adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Noyabr 2016 13:57
87789
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəniAdalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.



                                                                 ***

Bəxtiyar Məmmədli: "Rəhmətlik babam deyərdi ki, vaxt olacaq əti muzeydə görəcəksiz. Deyəsən, işıq və qazın qiymətlərinin artımı muzey məsələsini reallaşdırır...”



                                                                  ***



İlkin Ağayev: "Sən demə, Azərbaycanın "Land of fire" - "Odlar yurdu" kimi tanıdılması heç də hər bir ölkə üçün eyni effekt və reaksiyaya səbəb olmurmuş. Məsələn, ərəb mifologiyasında "Land of fire" - odlar ölkəsi konkret olaraq cəhənnəmlə assosiasiya olunur..) Ərəblər bu adı eşidəndə ilk baxışdan həmişə səksəniblər. Belə çıxır ki, indiyə qədər bizə ərəb turistlərinin axınını məhz "Land of fire" tanıtım brendi alıbmış".




                                                                   ***

Mahirə Əmirhüseynova: "Tarif Şurasının sayəsində yuxumuz ərşə çəkilib”.




                                                                   ***



Elşad Məmmədli: "İqtisadiyyatda bir çox maraqlı terminlər var. Bizim Tarif Şurasının sayəsində biri də əlavə olundu; "mini yubka" iqtisadi-siyasəti. Məsələn, qazı 1500 kubmetrdən sonra qaldırmaq "mini yubka" siyasətidir. Başınıza dönək, bunu qaldırırsınız birdəfəlik qaldırın da, niyə camaata yandı-qındı verirsiniz”.



                                                                     ***

Nahid Canbaxışlı: "Tarif Şurasının üzvləri heç olmasa qazın elektrik enerjisinin qiymətini qaldıranda qəbir əzabın gözləri önünə gətirirlərmi? Allah yəqin ki, bunlara elə bir qəbir əzabı rəva görər ki, anadan əmdikləri süd sümüklərindən gəlib tökülər. Allah elə bir qəbir əzabı rəva görər ki, öldüklərinə belə peşman olarlar.

Allahım, sən hər gün övladına bir tikə çörək üçün evdən çıxan, gecələr evinə əliboş qayıdanların ahı ilə Tarif Şurası üzvlərinin qəbir əzabın müəyyən et. AMİN!”.



 
                                                                        ***


Qulu İbrahimli: "Namaza başlayacağam. Obaşdan durmağa məcbur olum, axşam da saat 9-da tez yatım. Bu işıq pulu ilə oyaq qalmaq mümkün deyil”.




                                                                        ***



İlham Şaban: "İTV əsil xalq kanalıymış ki? Bir nəfər ekspert deyir ki, Azərbaycanda qaz Gürcüstandan, Türkiyədən və Qırğızıstandan nə qədərsə bahadır... və bu israfçılığa gətirib çıxarır.

Elə bil camaat QAZI oğurlayıb aparıb qonşu ölkələrdə satıb sonra özlərinə ÖRDƏK alırlarmış...”





                                                                         ***

Ramil Osmanlı: "Qərarlar ona görə axşam verilir ki, səhərə kimi QAZi çıxsın...”





                                                                        ***

Mirza Zahidov: "TARİF ŞURASI... Tarif Şurasına yaxşı bir iki-kəlmə ürək sözüm olacaq... Ha deyirəm Optimist olum, gələcəyə İnamla baxım... Bu Tarif Şurası QAZ və İŞIQ pulunu yox, mənim OPTİMİSTliyimi aradan QALDIRIR ))) Qiymətlər QALXdıqca, biz ÇÖKÜRÜK! (davamı olacaq)”.





                                                                       ***

Samir Güləliyev: "Tarif Şurasının sədri Şahin Mustafayevin verdiyi qərara əsasən mən Azərbaycanın nə aşağı, nə də orta, tam olaraq yüksək səviyyədə yaşayan təbəqəsinə aidəm. Çünki mən 1 ayda mənzilimdə istifadə etdiyim təbii qaza görə 60 manat, elektrik enerjisinə isə 25 manat ödəyirəm! URRRAAAAAAAA!

P.S. Bundan sonra kim mənə kasıb desə ağır cavab alacaq”.


Sübhan Mahmudov