adalet.az header logo
  • Bakı 12°C

SEVGİNİN QARA HEYKƏLİ

FƏRİDƏ RƏHİMLİ
47213 | 2016-12-06 13:32

Gecə saat üçidi. Acı tüstüdən nəfəsinin kəsildiyini, boğazındakı göynərtini hiss edibyuxudan ayıldı. Ətrafda tüstü-dumandan heç bir şey görünmürdü. Bir anlıqanlaqsız vəziyyətdə ətrafa baxdı, sonra hövlnak yerindən sıçrayıb, şirin yuxudaolan həyat yoldaşını oyandırdı. İlk ağıllarına gələn uşaqlar oldu. Artıq səs-küydənuşaqlar da oyanmış, qorxudan, həyəcandan alacalanmış gözlərini ümidlə atalarınadikmişdilər. Bu an onların gözündə dünyada ən güclü, hər şeyə qadir insan yalnızataları idi. Ata başını itirmişdi. Qapıdan başlamış od oraya yaxınlaşmağa imkanvermirdi...

Əsasən Cəbrayıl və Füzuli rayonlarından olan məcburiköçkünlərin yaşadığı bu binanın tikintisi elə başlar-başlamaz yarımçıqqalmışdı. 1989-1990-cı illərdə yaradılmış kooperativlərdən birinin inşa etməliolduğu binanın zirzəmisindən başqa heç nəyi yox idi. 1993-cü ildə Bakıya axışanməcburi köçkünlərin bir hissəsi bu cür yarımçıq tikililərə sığınmağa vadarolmuşdu. Lakin o vaxtdan bəri burada heç bir kommunal xarakterli iş aparılıb,elektrik, qaz, su xətləri kortəbii formada çəkilib və heç bir texniki şərtəcavab verməyib.

Qaçqınlar məskunlaşdıqlarızirzəminin söküləcəyi, yeni evlərə köçürüləcəkləri vədlərinə inanaraq 23 ildiki, gözləyirdilər. Tez-tez yöndəmsiz elektrik xətlərində qısaqapanmalar olur,alışır, insanlar tökülüb birtəhər söndürürdülər. O gecə isə... güclü külək əsir,qaçqınlar soyuqdan qorunmaq üçün taxtadan, kardondan, təsadüfi əllərinə keçənaliminium listlərdən evin açıq yerlərini tutduqlarından onların taqqıltısı iləküləyin vıyıltısı bir-birinə qarışırdı. Burda qiyamət qopsa, kimsənin kimsədənxəbəri olmazdı...

...Çıxmaq üçünbircə yer vardı, onu da od almışdı. Nəfəs aldıqca acı tüstü ciyərlərinə dolur,huşlarını itirəcək qədər ağrı, göynərti verirdi. Üstəlik bayırdan, artıqoyanmış qonşuların da haray-həşirlə bağırmaları onların çıxa bilmək ümidlərinitamam üzmüşdü. Bunu düşünüb, ani qərarla zirzəminin bir küncündə düzəltdiklərihamama qaçdılar. Məqsədləri özlərini suyla isladaraq yanğından qorunmaq idi.Amma gecənin bu saatında Allahın da unutduğu bu qaçqın daxmasının hamamında o qədərsu nə gəzirdi... Qorxuyla, təlaşla bir-birlərinə baxdılar. Seymur bu dəqiqədünyanın ən çarəsiz kişisiydi...

Tüstü hamamı dabürümüşdü. Artıq nəfəs almaq mümkün deyildi. Çarəsizlikdən Seymur da, Cəvahir dəFərhad, Elşad kimi bağırmağa başladılar. Dörd çarəsiz insanın ah-naləsi,çığırtısı, bağırtısı özlərini, evlərini yanğından xilas etmək təlaşında olanqonşuların bağrını dəlirdi. Amma hər kəs öz hayında idi. Bir-iki vedrə su tapıbyanğının üstünə atanlar oldu. Amma güclü küləyin və amansız odun qarşısında bu,mənasız idi. Bu məmləktin yanğınsöndürənləri isə, əksər vaxt olduğu kimi, yanıbkülə dönmüşlərə sabunlu su vurmaq üçün gəldilər. Bu dəfə onlara külək və yöndəmsiztikilmiş gecəqondular da "yardım etdi". Sanki külək də bu,yurd-yuvasından qovulmuş binəvaların qəsdinə durmuşdu...

Əlacları yerdən-göydənkəsilən ata-ana balalarnı qucaqlayıb hamamda eləcə çarəsiz-çarəsiz oturdular.Dörd ürəyin çırpıntısını dördü də duyurdu... Ümid sonda ölür deyirdilər, ammaonların ümidləri özlərindən əvvəl ölmüşdü...

