adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ÜMİD ÖLƏNDƏ

FƏRİDƏ RƏHİMLİ
29712 | 2017-01-27 17:22

İntihar bir şəxsinöz həyatından bezməsi, imtina etməsi, ümidini, yaşamaq həvəsini itirməsidir.Əksər vaxt həyat özü bizdən imtina edir və o an bu həyata gərək olmadığımızıanlayırıq.

Hər kəsin həyatındabir dəfə də olsa intihara cəhd, yaxud intihar barədə düşünmə mütləq olur. Bununçoxlu sayda səbəbləri var. İntihar haqda bir neçə yazılarım olub, çünki insanın, könüllü olaraq yaşamından, ona əmanətverilən həyatından imtina etməsi, daha açıq desəm, həyata tüpürərək getmək istəməsi qəti biraddımdır və bu addımı atmaq cəsarət tələb edir. Son anda insanın kimi düşünməsi,ümumiyyətlə nə düşünməsi ilə həmişə maraqlanmışam. Gəldiyim nəticə odur ki, oan insan heç nəyi düşünmür, sadəcə bu iyrəncliklərdən qurtulmağa tələsir. Acıqvermək, dərs vermək, peşman etmək, üsyan etmək olur məqsədi.

Həmişə düşünmüşəm ki, psixoloqlar psixoloji cəhətdən başqalarınanisbətən daha güclü olan insanlardır. Hər ağır situasiyadan çıxmaq bacarıqları var. Bəzən kəskin depressiyaya düşən insanları o kritik durumdanqurtarma qabiliyyətinə malik olurlar. Onların özlərinə əminlikləri başqalarınınhəyat eşqini özünə qaytarır.

Ancaq intihar hadisələri nə əvvəlinci, nə dəsonuncudur. Həyat varsa, ölüm də var. Həyat eşqi varsa, ondan yorulmaq, bezməkdə qaçılmazdır. Aydın məsələdir ki, intihar insanın özü tərəfindən yaşamına sonqoyulmasıdır. Amma həm də insanın başqası tərəfindən öldürülməsidir. Yəni, birinsanı bu qədər həyata nifrət edəcək, bezəcək hala çatdıran da insanlardır,deməli onu öldürən təkcə özü deyil, cəmiyyətdir. Düşünək ki, bu günhərəkətlərimizlə, sözümüzlə, təbəssümümüzlə neçə insanı sevindirmişik. Yaxudnifrətimiz, kin-küdurətimiz, paxıllığımız, acı-zəhər sözlərimizlə, yersiztəkəbbürümüzlə neçəsini həyatdan küsdürmüşük - "öldürmüşük”.

Bir psixoloqun ölümü başqa ölümlərdən fərqləndiməncə. Çünki onun ölümü başqalarının ümidinin ölməsi, öldürülməsidir. O, bunarazı olacaq insan deyildi. Bəlkə də də bunu düşünsəydi, bir anlıq vaz keçərdifikrindən. Əlbəttə, həmin an həyat şirin görünmür, əzab, əziyyət görünür.Tezliklə bu əzabdan qurtarmağa çalışırsan. Sanki ölüm bu əzabların sonuolacaqmış kimi... İnsanların əksəriyyətinə bu ölüm şok təəsiri bağışladı. Sağlığında insanlara bir qədər diqqətyetirsək, dinləsək, halına acısaq, yardım etməyə çalışsaq, bəlkə də insanın özşirin həyatına son qoymasının qarşısı alınar.

G.Əhmədova jurnalist İ.Əliyevlə söhbətində bildiribki, D.Rzayevi bir neçə ildir tanıyır: "... Elə şeylər var ki, onlarmətbuata danışılmır. Həm də onunxatirəsini incitmək istəməzdim. Bircə onu demək istəyirəm ki, çox yaxşı insan,yaxşı dost və əsl ziyalı idi. Millətimizin qızıl fondundan getdi və düşünürəmki, görəsən, onun yerini doldura biləcək kimsə varmı? Onun intiharında bizimhamımızın günahı var. Bəlkə də biz onu tək qoymamalıydıq. Həmişə ancaqtəklikdən şikayətlənirdi. Deyirdim ki, tənha deyilsən, evlənərsən, övladların,bacıların, anan var, daha nə istəyirsən? Övladlarıyla da görüşə bilirdi.

İntihara meyilli olduğunu hiss etdirirdi. Yenidən ailə qurmaq istəyirdi, tək qalmaqdanheç xoşu gəlmirdi. Onunla birlikdə çalışmağa qərar verəndə yeni ildən əvvəlidi. Dekabrda bir-iki dəfə getdim. Dedim ki, bir az səbrli ol, müalicə alım,özümü səliqəyə salım, sonra var gücümüzlə başlayaq. Ondan sonragörüşməmişdik".

"Səhhətindəproblem var idi?" sualını Gülər Əhmədova belə cavablandırıb: "Ruhunda, psixologiyasında problem olaninsanın səhhətində də problem olur. Psixologiyası sağlam olan insanınimmuniteti o qədər güclü olar ki, hamı xəstələnər, o xəstələnməz. Onun yanınapasient gəlirdi, çox vaxt təmənnasız qəbul edirdi, baxmırdı ki, vaxtı gedir. Oda yer haqqı verirdi axı. Saat hesabına pul alsın anlayışı yox idi. Təmənnasızinsan idi. Məni ən çox yandıran odur ki, belə adamları itiririk.Azərbaycanda yeganə adam idi ki, onun imzasıyla olan arayışlar beynəlxalqsəviyyədə qəbul olunurdu. Bəzən təsəlli üçün bir mənfi cəhətini yadıma salmaqistəyirəm ki, sakitləşim, xatırlaya bilmirəm. Neçə illər ərzində ondan bir dəfəartıq hərəkət görmədim. Desəm ki, qardaşım, oğlum qədər çox istəyirəm, az olar.Deyirlər, insan var ki, insanların naxışıdır. O da insanlarınnaxışıydı".

Bəli, belə bir insanın çarəsizliklə bitən ömrü,bəlkə cəsarətlə, etirazla...

Jurnalda işləyərkən insan psixologiyası haqda birrubrikamız vardı. Oxucu suallarına cavab vermək üçün tanınmış psixoloqlarla əlaqəsaxlayar, məsləhətləşib, fikirlərini soruşardıq. O çox sakit, səmimi danışığıilə bizim sevimlimiz idi. Telefonda danışsaq da, üzünü televiziya ekranlarındangörürdük. Telefon nömrəsi telefonumda sahibsiz qalır...

Psixoloq intihar edirsə, bu, onun məsləhətlərinəehtiyacı olan insanlara həddən artıq mənfi təsir edir. Cəmiyyətdəki ruhdüşkünlüyü, insanların ümidsizliyi, məchul, heç bir yaxşı şey vəd etməyəngələcəyin qorxulu xofu, üstəgəl cəmiyyətin bu durumunu anlayıb, insanlarıniçlərindəki sönük işığı alovlandırmağı bacaran bir qüvvənin – psixologiyanınruh düşgünlüyü insanlığa sarsıdıcı zərbədir. Ümid öləndə yaşamaq çətinləşir. Ə.Mədətoğlununşeirində deyildiyi kimi:

Səs qırılır, söz tapdanır,

Söndürülən köz tapdanır,

Yol gözləyən göz tapdanır –

Ümid öləndə...


Ağ qaraya ləkə olur,

Dərd sevincə təkə olur,

Nağıl duzsuz kökə olur –

Ümid öləndə...


Daşın çapıq yeri kəsir,

İrəli, həm geri kəsir...

Ürəyi dipdiri kəsir –

Ümid öləndə...


TƏQVİM / ARXİV