adalet.az header logo
  • Bakı 20°C

ÜRƏYİM PARTLAYIR…

FAİQ QİSMƏTOĞLU
78610 | 2017-09-29 14:06

… Bəzən elə hadisəyləvə elə məqamla üzləşirsən ki, adamın onda hövsələsi daralır, səbri azalır. Və həttaürəyimiz o qədər sıxılır ki, elə bilirik bu dəqiqə o yerindən çıxacaq, partlayacaq.Ürək partlamasın neyləsin? Bir də görürsən ki, hansısa ziyalı, alim, professor,hətta akademik dilin saflığı haqqında, təmizliyi barəsində danışanda elə özü ənböyük xətaya, səhvə yol verir. Hansı ki, həmin ziyalı, akademik qaldırdığı və toxunduğuproblemlər çox düz olur, amma sadəcə olaraq özü də danışarkən əcnəbi sözlərdən,yabançı ifadələrdən istifadə eləyir.

Elə sözlər var ki,o, beynəlxalq sözdü və dilimizdə vətəndaşlıqhüququ qazanıb. Amma buna baxmayaraq, həmin sözün də istənilən qədər sinonimi, lorudildə demiş olsaq, oxşarı var. Təəssüf ki, bizim bəzi savadlı ziyalılarımız terminlədanışmağı və xarici dillərdən daxil olmuş ifadələri işlətməyə daha çox həvəs göstərirlər.

Yadıma böyük yazarÜzeyir Hacıbəyovun felyetonlarından biri düşür. Biri molladan soruşur ki, mollaəmi, müsəlmana qəzet oxumaq haramdı, yoxsa halaldı? Molla da deyir ki, qəzet oxumaqmüsəlmana yaraşmır və haramdı. Və həmin adam gedib bir intellegent tapır ona dabu sualı ünvanlayır. İntellegent də deyir ki, baxır hansı qəzeti oxuyasan. Əgərmən müsəlman qəzetlərini oxusam, onda əcnəbilər deyər ki, bu vəhşi müsəlmandır.Baxmayaraq ki, ermənilər, gürcülər öz qəzetlərini oxuyurlar və buna görə də heçutanmırlar. Ancaq mən rus qəzetlərini oxuyuram və ruslar da görəndə deyir ki, buvəhşi müsəlman deyil, abrozovonnu müsəlmandı…

Görürsünüzmü, XXəsrin əvvəllərində hətta bəzi dırnaqarası ziyalılarımız öz qəzetimizi oxumağı təhqirsayıblar və deyiblər ki, qoy biz xarici qəzetləri oxuyaq, ona görə də əcnəbilərbizə hörmətlə yanaşsınlar…

Bizim millət həmişəözünü yox, əcnəbini düşünüb. Və bu əcnəbilərin qarşısında az qala ürəyimizi çıxarıbonlara vermək istəyirik. Amma bu əcnəbilərin bir balaca imkanı olanda heç bizimkiləriadam yerinə də qoymurlar. Məsələn, indi Afrikadan və eləcə də digər uzaq ölkələrdən qaradərili adamları gətirib bəziləriaz qala bizim gözümüzə soxmaq istəyirlər. Onların bir çoxunu şadlıq saraylarınınqapısının ağzında əllərində bizim qalxan və nizəmiz durduğunu görürük. Guya bununlada kimlər isə bir yenilik edir, ora gələnləri sevindirirlər. Vallah, bu «yenilik» bizə ziyandan başqa heç bir xeyir gətirmir.

Elə bil mətləbdənbir az uzaqlaşdıq. Adam bəzən özündən asılı olmur, hissə qapılır və bu hiss də götürübonu aparır ucu-bucağı görünməyən bir aləmə. Axı biz dilin saflığından danışııdıq.Müxtəlif televiziya kanallarında bu mövzu ilə əlaqədar tez-tez verilişlər hazırlanırvə tamaşaçılara təqdim olunur.

Bir ay bundan qabaqisə belə verilişlərdən biri adını çəkmək istəmədiyim hörmətli kanallarından birindəefirə getdi. Sözün düzü, veriliş mənim çox xoşuma gəldi. Çünki burda Azərbaycandilinin saflığından, təmizliyindən və duruluğundan söhbət açılırdı. Verilişə dəvətolunanlar da ölkənin tanınmış alimləri, ziyalıları və ekspertləri idi. Onlar mətbuatda işlədilən əcnəbi sözlərlə bağlı çoxmaraqlı fikirlər səsləndirirdilər. Bu fikirlərin hamısı məqbul sayıla bilər.

