adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

QƏRBİ - ÖZÜMÜZÜ ANLAMAQ

SEYFƏDDİN ALTAYLI
65800 | 2017-04-07 22:19
Problemi başa düşmək onu yarı-yarıya həll etmək anlamındadır.

Ən düz tarix, tarixi olayları yaşayan, onun şahidi olan insanların qərəzsizxatirələridir.

Beş illik əzablı, səksəkəli, narahatçılıqlarla dolu günləri geridəburaxıb 1985-ci ildə TRT-də işə düzəldikdən sonra yaxından tanıdığım mərhumböyüyüm Müzəffər Özdağ ilə tez-tez görüşürdüm. Azərbaycanın müstəqillik hərəkatınınən qızğın çağları idi. Azərbaycanı Tanıtma Dərnəyini yaradandan sonra bu görüşlərimizdaha da sıxlaşmışdı. Müzəffər bəyin yayına gəlib-gedən İlhan Atabaş paşa ilətanış olmuş, onunla da dostlaşmışdım. İlhan Atabaş, general-leytenant rütbəsindəntəqaüdə çıxmışdı. Bir gün oturub söhbət edərkən bir xatirəsini mənə danışdı, məndə onu eyni ilə oxucularıma təqdim etmək istədim. Aşağıda təqdim etdiyim xatirəniİlhan Atabaş Paşa, NATO-dakı vəzifəsi başa çatıb 1961-ci ildə Türkiyəyə qayıdanvə Ərzurumda III Ordu İstihbarat Rəhbərliyinətəyin olduğu zaman tanışıb-dostlaşıb, 1969-70-ci illərdə NATO-nun Brüsseldəki qərargahındabirlikdə vəzifə yeritdikləri korgenral (general polkovnik) Atıf Ərçıkandan dinləyib,bunu bir tədbirdə məruzə edib sonra da çap etdirib.

1960-cı ilin əvvəllərində NATO-nun hərbi qərargahı Amerikanın Washingtonşəhərindədir və hələlik Avropaya aparılmayıb.NATO-ya üzv olduğuna görə Türkiyənin zabitləri də orda vəzifə yəridib.NATO-nun qurmay başqanlığı vəzifəsini ingilislərdən fransızlar təhvil alıb.Fransalı general-leytenant başqanlığı İngilis həmkarından təhvil aldıqdan sonraqərargahdakı zabitlərlə yığıncaq təşkil edərək iş bölgüsü aparıb və hər birzabitə yeni vəzifəsini bildirib. Türkiyəni təmsil edən Qurmay Albay (HərbiAkademiya Məzunu Polkovnik) Atıf Ərçıkana da Sovetlər Birliyinə qarşı həyata keçiriləcək"Psixoloji Hərbi Hərəkat" sahəsində işləyəcəyi tapşırıldığına görəona bu sahə üçün hazırlanmış bir qovluq təqdim edilib. Yığıncaq qurtarıb və hərbir zabit öz otağına, işinin başına gedib. Albay Ərçıkan otağına gedib təzəcəoturub ki, içəriyə biri İngilis, digəri Amerikalı yekəpər iki albay daxilolub. Amerikalı sözə başlayaraq ondakıqovluğun özünə səhvən verildiyini bu səbəblə qovluğu özlərinə təhvil verməsinitələb edib. İngilis zabit də Amerikalının dədiklərini təsdiq edib. Atıf Ərçıkanisə həddən artıq ayıq və İngilis dilini ana dili kimi danışacaq qədər bilən birzabitdir. Onlara, "Xeyr, NATO Qurmay Başqanı bu qovluğu mənə səhvən deyil,bilərək verdi, onu sizə təhvil verə bilmərəm". Aralarında mübahisəbaşlayıb və gələn albaylardan biri stolun üstündəki qovluğa əlini uzadıb qapmaqistədikdə Albay Ərçıkan ondan da cəld tərpənib qovluğu götürüb siyirməsinəsalaraq qıfıllayıb. Gələnlər bu dəfə başlayıblar Ərçıkanı hədələməyə:

-Bu qovluğun məxfilik səviyyəsindən xəbərin var?

