adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ÜRƏYİMİN EHTİYACI

FƏRİDƏ RƏHİMLİ
45746 | 2017-06-09 16:30

Allahinsanı tək yaratdı. Baxdı ki, tək darıxır insan, ikinci bir insanı da yaratdı.Amma bir az fərqli, bir az birincidən zərif, bir az ondan gözəl, incə, biz azondan cazibədar, bir az ondan zərif yaratdı. Birini o birinə möhtac yaratdı,biri o birindən ayrı qalmaz vəziyyətdə yaratdı və bir-birindən ayrı yaşaya bilmədiləro gündən. Darıxdılar, göz yaşıtökdülər ayrılıqları zamanı. Anlaşılmaz bir hiss aldı içlərini. Əvvəllər adınıbilmədilər bu hissin. Sevgi, həsrət, hicran, vüsal kimi sözdən xəbərləri yoxduhələ. Ölüm haqqında məlumatları yoxdu. Ölümdən betər olan ayrılığı həyatın ən çəkilməzdərdi sayırdılar...

Hər şey rahat, mənalı,quşlar, heyvanlar, güllər, çiçəklər, çaylar, şəlalələr onların ixtiyarında idi.Dünya qovulduqları Cənnətdən o qədər də fərqlənmirdi...

Onlarıncütlüyündən insanlar törədi, artdı. Artdıqca da dəyişdi, bir-birindən fərqləndi,ikiləşdi - yaxşıya, pisə bölündü. Bir ata-ananın övladları bir-birinə düşmən kəsildi.Biri o birini öldürdü. Sevgi, gözəllik sözünün yanında paxıllıq, həsəd, hərislikdə peyda olmağa başladı. İnsan çoxaldıqca problemi də çoxaldı, yaşamaq daha daçətinləşdi. Və bu çətinliyi bir-birinə yaşadan da insan özü oldu. Açıq ürəklilik,mehribanlıq, sadəlik şəraitində rahat yaşamaq varkən bir-birinə zəhər etdidünyanı insan. Hər dəfə də bir-birini suçladı, bir-birini qınadı.

Çox keçdi ozamanlardan. İnsan dəyişmədi, daha da çirkinləşdi münasibətlər. Artıq ailədən,qəbilədən, tayfadan daha geniş üfüqlərə üz tutdu insan. Daha çox öyrəndi, dahaçox təcrübə topladı və bu təcrübənin əksəriyyəti yanlış yöndə oldu. Silahlar kəşfolundu vəhşi heyvanlardan qorunmaq üçün, amma o silah yanlış insanların əlinəkeçincə daha böyük fəlakətlər baş vermiş oldu. Əməyi, zəhməti yüngülləşdirməküçün atom kəşf edildi, amma o kəşflə dünyanı alt-üst etdilər, dağıntılar, ölümlər,heyvanın belə edə bilməyəcəyi vəhşiliklər ixtiraçını peşman etdi. Qalan ömrünüözünü lənətləyərək yaşamağa vadar etdilər onu. Dəqiq yəqin etdi ki, elm inkişafetdikcə insanı vəhşiliyə doğru aparır. Daha çox maddiyata sahib olmaq, hakimiyyəthərisliyi insanı insanlıqdan çıxardı. Bir-birinə həyatı zəhər etməyəbaşladılar. Amma əvvəlki halıyla yaşayanlar da qaldı. Yəni insan həyatıyaşayanlar da. Dünyanı, həyatı, insanları sevərək yaşayanlar da tükənmədi.Yaxınlarıyla, ətrafla, bütün dünya insanları ilə dostluq etmək istəyən,xeyirxah əməllərlə məşğul olan, sevgini baş tacı edən, irqi, dini, milliayrı-seçkiliyə yol vermədən, yalnız insan olduğu üçün onları sevən insanlar hələdə var, olacaq. Hansı təbəqə azdır, hansı çox, söyləmək çətindi, amma bəzənyaxşılar daha az kimi görünür. Olsun, yetər ki, tükənməsin...

İnsanın daimbir-birinə ehtiyacı var. Bu ehtiyac maddiyat üzündəndirsə, ödəndikdən sonraunudula bilər, amma mənəvi ehtiyac ömür boyu tükənməz. Bu, insanın ömürü boyusürən, davam edən bir istəkdir.

İllər, əsrlərkeçsə də, bəzən insan doğulduğu gündən ölümə doğru getdiyinin fərqində beləolmur. Sanki əbədi yaşayacaqmış kimi dörd əllə yapışır bu dünyadan. Yaşadığıdünyanı cəhənnəmə çevirir, insanları əzaba işgəncəyə düçar edir. Son zamanlardünya çox qarışıb. İnsan ölümünü qarışqa ölümü qədər əhəmiyyətsiz, mənasızsayanalar var.

İndiyə qədərolanlar azmış kimi bir də vahiməli görünüşlü saqqallı, gödək şalvar canilər,insan qəssabları artmağa başladı. Sanki bunların beynini silib, yerini insanaqarşı nifrətlə, ölüm hərisliyi ilə, təcavüz hissi ilə... doldurublar. Buna necənail olurlar, bunun bir çox versiyaları var və maddiyat da ön sırada dayanır.Amma heç bir maddiyat bu qədər vəhşicəsinə insan qətlinə səbəb ola bilməz. Buişdə tam anlamadığımız daha məchul məsələlər var və bunun dinlə əlaqəsi belə yoxdu."Allahu Əkbər!" deyib insan başı kəsən vəhşinin dinlə nə işi ola bilərki?

İnsanlar, xüsusiilə də türk dünyası çox parçalandı, dinimizi məzhəblər, təriqətlər, axirətinidünya həvəsinə dəyişən "dindarlar"ın rəhbərliyi bərbad günə saldı,elmimizi elmdən bixəbər, haqqı olmadan başqasının yerində əyləşənlər, təhsilimizimillətin gələcəyini deyil, şəxsi maraqlarını düşünənlər, səhiyyəmizidoktorçuluq oynayanlar korladı. Təbii ki, bu yalnız bizdə deyil, bütün türkdünyasını əhatə edən bir bəladır və təbii ki, bu özbaşına baş vermədi. Bütünbunların vahid bir idarəetmə mexanizmi tərəfindən müsəlman dünyasına qarşı yönəldiyiartıq hər kəsə məlumdu.

Lap ilk gündəkikimi, hələ yalnız ikisinin yarandığı zamandakı kimi, indi də insan bir-birinəmöhtacdır.

Bugün türk dünyasının, Turan elinin bir-birinə daha çox ehtiyacı var. Zülmə, qətllərə, dinsizlərə qarşımübarizədə birləşmək ən qaçılmaz, zəruri ehtiyacımızdır. Parçalayaraq əzməkdaha asan olduğundan, çoxdan işə düşmüş bu mexanizm öz məqsədinə yaxınlaşmaqdadır.Artıq bu, insanın insana olan ehtiyacından ötə - ölkələrin bir-birinəehtiyacıdır və bu ehtiyac təmin olunarsa, yəni türk dünyası birləşərsə,qarşısında durmaq müşkül məsələdir və bunu o "barmaq" sahibləri çoxgözəl bilirlər. Təəssüf ki, türkün səbri geniş olur. Amma səbr kasası doldumu,düşməni qarşısında kölə edər. İnşallah bu təskinliklə o günü gözləyirik -türkün yuxudan ayılacağı günü...


TƏQVİM / ARXİV