adalet.az header logo
  • Bakı 18°C

Əl vurmayın...

FƏRİDƏ RƏHİMLİ
47122 | 2017-02-03 16:48

Baxmayaraq ki, bütün dünyada Beynəlxalq Abidələr vəTarixi Yerlər Günü aprelin 18-i qeyd olunur, fikirlərimi söyləmək üçün o vaxtaqədər gözləməyə səbrim çatmadı. Çünki, gözümüzün önündə məhv olub gedənqiymətli abidələrimizin taleyi bir vətəndaş kimi ürəyimi parçalayır, əsəblərimigərir. Bir millət olaraq laqeydlik, unutqanlıq qanımıza işləyərək bizi çoxşeylərdən məhrum edib. Bizim əhəmiyyət verməyərək adi saydığımız çoxnəsnələrdən azğın qonşularımız, öz adlarına çıxaraq, zaman-zaman bəhrələnib.Onda yuxudan ayılıb, duyuq düşmüşük ki, ay aman, bizim hansısa xalçamız, qədimyurd yerlərimizdən tapılaraq tarixi faktlarla qeydiyyata alınmış hansısa birqədim əşyamız, yaxud bir unudulmuş oyun, musiqi, bayatı, halavar, ağı, dastan...və sair bizə məxsus olduğunu sandığımız artıq başqalarının "halal mal”ıdır.

Məni ən çox incidən, bir vətəndaş kimi qürurumatoxunan – hər gördüyümdə, xatırladığımda səbəbkarlara lənət oxuduğum bir acımız- İçərişəhər abidəmizin gözgörəti məhvə doğru getməsidir.

İçərişəhər haqqında vikipediyadakılar:""İçərişəhər” xalq arasında həm də"Qala”və ya sadəcə"Qədimşəhər”kimi tanınan tarixi kvartal Bakının ən qədimhissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsiolanİçərişəhər, yaxşı qorunmuş qala divarlarıiləəhatə olunub. 221 m²sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisihələ tunc dövründənməskunlaşmışdır.Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdirki, artıq VIII-IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşmış, buradasənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdəŞirvanşahların öziqamətgahlarınıŞamaxıdanBakıyaköçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma” dövrübaşlamışdır.1748-1806-cı illərdə Bakı vəonun mərkəzi olan İçərişəhərBakı xanlığının paytaxtı olmuşdur.1806-cı illərdə Bakınınruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrinsonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesibaşlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağabaşlamışdır.

İçərişəhərdəyerləşən məşhur memarlıq abidələri -Qız qalasıŞirvanşahlar saray kompleksiAzərbaycan memarlığının inciləri hesabedirlər.Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri– məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey,səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.1977-ci ildə İçərişəhərtarix-memarlıq qoruğu elan edilib,2000-ci ildə isə, Qızqalası və Şirvanşahlar saray kompleksi ilə birlikdəUNESCOÜmumdünya İrsiSiyahısınadaxil edilmişdir. İçərişəhər Azərbaycandan ÜİS daxil edilmiş ilk obyektdir.

Bəli, qoruq, inci, üstü açıq muzey və sair deyirik,amma bu qoruğu necə qoruyuruq? Qoruq, adından da məlum olduğu kimi qorumaqsözündəndir. Elə isə xarici səfirlikərin bizim qoruğumuzda nə işi var? Bəs deyilmi başakeçirdiklərimizin başımızdan vurduqları? Qoruq dediyimiz qapalı məkanolmalıdır, incimizi, tariximizi öyrənmək istəyənlərin, maraq göstərənlərinyalnız icazəylə ziyarəti təşkil olunmalıdır. Son vaxtlar şəhərimiz tikintişəhərinə çevrilib və bu tikintilərin hər birinin Memarlıq və Şəhərsalma Baş İdarəsininicazəsi ilə olduğuna şübhəm var. Çünki Qız Qalasının, Şirvanşahlar sarayınınçox yaxınında "cam balkonlu” iaşə obyektlərinin tikintisi bunu düşünməyə əsasverir. Bu qədim incilər demək olar ki, göydələnlərin arasında "boğulur”.Acgözlüklə mənimsənilən torpaqlarlar, pul qazanmaq hərisliyi bu abidələrin"itməsinə” səbəb olub. Şirvanşahlar sarayı ilə Qız qalası arasındakı məsafəni oqədimliyə uyğun vəziyyətdə saxlamaq daha doğru olmazdımı? O abidələrinyaxınlığında aparılan tikintilərdə işlədilən texnikalar qədimliyimizi,soy-kökümüzü qazmırmı? Özümüz özümüzə düşmənsək, kənarda niyə düşmən, səbəbkaraxtarırıq? Tikin, sökün, dağıdın, qazanın, heç olmasa abidələrimizə bir az yersaxlayın! Onlara toxunmayın!