-NATO-da ən yüksək məxfilik "Cosmic Top Secret"dir ondan xəbərimvar.

-Xeyr, bu ondan da yüksək səviyyəli məxfilik xarakteri daşıyır adı da"Vagram"dır. Bu qovluqdakı məlumatı nəinki xaricə sızdırmaq bir kəlmənibelə özgəsinə desən öləcəkən bilmiş ol.

-Mən bu qovluğu oxuduqdan sonra öz Baş qərargah rəisimə təqdim edəcəyəm,narahat olmayın.

Amerikalı və ingilis zabit çıxıb getdikdən sonra Albay Ərçıkan qovluğuaçıb oxuyub. Qovluqdakı hərbi hərəkata görə Sovetlər Birliyinin mərkəziavtoritetinin diz çökdürülməsi məqsəd götürülüb. Sovetlər Birliyinə qarşıyeridiləcək psixoloji hərbi hərəkatın hədəfi Sovet İttifaqında yaşayanqeyri-rus xalqlardır. Qovluğun axır hissələrində işarə edilib ki, SovetlərBirliyinin mərkəzi idarəsi diz çökdürüldükdən sonra o torpaqlarda artıq ayrıbir mənzərə hakim olacaq, Rusiyadan savayı 15-16 yeni dövlət yaranacaqdı.Yaranacaq yeni dövlətlərdən 5-i, 6-sı Türk dövləti olacaqdı. Onlarınyaşadıqları coğrafiyalar təbii sərvətlər yönündən olduqca zəngindir. Türk millətinində cəngavərliyi tarixən məlumdur. Əgər bu dövlətlər Türkiyə Cümhuriyyəti ilə əl-ələversələr Hitler Almaniyasından da, Stalin Rusiyasından da daha təhlükəli birgüc yaranıb qərblilərin qarşısına dikiləcəkdi. Bu təhlükə yaradılmamalı, Türkiyəilə Şərq Türklüyü birləşdirilməməlidir.

Qovluğun axırında da belə bir sual verilib: "Türkiyə ilə Şərqdəkitürklərin birləşə bilməməsi üçün hansı tədbirlər həyata keçirilməlidir, bu barədəkifikirlərinizi və təkliflərinizi NATO rəhbərliyinə yazılı şəkildəçatdırın".

Əziz oxucular, gəlin 1984-cü illərdən, Afinada Daşnaqsütyunun təşkiletdiyi qurultayda partiyanın mərkəzini Afinadan İrəvana aparmaq qərarına yətişməsindənvə həyata keçirməsindən, 1988-ci illərdən başlayan olayları, kütləvi sürgünləri,Xocalı Soyqırımını, 1991-ci ildə yaranan müstəqil Türk dövlətlərindən indiyəkimi keçən 25 illik zamanda hansı olayların yarandığını bir sinəma pərdəsi kimigözümüzün qabağına gətirək. Nələr olub, nələr ötüb onları nəzərdən keçirək, Azərbaycanda,digər Türk cümhuriyyətlərində hansı oyunlar səhnələnib, səhnələnir, Türkiyənin1974-cü illərdən bəri üzləşdiyi PKK terrorunu, Hizbullahı, məzhəbçiliyi,güneyində 1993-cü illərdən bu tərəfə ABŞ-İngiltərə-İsrail triosunun İraqda,Suriyada, Liviyada həyata keçirdiklərini, onları dəstəkləyən qərb ölkələrinin məqsədlərininnə olduğunu, sonradan Rusiyanın Orta Şərq bölgəsinə daxil olmasının səbəblərini,İraqın və Suriyanın şimalında yaşayan yazıq dili xaric hər şeyi ilə bizim birparçamız olan kürdlərdən bir şahmat fiquru kimi istifadə edilməsi olaylarını tərəfsizbir gözlə analiz edək.

Məncə, bunları obyektiv bir gözlə və fikirlə düzgün analiz etsək nəyin nəolduğunu və indən belə nələr ola biləcəyini yaxşı başa düşərik.

Seyfəddin Altaylı

Ankara

TƏQVİM / ARXİV