərbaycandilini sındırmaq lazımdı, məhv etmək lazımdı. Dilin qoruyucusu olan adamındilindən elə fikir səslənirsə, ondan nə gözləmək olar?

- Siz məmur ola bildiniz, yoxsa isti, işıqlı sətirləryazan Rəşad Məcid kimi qaldınız?

- Şair kimi mümkün deyil mənim şeir yazmağım. Bir dəfədemişəm: Folkner deyirdi ki, şeir yazmaq üçün münasib dövr 27 yaşacandı. Mənim27 yaşım 88-in fevralında baş verən ağrılı-acılı, sarsıntılı-itkili 24 yaşımdabitdi. Amma bunun əvəzində bir istedadlı gənci tapmaq mənə zövq verir. Şeiryazmaq imkanlarım məhduddu, amma ümidliyəm ki, haçansa yenə yazaram.

- Ədib humanizmi məmur sərtliyiylə əvəzlənməyib?

- Yox! Necəydisə xarakterim, elə də qalıb. Əslində bumənə zövq verir - ən müxtəlif təbəqənin, yönün, düşüncənin təmsilçiləri ilə diltapa bilirəm!

- Malik olduqlarınızı əldə edərkən nələrisə itirmədiniz?

- Mənə elə gəlir ki, ən çətin yol elə budu. Məsələburasındadı ki, əldə etdiklərimə mən can atmamışam. Düzdü, cavan olandajurnalist kimi baş redaktor, yazıçı-şair kimi Yazıçılar Birliyinin katibi olmaqistəyim olub. Mən də bunlara çatmışam, amma mübarizə aparmamışam, taleyin qismətidə öz rolunu oynayıb.

- Hansı obraz çatmır, ədiblər hansı obrazı yazmır?

- ...Onu gərək fikirləşəm. Əslinə qalanda, indikiboşluq - istər ədəbiyyatda, istər kinoda - son illərin bizə vurduğu yaralarınmirasıdı! Biz yaralanmış insanlarıq, ona görə özümüzü ifadə edə bilmədik. Cavannəsil bunu bacaracaq!

- Kimləri oxuyursunuz?

- Koelronu, Elif Şefeqi, Orxan Pamuku, rusca, türkcəolan ədəbi dərgiləri..

- Elə əsərimiz varmı ki, dünyaya təqdim etmək üçün TərcüməMərkəzinə verəsiniz?

- Yox, yoxdur. Söhbət indidən gedirsə, Azərbaycanıdünyaya tanıdacaq fundamental əsər yoxdu. Müəyyən məqamlarına görə Anar müəllimin"Ağ qoç, qara qoç" əsərindən bəzi fraqmentləri vermək olar, ancaqqalın əsər yoxdu.

- Niyə o iddiada deyilsiniz ki, dünya ədəbiyyatına AzərbaycanRəşad Məcid imzası ilə çıxsın? "Narazı uşaqlar" imkansızlıqdan, şəraitsizlikdəngileylənir, Siz ki, qismən də olsa, təmin olunmusunuz.

- O imkanları mənim əlimdən indi məşğul olduğum işləraldı. Yaradıcılığa sərf etməli olduğum vaxtı istedadlı uşaqları üzə çıxarmağa sərfetdim. Bir dəfə demişəm ki, Rəşad Məcid Ramiz Rövşəndən yaxşı yazmayacaqsa, eləRamiz Rövşəni təbliğ etsə, yaxşıdır. Bəlkə də oxuduğum əsərlər səviyyəsindəyaza bilmək gücümün olmadığını hiss edib yazmıram - bu da var. Olan enerjini dəistedadlı uşaqlara yardımçı olmağa sərf etdiyimdəndi bəlkə də, o əsəri yazmağagüc qalmır. "10 sentyabr"ı yazanda elə bilirdim Amerikanın İraqahücumunun qabağını ala bilərəm. Yenə də elə ovqat yaranar, yenə də elə bir əsəryaza bilərəm...

- İndiki durumdan razısınızmı?

- Ədəbiyyatın inkişafı üçün şərait yaradılmalıdı,investisiya qoyulmalıdı. Təəssüf ki, biz bu investisiyanı qoya bilmədik.

- Şərait yaratmalı cavabdeh şəxslərdən biri Sizdeyilsiniz ki?

- Yox! Mən gənclərlə iş üzrə katibəm və hesab edirəmki, öz işimin öhdəsindən gəlirəm, üç-beş narazı varsa, bu da şəxsi münasibətdənirəli gəlir, yüzü işimdən razıdır. Qəzetim ölkənin ən yaxşı ədəbiyyat qəzetikimi ən yüksək dairələrdə qəbul olunur. "525"-in əllidən artıq əməkdaşıartıq dövlət qurumlarında, xarici şirkətlərdə, radio-televiziya kanallarında işəcəlb olunub.

- Sizi niyə etiraf eləmirlər?

