adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DƏRVİŞ TALELİ ŞAİR

FƏRİDƏ RƏHİMLİ
45634 | 2017-01-01 18:12

Heç dərvişlərə kənardanbaxıb, hərəkətlərini seyr etmisiniz? Onlar harda olurlarsa, olsunlar,əllərindəki əsalarına, çiyinlərindəki xurcunlarına söykənirlər sanki.

O da dərviş kimidi. Çiynində daşıdığı yüklərtökülməsin deyə asta-asta, səbirlə, dözümlə yaşayır.

Son vaxtlar mən yaman yorğun düşürəm,

Elə bil, çiynimdə daş daşıyıram.

Sərib qurutduğum dərdi-qəmi də -

Yağışa düşmüş tək yaş daşıyıram.

Atdığım addımlar uğursuz olur,

Dərdiyim çiçəklər əlimdə solur.

Külək də, fələk də saçımı yolur,

Mən elə beləcə baş daşıyıram.

Əbülfət, deyəsən bəxtin yatıbdı,

Qatarın mənzlə gəlib çatıbdı...

Bəlli arzuların səni "satıbdı” –

Gözü vurub töküb qaş daşıyıra.

Daşıdığıyükün adı - Vətən sevgisi, Qarabağ dərdi, yurdsuzluq ağrısı, doğulduğu ocaqdandidərgin düşərək çadırlarda, uşaq bağçasında, vaqonda, gecəqonduda yaşamaqməcburiyyətindən "bir yerə kül tökə bilməmək” utancı, haqlıykən haqsız durumadüşmək əlacsızlığı və sair ... göyün yeddinci qatına ucalan yük. Üstəgəlqohum-əqrəbanın, tanış-bilişin, qonum-qonşunun, tələbə yoldaşlarının, işyoldaşlarının, bircə dəfə salam verdiyinə peşman olduğu adamların da ağrısı,yükü, problemlərinin çözülməsindəki çabası...

Dərvişin yükü nədir ki?! Onu hamı bilir və hamınınbildiyi də içində təmənnasız daşıdığı sevgi və kədərdir. Həm də heç nə ummadan.

O da təmənnasızdır və onun da haqqı "sağ ol”, yaxud"dost deyilsən, qohum deyilsən..., borcundur!” olur. Əlbəttə, dostlar onun ənülvi dəyərləri, xəzinəsidir. O, dostlarının əhatəsində özünü daha önəmli hissedir. Ən çox umduğu isə mənəvi dəyər, diqqət, həssas münasibətdir. Maddiyyathamı kimi onun da ehtiyacı olsa da, o, həmişə maddiyatı ikinci plana keçirir.

...Mənim istədiyim, mənim umduğum

Bir damla diqqətdir, onu kəm etmə!

- deyir,şair. Və onu da ayaqda tutan yalnız dost insanların, diqqətli oxucularınilgisidir. Ona yazılarına görə kifayət qədər zənglər olur, münasibətbildirilir, təşəkkürlər edilir. O zəng edən insanlar yazıdan aldıqları zövqə,öz içlərində yaşadıqları, ancaq ifadə edə bilmədikləri duyğularını şairinyazısında gördüklərinə görə təşəkkür edirlər, amma bilmirlər ki, eyni zamandabu zənglərlə şairin ömrünü uzadırlar. Çünki, yaradıcı insanın ən böyük qazancı,mükafatı oxucu, tamaşaçı, seyrçi məhəbbəti, diqqətidir.

İllər öncəböyük şair Bəxtiyar Vahabzadənin "Dərd şairi” adlandırdığı Əbülfət Mədətoğlununyaradıcılığına dərindən bələd olanlar bilir ki, o, həm də sevgi şairidir. Onsuzda dərdlə sevgi paralel yaşanan hisslərdir. Bir-birlərindən ayrı yaşayabilmirlər. Dərd, çox sevdiyin birinin – istər bu, Vətən olsun, istər el-oban,istər sevdiyin insan – onun faciələrindən, problemlərindən... çəkiləndir. Sevgidə bunları dərdiylə də, sevinciylə də çox sevdiyindəndir. Yəni, ikisibir-birindən ayrılmayan, həyat boyu qoşa addımlayan yaşamıdır onun sevgisiylədərdi. Ona görə də şairin bütün dərd tökülən yazıları mütləq sevgi şeirləri iləmüşayiət olunur.

