adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DÜNƏN "1 MAY" İDİ...

MƏZAHİR ƏHMƏDZADƏ
26262 | 2017-05-02 14:14

Hər dəfə mayyaxınlaşanda, nəfəsi, ətri duyulanda uşaqlıq illərimizin 1 Mayını xatırlayıb qəribsəyirəm.Əslində bu bayramın dünya zəhmətkeşlərinin həmrəyliyi günü mənasında daha çoxböyüklərə aid olmasına da fikir verməzdik. Kim idi tribunalardan söylənən siyasişüarlara qulaq asan. Bircə paradın tez qurtarmasını istərdik. Ancaq tribunaya,aşağıda və yuxarıda dayanan seçmə adamlara, bir az hündürdə sıralanan siyasibüro üzvlərinin portretlərinə ürəkdən pioner və komsomol salamları verməyimizidə inkar etmirəm.

1 May nəyə görə bizim,yəni uşaqların, orta məktəb şagirdlərinin ən sevimli, bütün il boyu gözlənilənbayramı idi? Novruzu nəzərə almasaq, heç Yeni ildə, 7 Noyabrda, 8 Martda, 9Mayda bu dərəcədə sevinməzdik, comərd, mehriban olmazdıq. O illərin uşaqları təsdiqləyər,adət idi, həmin gün ən kasıb ailənin belə uşağının əynində təzə paltar olurdu,cibində pul olurdu, əlində gül-çiçək, şar, kiçik bayraq olurdu, könüllərdə dahasıcaq hiss edilən ata-ana nəvazişi olurdu...

May günümüz əvvəlcə şarüfləyib şişirtməklə, sonra saplaqları çubuğa sapla bərkidilmiş gilas alıb yeməklə(o vaxtlar gilas 1 Maya kimi dəyərdi - qıpqırmızı!), daha sonra elə küçəninortasındaca hazırlanan və stəkanlarda satılan dondurma, bəzən də Bakıdan gətirilən"Plombir", "Eskimos"la başlayardı. Günortaya yaxın şəkil çəkdirməkanları, peşmək, bamiyə və mütləq su-kökə mərasimi, son siniflərdə oxuyanlardanbəzilərinin ..... Faiqin qəlyanaltısına qaçıb 1-2 stəkan çaxır içməsi vəonlardan bəzilərinin ilk dəfə "belə iş tutduqları üçün" Sabir bağındakıqovaqlıqda ögüyüb-böyürməsi, daha sonra isə mərkəzdəki "1 May"kinoklubunda hansı film olur-olsun saat 15.00 seansına bilet almağımızla davamedərdi. Çoxumuz bəlkə 5-6 dəfə gördüyümüz filmlərə sonadək baxmayaraq zalıyarımçıq tərk edib küçələrdə, bağlarda gəzər, "yelləncək" dediyimizşaquli fırlanan qorxulu karuselə növbə tutardıq.

1 May bayramlarının əksəriyyətindəateist böyüdüyümüz üçün hələ tam dərk etmədiyimiz Göylər kefimizə bir 10-15 dəqiqəliksoğan doğrayardı, leysan tökərdi. İslansaq da evə getməzdik. Çünki 1 May bizimhalal bayramımız idi - biz belə düşünürdük. Hətta fikirləşirdik ki, bizolmasaq, yəni uşaqlar olmasa heç 1 May da keçirilməz.

O illəri yaşayan hər kəsillər ötüb keçsə də həmişə 1 Mayı gözləyərdi. Xatirələri üçün, sonralarsa həmxatirələri, həm də uşaqları üçün.

Bu bayram SSRi-də çox təntənəlikeçirilərdi. Keçmiş sosialist ölkələrində də. Bəzi başqa ölkələrdə isə bayramdeyil, zəhmətkeşlərin 1 May nümayişləri olardı. İcazəsiz keçirilənləri polis dəyənəkvə güclü su şırnağı ilə dağıdardı - leysana ehtiyac qalmazdı.

Sovet dövründəki bütünbayramlar qaldı. Ancaq 7 Noyabra qatıb 1 Mayı da ləğv etdilər. Dünya zəhmətkeşlərininhəmrəylik günü olan 1 Mayı!

Dünya zəhmətkeşlərininhəmrəyliyi çox pis məsələ imiş.

Türkiyədə 1 Mayınkeçirilməsinə icazə verilib - qurd ürəyi yeyiblər.

Dünya ZəhmətkeşlərininHəmrəylik Günü...

Yox, 1 May uşaqlarınbayramı idi.

Bu sevincin, bu coşqunun qarşısında kommunist ideologiyası da boş şeyidi.

Baxın, hər şey öz yerindədir, təkcə uşaqlara yazıq oldu. 1 May əllərindənalındı, bayramları qırıldı...

Bəlkə elə ona görə də daha dağ yamaclarından başqa heç yerdə laləgörünmür. Göyümtül yasəmənlər də yoxa çıxıb. May gilası da daha iyun ayındantez dəymir. Heç göy qurşağı da bərq vurmur.

Xatirələrin doğurduğu sevinci, özləmi indi arxanca gələn nəslinyaşamında, ruhunda görməmək, duymamaq nə qədər acı, darıxdırıcı bir şey! Çətindir bunları düşünmək və kimsələrə danışmaq.


TƏQVİM / ARXİV