adalet.az header logo
  • Bakı 18°C

BİR GÜL BAĞIŞLASAN...

FƏRİDƏ RƏHİMLİ
71710 | 2013-03-08 00:40

Fikirverirsinizsə, bayramlarımız matəmlərimizlə növbələşir. 31 dekabr Dünya AzərbaycanlılarınınHəmrəylik Günündən iyirmi gün sonra 20 Yanvar qırğını, 26 fevral Xocalısoyqırımından on gün sonra 8 MartQadınlar Bayramı, 21 mart Novruz Bayramından on gün sonra 31 Mart AzərbaycanlılarınSoyqırımı günü və sair... Yəni, həm gülmək, həm ağlamaq istəyən uşağa dönmüşük.Gözümüzün biri gülməmiş o biri ağlayır. Çaşbaş qalmışıq, bilmirik gülək, yoxsaağlayaq...

Matəmlərinən ağırlarını yola verdik. İndi ən çox sevdiyimiz bayramlar gəlir - 8 mart və Novruz bayramı.İkincini demirəm, amma birinci, yəni, 8 Martın kişilərin də sevimli bayramıolduğunu demək bir az çətindi. Çünki həmin gün kişilərin nə çəkdiyini bilirik.Ən çox da maddi sıxıntısı olanların...

Virtualdostlarımdan birinin qəribə məntiqlə yazılmış statusunu oxudum. Yazının məzmunubu idi ki, indi qadınlar bayramına qızgın hazırlıqlar gedir. Gücü çatan,çatmayan hədiyyə sorağındadı. Amma müharibə olan ölkədə kişilərin əli silahtutmalıdı, qadına gül uzatmamalıdı...

Həmişə zərifvə zəif adlandırdığımız qadınlar əslində ən güclü xarakterə malik cinsdirlər.Onların həyatı duyğu, dözüm və fədakarlıqdan yoğrulub. Qadın yalnız sevəndəzəif olur. Sevilən qadın güclü olur. Maddi çətinliklərdə də, psixolojidurumlarda da, səbir, dözüm məsələsində də kişilərdən üstün olsalar da,ZƏRİFdilər. Və bu zərifliyi qiymətləndirmək əks cinsin borcudur! "Qadınzərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sınabilər" - Migel de Servantes deyib bunu. Amma "qadına güluzatmaq" kimi bir jest o qadını daha da zərifləşdirir, bircə güllə onunhəyatını işıqlandıra, ruhunu təzələyə bilərsiniz! Amma kişi əli gülü ona uzatmırsa və eynizamanda silah da tutmursa, onda necə? Ancaq bu zərifliyi qiymətləndirənlərimühakimə etməkmi qalır onlara, yoxsa daha mükəmməl arqumentləri var, ortalığaçıxarmağa.

Bu söhbətzamanı uşaq vaxtı baxdığım, müharibə mövzusunda bir rus filmi yadıma düşdü.Qızğın atışmalardan sonrakı fasilədən istifadə edən döyüşçü ağacın altındabirlikdə dayandığı tibb bacısı olan sevgilisinə həmin vaxta təsadüf edən 8 Martbayramı münasibətilə hədiyyə verir. Hədiyyəsi nə idi bilirsinizmi, buəsgərin? - altında dayandıqları ağacdanqoparılmış kiçik bir budaq! Onunlabirlikdə: Bayramın mübarək əzizim, səni sevirəm! - deməsi qızı dünyanınxoşbəxti etmişdi... Bir adi budaqla xoşbəxt ola bilən qadına sizin sevginizdənbaşqa nə lazım ola bilər ki... Od-alovun içində də qadın zərifliyini saxlamağıbacarır. Qadınlar onları anlamağı, dinləməyi bacaran kişini varlı kişidən üstüntuturlar. "Qadın kitaba bənzəyir, onu sevmək və diqqətlə oxumaqlazımdı". Bunu da E.Krepelin deyib - diqqətlə oxumaq!.. Bəs sizqadınlarınızı "oxuya" bilirsinizmi? Heç olmasa, buna səygöstərirsinizmi? Yoxsa onlara bir çiçək bağışlamaq üçün mütləq müharibəni başavurmağın tərəfdarısınız? Qadınaqayğının, xoş münasibətin, sevginin təcəssümü olan bir gülü bağışlamaq üçünmüharibənin qurtarmasını gözləmək lazım deyil. Çünki qadın elə müharibədə dəsizin arxanızda olacaq. V.Belinski deyir ki: "Qadın həyatın bütün mərhələlərindəkişinin xilaskarıdır". Doğurdan da uşaqlıqda əziyyətini, qayğını çəkən,gəncliyində həyatın ən mənalı vergisi olan sevgini sənə yaşadan, qocalıqda ənsadiq "qulaq yoldaşı" və təsəlli verənindi qadın. Ona görə də birgülü əsirgəməyin qadınlardan, kişilər! Həmin gün heç olmasa, bir sevgi etirafı,bir kəlmə xoş söz söyləyin onlara. O zaman baş verəcək möcüzənin şahidiolacaqsız!

Bütünqadınlarımızı, o cümlədən cəbhə zonasında yaşayan həmkəndlilərimi bu bayrammünasibətilə təbrik edirəm! Əzizlərim, müharibə, bayram və müharibə zamanı bayramın nə deməkolduğunu siz hamıdan yaxşı bilirsiniz...

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV