adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Iyun 2016 12:34
291954
MODA
A- A+

“Excelsior Hotel & Baku” otelində moda gecəsi - Foto

25 iyun tarixində "Excelsior Hotel Baku” otelinin və FMS Models model agentliyin təşkilatçılığı ilə keçirilən "Baku Fashion Night” tədbirinə biletlərin qiyməti 10, 20 və 30 AZN təşkil edir. Birinci sırada olan yerlərin qiyməti 30 AZN, ikinci sırada olan yerlərin qiyməti 20 AZN təşkil edir. "Baku Fashion Night 2016” moda gecəsinin qonaqlarını maraqlı və rəngarəng proqram gözləyir.

Proqrama dizayner Mehriban Məlikovanın toxunma çimərlik geyimləri, dizayner Alyona Salimovanın İrlandiya texnikası ilə toxunmuş yay paltarların kolleksiyası və dizayner Sehri Rəhimovanın incəlik adlanan yay kolleksiyası nümayiş olunacaq. Həmçinin, tədbirdə rəssam-keramist Vüsalə Ağaraziyevanın sərgisi və gənc Azərbaycan dizaynerlərinin aksessuarların, bijuteriyaların və ziynət əşyaların sərgisi təqdim olunacaq.

Посмотреть увеличенное изображение

Şənbə gecəsini öz gözəl səsi ilə pianoçu, vokalist və məşhur musiqiçi Aysel Məmmədova daha da xoş edəcək. Biletləri "Excelsior Hotel & SPA" otelində əldə edə bilərsiz. Əlaqə nömrəsi: (012) 496 80 00.

"Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.