Tüstüdən acışangözləri ağladıqca daha da acışırdı. Cəvahirin, - Seymur, öləcəyik?- sualıSeymurun ər qürurunu, kişi mətanətini bir az da əzdi. - Qorxma, Allah kömək olar,cavabını o qədər inamsız dedi ki, sanki - Hə, ölürük, Cəvahir, bu sonumuzdu! -kimi səsləndi gəlinin qulaqlarında. Dördüncü sinifdə oxuyan Elşadı və altıncısinifdə oxuyan Fərhadı qucaqlayaraq, qorxmayın, indi yanğınsöndürənlər gəlib,bizi xilas edəcəklər, deyərək, onların ürəklərində ümid qığılcımı yandırmağaçalışdılar. Amma uşaqlara da artıq hər şey bəlli idi. Atalarını heç belə çarəsiz,gözü yaşlı görməmişdilər. Xilas olmalarına bir qığılcım qədər ümidləri vardısa,o qığılcımı da atalarının göz yaşları söndürdü... Seymurla Cəvahir onları bərk-bərkqucaqlayıb ikisi bir-birinə sarıldılar. Artıq özlərinin xilas olacağına ümidqalmamışdı. Düşündülər ki, özləri yansalar da, uşaqlar xilas olsunlar. Dayanmagücləri çatdığı qədər onları oddan öz bədənləri ilə qorumağa çalışırdılar. Alovonlara yaxınlaşdıqca dərilərini, ətlərini qarsan oddan göynəyən bədənləridözülməz ağrıdan taqətdən düşsə də, balalarını buraxmır, daha sıx sarılırdılar.Artıq dəhşətli yanıqdan bayılma həddində idilər. Gözləri görə-görə yanan bədənhissələrinin iyi özlərini vəhşətə gətirirdi. - Bizdən keçdi Seymur, uşaqlarıqoruyaq!!!, - ananın son nəfəsi idi. Hər iksiin kömürə dönmüş qollarınınarasından uşaqları sarsan od dəhşətdən bayılan uşaqlara da aman vermədi...

Xilasedicilər gələndəartıq qonşuları dəhşətə gətirən bağırtılar kəsilmişdi. Yanğınsöndürənlərgördükləri mənzərədən donub qalmışdılar - insan sevgisinin - ana-bala,ata-övlad, ər-arvad bağlılığının yaddaşlardan silinməyən qara heykəli hamamınküncündə tüstülənirdi!!!

... Ayılıb özləriniağrısız-acısız görəndə təəccüblə bir-birlərinə baxdılar. Seymur, biz xilasolduq! Bax, uşaqlar da yanımızdadır. Çox şükür, dördümüz də bir yerdəyik. Bizhardayıq? Nə gözəl yerlərdi buralar. Bax, axşam yatmamışdan əvvəl sən "Xəbərlər"dəişıq, qaz, nəqliyyat pulunun artmasından,problemlərdən, bazardakı işlərinin kasadlığından danışıb, dilxorolmuşdun. Gördün, o dilxorçuluq yoxdu, nə qədər huzur var içimizdə, o problemlərdə artıq mənasız görünür. Dünyadakı qayğılarımız nə qədər mənasızmış. Pul, sərvəttoplayanlar, onun hərisliyini yaşayanlar nə qədər anlamsız bir istəkdəolduqlarını bura gəlincə anlayacaqlar və onda artıq gec olacaq!!! Ölüm buysa, nədənbiz həmişə ondan qorxmuşuq? Əsl azadlıq da, huzur, rahatlıq da burdaymış ki...demək ki, eşitdiklərimiz doğruymuş, - odda yananlar, suda boğulanlar Cənnətədüşürmüşlər. Şükür olsun Allahımıza, bizə şəhidlik nəsib etdi. O möhnətdən, əziyyətdənbu rahatlığa düşmək üçün görəsən, hansı savabları etdik biz? Bax, FərhadlaElşada, necə qayğısızdılar! Qüssələnmə, Seymur, anan Ülkərin ürəyinə bizdən əvvəldə qardaş dağı, bala dağı vurulduğunu bilirəm. Atan Əkbər müəllimin yurd həsrətindən,bala dağından infarkt keçirdiyinin şahidi oldum. Amma onlar bizim hansı məqamdaolduğumuzu bilsələr, bizim halımıza yox, öz günlərinə ağlayarlar! Doğrudur,onları bizim faciə ilə dünyamızı dəyişməmiz zaman-zaman yandıracaq, amma Allahböyükdür, onların qəlbinə səbr verəcək.

...Kəndimizin qəbiristanlığındaboy sırasıyla düzülmüş dörd qəbir də artdı...

P.S. "Bugün Bakının Nizami rayonunda Elşən Süleymanov küçəsində yerləşən yarımçıqtikilidə baş vermiş dəhşətli yanğın bir ailəni məhv etdi. Gənc ata-ana və 2körpə övladı yanaraq öldü"...


TƏQVİM / ARXİV