adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Fevral 2017 14:00
170961
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                    ***


Şəfaqət Kazımova: ""Gözəllik xoşa gələr, ağıl əyləndirər, duyğusallıq həyəcan verər. Halbuki, insanları bir-birinə bağlayan sadəcə yaxşılıqlardır..."”.


                                                                     ***

Tahirə Novruzova: "Bəzən bir insana səslənməyi o insandan daha çox özləyərsən...”.


                                                                     ***

Aytən Məftun: "Əgər sevdiyiniz insan sizə qəzəblənibsə və siz günahkar deyilsinizsə, o, sakitləşənə kimi onu möhkəm qucaqlayın”.


                                                                     ***

Rza Rzayev: "Qələm yaza bilməyənin əlindədisə, yaza bilənin bir yolu qalır- qələm əlinə keçənə qədər yazmaq istədiklərin əzbərləsin, yaza bilməyənin qələmə sevgisi yoxdu, nə vaxtsa tullayacaq qələmi, ağır gələcək ona, təskinlik budu...”.


                                                                    ***

Qan Turalı: "Əvvəllər faşist liberallar vardı. İndi faşist feministlər...” .


                                                                    ***

Əsəd Qaraqaplan: "Xahiş edirəm, biraz pozitiv olun, biraz yumor hissiniz olsun, biraz sevin, biraz rahat olun, biraz sevişin, səmimlikdən heç qaçmayın. Xahiş edirəm, xoşbəxt olun. Çox xahiş edirəm həm də, hətta yalvarıram hamınıza...”.


                                                                     ***

Mübariz Bayramov: "Artıq sol çiynimdəki mələk çatdırmır. Sağ çiynimdəki mələk ona kömək üçün sola keçib”.


                                                                      ***

Aysel Ələkbərzadə: "Bir insanın sizə qarşı gerçək münasibətini öyrənmək istəyirsinizsə, onu qıcıqlandırın, onunla dava edin.Onda açılacaq sandıq, töküləcək pambıq”.


                                                                      ***

Lalə Niftəliyeva: "Şəhərimiz çox rənglidi əslində,sadəcə insanlar bozdu...
Heyfki rəngli insanların yaşadığı boz şəhər ola bilmirik”.


                                                                    ***

Laləzar Orucova: " "Allah kişiləri əhilləşdirmək üçün qadınları yaratdı." Bunu mən demirəm haa, bir kişi deyib - Volter. Dünən tvdə bir türk müğənnisinə qulaq asıram. Deyir ki, "mən şəkilləndirməyi, forma verməyi çox sevirəm. 4-5 kişi olub həyatımda. Hamısını yoğurub-yapıb hazır şəkildə buraxmışam cəmiyyətə." Vəssalam da”.



Sübhan Mahmudov