adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Noyabr 2016 13:31
98031
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                      ***

Aqşin Yenisey:"Bu səhər ilk dəfə qarşıma bir türk BOMJ-u çıxdı; üzündə naməlum təbəssüm, əlində kirli içki şüşəsi, əynindəki köhnə gödəkcənin isə üstünə isə iri hərflərlə yazılıb: "Özel Güvenlik!" - Yeriyən bir türk tragikomediyası!"


                                                                     ***

Günel Fərhad Emin:"Bir çox kişilər elə bilirlər ki, məni bişirir, əldə edir, qurbanına çevirirlər. Daha demirlər ki, onlar insandır, mənsə şeytan kimiyəm, fələkəm, onların saydığını mən saymıram)))Özlərindən xəbərləri yoxdur hələ)))Az qalıb, cücələri mən qışda sayıram".



                                                                     ***

Ayxan Ayvaz:"Belə havalarda sevgilinizi tərk etməyin, ayrılmayın ondan. Hava soyuq, dərd ağır, qazı da kəsiblər. Çətin olar deyilmi? Soyuq havalarda tərk etməyin sevgilinizi. Ən azından yazı gözləyin, ya da yayı".


                                                                     ***

Nicat Həşimzadə:"Qışın çovğun günlərində açıq havada işləyən analar, atalar var. Onlar şaxtaya, soyuğa dözərək övlad oxudur, Azərbaycanın gələcəyini yaradırlar. Yazılarıma görə yaxşı qonorar aldığım zamanlarda bazarı dolanır, ən yaşlı adamlardan meyvə, tərəvəz alardım. Gözəl günlər görəcəyik, analar və atalar".


                                                                     ***

Gülnarə İlham:"Min bir dəfə demişəm, yenə deyəcəm. Düzdür, bu məsələnin iqtisadi tərəflərini, yəni ölkənin büdcəsinə hansı ziyanı, ya xeyri var bilmirəm. Amma onu bilirəm ki, dövlət Bakıda bu qədər ağzıgünə qalmış binaları alıb "Sosial evlər" layihəsinin qaydalarına əsasən ehtiyacı olanlara satsa daha uyğun olardı. Yəni biz hələ bu evlərin tikilməsini gözləməklə neçə il kirayələrə pul tökəcəyik. Üstəlik yenə insanlarda inamsızlıq var ki, bəziləri adam tapmaq üçün əl-ayağa düşəcək, ən çox ehtiyacı olanlar kənarda qalacaqlar".


                                                                     ***

Kamran İsmayılzadə:"Kasıb olmaq gözəl şeydi. 1 aya yaxındır qapının açarı itib, mənim də vaxtım yoxdur düzəltdirəm. Qonum-qonşu da bilir kasıb ailəyik. Səhəri qapını elə açıq qoyub gedirəm işə, axşam da gəlirəm. Nə var axı oğurlayalar da. İnsanın itirməyə bir şeyi olmayanda həyat gözəldi".


                                                                     ***

Səidə Səyidova:"Evimizdə köhnə sovetin daş ütüsü olardı. Paltarları aram-aram ütüləyərdik ki, yanmasın. Həmin vaxt da radioda Flora Kərimova oxuyardı. Ax, necə də müthiş səsi var! O möhtəşəm nəğməni korlayan bir də köhnə kravat qıcırtısı var idi. Üstünə çıxıb hoppananda elə bilirdin ki, uzanıb ərşə ucalırdın. Axşamları sobaya düzülən şabalıd dadını necə unudaq? Ya o sobanın cızıltı melodiyasını? Sobanın üstünə sərdiyimiz mandarin qabıqlarının ətrini də unutmadıq... Xülasə".


                                                                     ***

İsmayıl Əhməd: "Adam öz yerini bilmir, durub deyir mənim yerimə olsaydın nə edərdin?”


                                                                     ***

Vüsal Qarayev: "Yumurta bahalaşıb. Siz Allah müşavirə keçirməyin. Biz yumurtasız da keçinərik. Təki bu binəva nazirlərə bir yumurtadan ötrü əziyyət verməyin bu havada...”


                                                                     ***

İlkin Pirəli: "Dünyanın elə ölkələri var ki, hava istidir. Kreditə götürmək mümkün olsaydı, əlimizdə-ovcumuzda olan dolları verərdik, bir az dərəcə alardıq. Şaxta öldürücüdür, ziyandır, iqtisadi inkişafı dondurur, əngəlləyir”.


Sübhan Mahmudov