Şairin mənə danışdığı olmuş bir hekayə ürəyimiyandırıb, cızdağını çıxardı. Bu hekayəni yaşayan şairin nə çəkdiyini onuoxuyarkən siz də düşünün.

Az-çox məlumatı olanlar bilir ki, şairin 1992-ci il31 oktyabrda evi erməni vəhşiləri tərəfindən yandırıldı. O vaxta qədər şairel-obadan ar edərək evindən heç bir şey çıxarmamışdı. Və şairin gözü qarşısındayanıb külə döndü bu ev.

Yandı evim-eşiyim,

Yandı divarım, daşım.

İsit, qoyma üşüyüm,

İsit məni, göz yaşım.

- deməkdən başqa çarəsi qalmadı şairin. Amma hekayəbu deyildi. Qeyri-bərabər döyüşdə yurd-yuvasını tərk etmək məcburiyyətindəqalan şair hərbi müxbir kimi kənddən xeyli aralıda fəaliyyətdə ikən başınagələn o hadisəni danışmaq məcburiyyətində qalanda göz yaşlarını saxlaya bilmir:

Kənd od-alova bürünəndə ailə-uşağı çıxarmağa başıqarışan şair həyətdə bağlanmış itin ipini açmağı unudur. Kəndi düşmən zəbtedir. Bir neçə vaxt sonra hərbçilərlə yol kənarında oturub nahar etdikləri vaxtboynunda dartınmaqdan boğazını kəsmiş iplə, itin ona tərəf qaçdığını görür. İtona çatar-çatmaz qəribə bir səs çıxararaq üzünü şairin ayaqlarına əllərinəsürtməyə başlayır. İt bu zingiltini, qovuşmanın sevincini elə həsrətlə edir ki,ətrafdakıları göz yaşına boğur. Şair itin başını sığallayaraq yediklərindənonun qarşısına qoyur. İt yeməyə və şairin gözlərinə sanki məzəmmətlə baxıb,qəflətən özünü yoldan keçən maşının altına atır... Atla itin sədaqəti haqda çoxyazılıb, deyilib. Bu, instinktlə bağlıdı, yoxsa insanların belə, sahib olabilmədikləri vəfadırmı, bilmirəm, amma bunlardan əlavə şair itin gözlərindənbir təəssüf oxumuşdu və illər keçməsinə baxmayaraq o gözlərdən xəcalət çəkir...

Çadır "şəhəri”ndə yazdığı:

...Təkcə evim yoxdu, balalarımı

Toplayıb başıma nağıl danışım.

- arzusu, ailəsini gecəqonduya yığdığı vaxt çin olabilərdi, amma onda da uşaqlar böyümüş, nağıla inanan yaşları keçmişdi. Amma ogecəqondu da əsl nağıla dönmə ərəfəsindədir. Şairin evinin sökülməsi xəbəri onuelə də sarsıtmadı. İtirə-itirə gələn adamlar alışır buna itkilərə, maddiyataönəm vermirlər. Əsas etibar, güvən, insanlıq, onur, namus, heysiyyat itməsin,deyirlər. Amma ata kimi bir borcu var onun. O borcu yerinə yetirmək, ermənibəlası üzündən tərk etməyə məcbur olduğu evindən sağ-salamat qurtardığına şükür etdiyibalalarını evlə təmin etmək zorundadı. Və nə yazıq ki, erməni olmayanlarla daanlaşa bilmir... sökülür şairin evi. Beyin bu qədər problemlərlə zəbtolunduğunda şeirə yer qalmadığı halda o, yenə yazır, yaradır.

Hər yeni ilin astanasında olanda insan gələcəkildən xoş müjdələr gözləyir. Düzdü, bununla çox vaxt insan özü özünü aldatmışolsa da, ümid də gözəl şeydir. Şairin Yeni il astanasında, həm də ad günüərəfəsində ümidinin üzülməsi, belə haqsızlıqla qarşılaşması qəbul edilən deyil,məncə. Bu, daha artıqlarına haqqı olan insanın haqqının tapdanmasıdır. Yüzlərləoxucularının narahatlığıdır. Doğum günün mübarək, dözümlü insan, qayğıkeşqohum, etibarlı sirdaş, güvənilir dost, Əbülfət Mədətoğlu! Səbrin olsun, hərkəsdən ucada haqqımızı ədalətlə verəcək olan Allahımız dayanır.


Fəridə RƏHİMLİ

TƏQVİM / ARXİV