adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Dekabr 2016 12:55
97855
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                      ***

Amid Əlioğlu: "Bu yaxınlarda dostlarla görüşmüşdük. Söhbət həmişəki kimi hərləndi-fırlandı gəldi çıxdı dinin üstünə. Şiə olan dostumuzla sünni olan dostumuz arasında başlayan müzakirə çox keçmədi mübahisəyə dönüşdü. Mübahisə də davaya keçirdi ki, bir təhər sakitləşdirdim. Elə həmin an düşündüm: Sən Amerikadakı fərasətə bax ki, orda oturub burdakıların arasında dava salır...”



                                                                     ***


Gülnarə İlham: "Azərbaycanda dövlət idarələrinin çoxunun qaynar xətti özünü radio kimi aparır. Zəng edirsən adama 1 saat musiqi dinlədirlər”.



                                                                      ***


Aqil Lətifov: "İki qadın bir-birinə göz vuraraq avtobus oturacağında əyləşən kişiyə "çantanı saxlayardız", - deyib onu yerindən etdilər və oturub zəfər səsi çıxartdılar. O kişi isə mənim ayaqlarımın üstündə məyuscasına yerinə baxır...”



                                                                      ***

Azər Tağızadə: "Cızığından çıxma deyir atam mənə haçandır, Bəs çxımasam mən nə bilim cızığım haracandır!”



                                                                     ***

Hikmət Orhun: "Gənc yazıçılara "dahi olmağın sirləri" silsiləsindən: Fransız yazıçı Viktor Hüqo günə içinə iki çiy yumurta qatılmış bir fincan qəhvə ilə başlayarmış”.



                                                                     ***

Anar Kəlbiyev: "Çox fürsətcilik. Yerə bir balaca qar düşüb Sumqayıtdan Bakıya 1 manata gələn taksilər olub 2 manat. Sonra da deyirlər qaz və işıq qiymətin artırıllar. Bəs necə olur sən əlinə düşən fürsətdən o saat istifadə edirsən. Özünə sərf edəndə yaxşı olur, etməyəndə pis”.



                                                                      ***

Qismət Rüstəmov: "Qloballaşma ən çox ədəbiyyata zərbə vurub. İçi boş müqəvvaya oxşayan birrəng personajlar, fast-food sürəti ilə yazılan əsərlər, yüngüllüyün, qısalığın meyar kimi sırınması, "camaat bunu istəyir" etiketi altında necə gəldi yazmaq... Böyük ədəbiyyat bu axmaq dəbə müxalif olmalıdır, məncə”

                                                                     ***

Türkan Bəşir: "Pəncərədən baxmağa, Uzaqlar da qalmayıb”.



                                                                    ***

Anar Turan: "Zəhmətkeş insanlara, xüsusilə bu soyuqda ustalara, fəhlələrə, sənətkarlara baxanda daha çox həssas oluram. Hər gün eyni əziyyəti çəkmək üçün övladlarından ötrü evdən çıxırlar. Axşamacan əziyyətlə çalışırlar. Tibbi sığortaları da düz əməlli yox. Həzrəti Məhəmməd Peyğəmbər demişdir ki, işlətdiyiniz insanın alnının təri qurumamış haqqını verin”.


                                                                   ***

Vəsilə Vahidqızı: "Pulumuz yoxdur, 5-6 milyon qalıb, onu da xarici müğənnilərə saxlamışıq. Neyləyək, Yeni il bayramında biabır olası deyilik ki?”.


Sübhan Mahmudov