Amma məni bir yazarolaraq ən çox narahat edən aparıcıdan tutmuş verilişin ekspertlərinə qədər hər birinintez-tez «mətbuat» sözü əvəzinə «media» ifadəsini işlətməsi idi. Bu gün sanki mətbuatsözünü işlətmək və yada salmaq çoxlarının yadından çıxıb. Mən heç cürə başa düşəbilmirəm: məgər «media» sözü «mətbuat» ifadəsindəndaha yaxşı səslənir, yoxsa orijinal görünür? Vallah, dilin rəvanlığı, səlisliyivə şirinliyi baxımından «mətbuat» ifadəsi daha yaxşı səslənir. Bəlkə də mən fikrimdə yanılıram? Amma gəlin ədalətlə deyək ki, Azərbaycanmətbuatının bünövrəsini qoyan Həsən bəy Zərdabi bu addımı atmaqla yeni bir mərhələyaradıb. İndi biz deyək ki, «Əkinçi» mediası öz dövrünün aynası olub? Bu ifadə nədərəcədə kobud səslənir, onu hörmətli oxucunun hər biri yaxşı duyur. Onu da başadüşmək olmur ki, «mətbuat tariximiz» ifadəsinin yerinə, «media tariximiz» söz birləşməsiniişlətsək, görün necə pinti bir deyim alınır.

Biz univertitetdəoxuyanda jurnalistika fakültəsində «mətbuat tarixi» kafedrası vardı. Və həmin kafedranında müdiri səhv eləmirəmsə, böyük yazıcı- jurnalist və alim Şirməmməd Hüseynov idi.Onda gəlin bu kafedranın da adını dəyişib belə qoyaq: «Azərbaycan media tarixi».Görürsünüzmü, istər-istəməz «media» ifadəsi o iki sözə xələl gətirir. Yəni o ikisözün şirəsini, ürəyini, qaymağını itirir.

O verilişlə bağlıekspertlərdən birinə öz iradımı da bildirdim. Hörmətli tanınmış ziyalı da dediklərimlərazılaşmalı oldu. Mən burda amerika kəşf eləmirəm. Sadəcə olaraq, dilin saflığındandanışırıqsa, birinci biz jurnalistlər sözün saflığını qorumalıyıq. Ondan sonra kimdənsəbunu tələb eləyə bilərik.

Televiziyalarda bugün də həmin səpkili verilişlər efirə gedir. Və yenə tez-tez «media» ifadəsini işlədirlər.Ən qəribəsi budur ki, bu «media» ifadəsini işlədənlər ölkənin tanınmış jurnalistləri,qəzet redaktorları və yazarlarıdır. Və tanınmış qəzet redaktorlarının, yazarlarınınhamısı da mənim dostumdur. Sadəcə olaraq, dost dostun da çatışmayan cəhətini, qüsurunudeyəndə o əsl dost olur. Dahilərdən kimsədeyib: «Dostunu çox istəyirsənsə, onu tənqid elə. Düşmənini məhv eləmək istəyirsənsə,onu təriflə».

Mən də elə oldu ki,uzun müddət narahat olduğum və ürəyimi partladan bu məsələni qələmə aldım. Bilmirəm,bundan mənim qələm dostlarım inciyəcək, xətirlərinə dəyəcək, yoxsa yenə əvvəlkikimi televiziya çıxışlarında tez-tez «media» ifadəsini işlədəcəklər?

Bizim Azərbaycandilinin şirinliyi, lakonikliyi və gözəlliyi həmişə seçilib. Və bu dilin şirinliyinidə, lakonikliyini də biz yazarları qorumalı, dilimizin lüğət tərkibini zənginləşdirməliyik.Amma biz isə bəzi hallarda bu böyük mətləbdən uzaq düşür, əcnəbi sözlərin aludəçisiolur və nəticədə onu tez-tez işlətməklə gözəl Azərbaycan dilinə xələl gətiririk.


TƏQVİM / ARXİV