İlk insan məskənimiz olan Azıxın taleyi necədir?Tarixən onu da özününküləşdirməyə çalışan erməni ordan tapılan eşşək kəlləsinibabasının kəlləsi adıyla dünyaya sırımağa çalışarkən biz nə edirik?..

Bunatəəssüflənən, amma mənim kimi, əlindən heç bir şey gəlmədən yanıb-yaxılan,tüstüsü təpəsindən çıxan milyonlarla insanımız var. Amma bu işə birbaşacavabdeh olan, vəzifə borcu, məslək borcu, vicdan borcu olanlar nəfikirləşirlər bu barədə?

Hər dəfə Şirvanşahlar sarayını ziyarət edərkəngerçəkdən o qədimliyə gedib gəlirəm. O abidə, onun hər daşı, pilləkəni, quyusu,yay-qış odaları, daş sənduqələr, qədim yazılı qəbir daşlar, məscidi, hamamı...insanı özündən alıb, keçmişə geyimiylə, qanunuyla, şahı, nökər-qaravaşıyla olansaraya aparır. Ordan geri dönəndə özümü şahın sarayından dönmüş kimi hissedirəm. Baxmayaraq ki, oradakı əşyalar da tam ürəkaçan səviyyədə deyil...

Bu gözəlliyə necə laqeyd qalmaq olar? Axı, pullasatılıb-alınmayan, qiyməti heç bir əndazəyə sığmayan dəyərlər də var!

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 1983-cü ildə UNESCO-nunyanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının BeynəlxalqAssambleyası tərəfindən təsis olunub. Məqsəd insanların diqqətini abidələrin vətarixi yerlərin qorunmasına yönəltməkdir. Çox qədim zamanlardan başlayaraqbəşər övladının bu dünyada yaşayışı nəinki izsiz ötməyib, əksinə, o, özündənsonrakı nəsillərə çox şeylər söyləyəcək maddi və mənəvi mədəniyyət qoyub gedib.Hər xalqın keçmişi, həyat tərzi, yaşayışı onun tarixi abidələrində təcəssümolunur. Bəziləri bu günümüzə tam gəlib çatıb, bəzilərindən xarabalıqlar qalıb, bəziləri yalnıznağıllarda, əfsanələrdə yaşayır. Təbii fəlakətlər, müharibələr, "bərpa” adıaltında məqsədli dəyişmələr, dağıdılma və nəhayət, zaman kimi səbəblər bunasəbəb olub.

İnsanınyaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu iləbizlərə çox şey söyləyir. İnsan bu abidələrdən çox şirləri oxuya bilər.Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyəqadir olduğunu xatırladır,Vətən sevgisi və ona sadiqlik kimi ülvi hissləri aşılayır. Bizimbugünkü hərisliyimiz də Qız Qalasının küncə qısılmış vəziyyəti ilə gələcəyəxəbər aparacaq. Lənətləmi, rəhmətləmi xatırlanmaq istəyirsiniz? Bu ülvihisslərimizi korlamağa haqqınız varmı? Onsuz da dörd tərəfdən Vətənimizə baxangözlər hər an bu gözəl diyarı parçalamağa hazırdır. Barı siz, keçmişimizin,dilimizin, dinimizin, adət-ənənəmizin olduğunu sübut edən abidələrimizətoxunmayın!!!


TƏQVİM / ARXİV