adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Sındırılan bütövlük

FƏRİDƏ RƏHİMLİ
46247 | 2013-02-09 00:35

O, hər evinsevimli qonağı idi. Hər gəncin ürəyində sabaha inamı, təpəri, gözəllərinsevgililərini bənzətdikləri yenilməz qəhrəman, məktəblilərin təsəvvüründəkielin azadlıq tərənnümçüsü Babək, haqq şairi Nəsimi, oğuz elinin qolubükülməzigidi Beyrəkg daha kimlər, kimlər...

Millikinomuzun, milli mədəniyyətimizin inkişafında misilsiz əməyi, zəhməti olan,gənc yaşlarından xalqın sevgisini, filmlərimizdəki əvəzsiz xidməti sayəsindəmənfi - müsbətliyindən asılı olmadan bütün obrazları müvəffəqiyyət qazanmışRasim Balayev haqqında düşünürəm. Üzərindəki qara buludlar çəkildimi,bilmirəm...

Nədənsəinsana sağlığında qiymət vermək kimi şakərimizyoxdu. Tarixən bizdə yüksək rütbəlilərin sevdikləri qiymətləndirilib.İnsana sağlığıda qiymət vermək, onun təcrübəsindən istifadə etmək, bildikləriniyeni gələn nəslə aşılaması üçün şərait yaratmaq, qiymətli fikirlərini, müsahibələrinilentə almaq, şəxsi həyatı, nümunə ola biləcəkdavranışları haqda məlumatlandırılmaq varkən, bunları növbəti sabahlara saxlayaraq itirdiklərimizin fərqinəvarmırıq...

Onunçəkildiyi filmləri hamı bəyənirdi. Aktyorluğu səsiylə həmahəng idi. Filmə baxarkənBabək, Nəsimi, yaxud Beyrəklə üzbəüz olurdun sanki. İnsanın ürəyini riqqətəgətirən səsi, diksiyası, üzünün, gözlərinin ifadəsi, çılğın monoloqlarıəvəzedilməz idi. Yazdıqlarımın keçmiş zamanla ifadə olunması onunla əlaqədardıki, indi onu rolda yox, həyat reallığında çarpışan görürəm. Bu qədər xidmətləriolan sənətkarın - Babəkin xırdalıqların səviyyəsinə endirilməsinə təəssüfedirəm. Hətta onun bu olayda günahı olmuş olsaydı da belə, o xidmətlərinə görəbunu "görməmək" də olardı. Bu, dünyada qəbul olunmuş aksiomadır ki,məşhurların, istedadlıların kaprizləriolur və bu adi qarşılanır. Səhv etmirəmsə, xalq artistləri(miz deyəbilmirəm!) Faiq Ağayevin, Aygün Kazımovanın da bir vaxtlar "yayınma"faktları mediada hallandı. Özü də külli miqdarda. Amma bu qədər səs-küyə,narahatçılığa səbəb olmadı. Həm də axı Xalq artisti var, "xalqartisti" var...

Eşitdiyiməgörə Rasim Balayev yeni filmə çəkilir. Son olaylar onun yaradıcılığına təsir edəcəkmi, bilmirəm.Amma nə olursa, olsun, o həmişə xalqın sevimlisi olub, yenə olacaq. Əsl xalqsevgisini qazananları heç bir vəchlə gözdən salmaq olmur. Zaman keçsə də,ictimai - siyasi vəziyyət, quruluşlar, baxışlar dəyişsə belə, Azərbaycankinematoqrafiyasında Rasim Balayev fenomeni dəyişməz qalacaq. Yəqin ki, milli kinomuzdayeni babəklər, nəsimilər, beyrəklər yaradılmayacaq. Çünki indi çoxlarınınxarici yazarların əsərlərini oxuduqları ilə fəxr etdikləri, yeri gəldi-gəlmədionlardan misallar çəkib, ətrafdakıların gözünə soxmaq istədikləri kimi,teatrımız, kinomuz da dəxli oldu-olmadı xarici ssenaristlərin əsərlərinəmüraciət etmələri ilə öyünürlər. Çoxehtiyacımız olan, indiki durumda özümüzün reallıqlarımızdan yazılan (əgərvarsa!) əsərlər lentə alınsa, tamaşaya qoyulsa daha dəyərli, lazımlı olar vəoxucu, tamaşaçı da nəyə baxdığını, niyə baxdığını dəqiqləşdirmiş olar."Əvvəl evin içi, sonra çölü"- deyib atalar.

Keçmişiunudan onu yenidən yaşamağa məhkumdur - Amerika filosofu Corc Santayana deyibbunu. Bizsə ununda - unuda gedirik və ona görə də təkrar - təkrar yaşayırıqeyni müsibətləri. C.Santayananın vətəni kəşf olunanda bizim xalq yer üzündəminilliklərdi yaşayırdı. Amma indi onlar bizə ağsaqqallıq edirlər. Çünki onlarmüsibətlərini təkrar yaşamayıblar bizim qədər. Dərs alıblar gördüklərindən,qiymətləndiriblər qiymətlilərini...

Elə Rasim Balayevin sənətinə, xidmətlərinə gözyummaq da unutqanlıqlarımızdan, mənəvi itkilərimizdən biridi...

QulağımaNəsiminin, Babəkin möhtəşəm, insanı qələbəyə ruhlandıran səsi gəlir:

Ey bülbüli- şeyda, nə giriftari - qəfəssən,

Sındırqəfəsi, tazə gülüstan tələb eylə!

... Bir günazad yaşamaq...

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV