Bu da dünyanın ən yaraşıqlı kişisi
Dünyanın
ən arzulanan kişisi seçilib. Böyük Britaniyanın Soutport şəhərində keçirilən Mister
World 2016 gözəllik müsabiqəsində güclü cinsin ən yaraşıqlısı müəyyənləşib. Bu,
27 yaşlı hind aktyoru Rohit Kandelvaldır.
Əslən
Heydərabad şəhərindən olan bu aktyorun fotoqrafı deyir ki, o, əyalətdən təzə
gələndə adi oğlan idi. Onu ancaq epizodik rollarda çəkirdilər. Sonra qarşısına
məqsəd qoydu, davamlı idman məşqləri və bir neçə estetik əməliyyatlarla nəhayət
arzusuna çatdı. Əvvəlcə Hindistanın ən yaraşıqlı kişisi seçildi, sonra dünyanı
gözəlliyi ilə fəth etdi.