- İstedadına inandığım insanlardan gələn təşəkkürmesajları mənim üçün ən böyük etirafdır.

- Hansı prinsip təbliğ olunmalıdı: yaşamaq olmur,yoxsa necə yaşamalı?

- Mənə elə gəlir ki, hər ikisi. Sadəcə, yazıçı bunlarıuzlaşdırmalıdır.

- Alınmır axı - Dostoyevskidən professional ola bilməzlərki... Olmaz ki, "yaşamaq olmur" deyənlərə yaşamaq üçün şəraityaradılsın?

- Olar! Mən mümkün qədər əlimdən gələni etməyəçalışıram ki, ölməsinlər. O ayrı söhbətdir ki, adam dırmaşıb qayanın başına,özünü dərəyə atmaqda israrlıdır.

- Olmazmı cavanlara başa salasınız ki,"qoca"ları söyməsinlər, özləri sanballı əsərlə ortaya çıxsınlar?

- Olar. Son illər dəfələrlə şərait yaratmışam ki,söyüşü, qeyri-etik ifadələri qocalara ünvanlamaqdansa, ən yaxşı əsərin ünvanınıtapsınlar, yazmağı öyrənsinlər. Amma onlar qaya başında durub tullanan kimi dətullanmırlar, zirvəyə ucalmağın ləzzətini də duymaq istəmirlər. Addım-addımuğurları əldə etməkdənsə, tez gəlib tez də gedən şöhrətin əsirinə çevrilir,"maniya veliçiya"dan qurtula bilmirlər.

- Siz ədəbiyyatda varsınızmı?

- Şukşin deyirdi, - səhv eləmirəmsə, - kənddən şəhərəgələndə sənət adamları mənim gözümdə ilahi idi, bir də gördüm onların içindəyəm.İndi mən də elə. 15-16 yaşında ilahi saydığım adamların 90 faizi təkcəyazdıqlarıma görə yox, həm də gördüyüm işə, çıxardığım qəzetə görə ən müxtəlifsəviyyələrdə etiraf edirlər.

- Zəif əsərlərin çapından narahat deyilsiniz?

- Yox. Zəif əsərlər bir dəfədən artıq oxunmayacaq. Çünkigüclü əsərlər yazılacaq.

- Neyləmək lazımdır?

- Kitab industriyası yaratmaq.

- "Narazılar"la neyləməli?

- Hesab edirəm ki, onlar məni çox istəyirlər, sadəcə,cırnadırlar. Yaxşı əsərlər yazmağa başlasalar, narazılıqları itəcək.

- Rəşad Məcidin hansı şeir(lər)ini tövsiyə edərdiniz?

- "Yastıq", "Hələ ki vaxt var","Tapdım" - 1996-ı ildə "Azadlıq"da Ramiz Rövşənin təqdimatındabir səhifə şeirim çıxıb, hətta dostumuz Azər Əhmədov birinci səhifəyəçıxarmışdı ki, "Rəşad Məcid itmiş ürəyinin yerini tapıb"

Amma mən hesab edirəm ki, hələ də itmiş ürəyimiaxtarıram... sizə deyim ki, 1996-dan bəri hələ də tapmamışam.

- Tapsanız nəolacaq ki?

- Tapsam,poeziya gələcək...

SÖHBƏTİNSONU: Rəşad Məcidin dediklərində çox ağrılı bir məqam vardı - doğrudan da, o həmişəistedadlı uşaqları ətrafına yığıb! Bir vaxtlar Yusif Rzayev, ŞahvələdÇobanoğlu, təvazökarlıq olmasa da, Aydın Canıyev Rəşad Məcidin"istedadlı" qrafasında Mehman Cavadoğlunun yanında yüksək tutduğuimzalar idi.

Siyasi publisistikaya yuvarlanma o imzaları indi"persona non-qrata" qrafasına salıb!

Bir ara da Qan Turalı, Seymur Baycan, Elnur Astanbəyli,Aqşin Rəşad Məcidin Anarın yanında "istedadlı" qrafasında yüksəktutduğu imzalar oldu.

Deyəsən, Qan Turalı, Seymur Baycan, Elnur Astanbəyli,Aqşin siyasi publisistikaya yuvarlanıb imzalarının "personanon-qrata" qrafasına düşmələrinin fərqində deyillər!

Onda da ədəbiyyat itirdi, indi də ədəbiyyat itirir!!!

Rəşad Məcid heç nə itirmir - əksinə, illərin peşindəxatirələrdə "yaxşı oğlan" kimi qalır!

Xatirələrdə onu həm də isti, ilıq misraları,"istedad qayğısı" imici yaşadır!

Onun şair, yazıçı, jurnalist imici də həmişə cavanqalacaq - həmişə cavanlarladır!

İstedad cavanlar üçün markadır - qocaya istedadlıdırdemirlər axı!

Doğrudan da, düşünməyə dəyər - hələ ki,vaxt var!


TƏQVİM / ARXİV