adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Aqil ABBAS: YEZİD NƏ ÇOXQOHUMLU BƏXTƏVƏRDİ?

AQİL ABBAS
88311 | 2019-09-10 12:04

Mən dinşünas deyiləm,dini də dərinliklərinə qədər bilmirəm vəöyrənməyə də cəhd etməmişəm. Dinşünas olanda da ya gərək Vasim Məmmədəliyev, Hacı Sabir, Nəriman Qasımoğlu olasan,ya da gedib öz işinlə məşğul olasan. Bu mövzudada yazılar yazmıram. Olur, hərdən bir müəyyənməsələlərə cavab verməyə bilmirsən.

Dünyadakı bütün dinlərhaqqında da özümə lazım olan səviyyədə məlumatlıyam. Bütün dinlərə və bütün inanclarahörmətlə yanaşıram. Təbii ki, İslamı dinlərin şahı, «Quran»ı da Tanrı tərəfindəngöndərilən kitabların ən mükəmməli hesab edirəm. Müsəlman olduğuma görə yox. Dinimizibaşqa dinlərlə, Kitabımızı başqa səmavi kitablarla müqayisə etməyə hər halda savadımvə qabiliyyətim çatır.

Bu yazını niyə yazdım?Məhərrəmlik ayıdır, ayın 1-də də Aşura günü idi. Bu dəqiqə dünyanın ən böyük silahı olan sosial şəbəkələrdəneçə gündür İmam Hüseynlə bağlı müzakirələr gedir.

Kimsə dinsiz olabilər, Allahsız ola bilər, yəni ateist, hansısa məzhəbə qulluq edə bilər, bu onunöz seçimidi. Hər kəsin seçiminə də hörmətlə yanaşmaq lazımdı. Belə bir ifadə var:«Özü bilər, Allahı bilər», hətta inanmadığı Allahı bilər.

Nədir məsələ? Baxıram,xüsusi qruplar var, bilmirəm hardan idarə olunurlar, içlərində də tanınmış ziyalılar,özlərini də müsəlman sayırlar, guya «Quran»ıda oxuyublar, şiəliyi aşağılayırlar, həqarət edirlər, təhqir edirlər, lağa qoyurlar.Bu qalsın bir tərəfə. Bu özlərini müsəlmanadlandıranlar Peyğəmbərimizin (s.ə.s) ən sevimli nəvəsini də təhqir edib aşağılayırlar. Peyğəmbəri sevirsən, nəvəsini təhqir edirsən, sən necə müsəlmansan? Moltanıolmaq belə müsəlmançılıqdan yaxşıdı.

İnsanlar ildə birdəfə peyğəmbərimizin şəhid edilmiş, qılıncdan keçirilmiş nəslini yad edirlər. Burdalağ olunası nə var ki? Dünyada elə bir xalq göstərə bilərsinizmi ki, bu və ya başqaşəkildə öz şəhidlərinə, müqəddəs şəxslərinə anım günü keçirməsinlər? Və içi bizdaxil olmaqla.

İmam Hüseyn şəhidliyinzirvəsidi. Və bütün dünyaya da haqq yolunda, din yolunda, ədalət yolunda,Allah yolunda şəhid olmaq dərsi keçib. Müsəlman olmayan filosoflar da, alimlər dədünyanın yönünü dəyişdirən böyük şəxsiyyətlər də İmam Hüseynin şəhidliyini yüksəkqiymətləndiriblər, öz xalqlarına, öz əsgərlərinə örnək göstəriblər. Onlarla misal çəkərəm, bəlkə daha çox.

Dünya iki yerə bölünüb,İmam Hüseynin tərəfdarları və Yezidin tərəfdarları,özü də dinlərindən asılı olmayaraq.

İmam Hüseyn tərəfdarlarıydıQarabağda şəhid olan o 20 min igid. İmam Hüseyn tərəfdarlarıdı Aprel döyüşlərindəşəhid olan oğullar! İçlərində rusu da var,yəhudisi də var, ukraynalısı da var, sünnisi də var, şiəsi də var, amma onlar hamısıİmam Hüseyn yoluyla gedərək haqq yolunda, ədalət yolunda, torpaq yolunda, Allahyolunda canlarını qurban verdilər. Və bu gün də bu yolla gedirlər.

Yezidin tərəfdarlarıydıXocalıda soyqırım törədənlər, evlərimizi-eşiklərimizi yandıranlar.

Yezidin tərəfdarlarıdıİraqı, Suriyanı, Yəməni, Liviyanı, Fələstinibombalayanlar. Türkiyədə hər gün terror törədənlər.

Yezidin tərəfdarıdı srağagün Las-Veqasda 58 adamı qətləyetirən, 600-ə yaxın adamı yaralayan.

Yormayım sizi, Yezidin qanınıdaşıyırlar.

Öz torpağı, öz vətəni,öz namusu uğrunda şəhid olanlar da İmam Hüseynintərəfdarlarıdı. 2 yaşlı Zəhranı qətlə yetirən erməni ilə Peyğəmbərimizin (s.ə.s)nəticəsi 6 aylıq Əli Əkbərin başını kəsəninnə fərqi?

Manaf Süleymanovunkitabından yaman çox sitat gətirirlər. Bilirsiniz də nəyi? O türk paşasının BakıdaAşura günü insanlara lağ eləməsini və döydürməsini.Və sonra da onlardan bir qrupunu tutdurubmindirir qatara ki, göndərəcəm Batuma,ordan da gəmilərə doldurdub göndərəcəm Kərbəlaya. Kərbəla kafir ingilislərin əlindədi,getsinlər Kərbəlanı xilas eləsinlər. Və bunu bəh-bəhlə sosial şəbəkələrdə elə paylaşırlar.Ağlına dua yazım o paşanın da, onu bəh-bəhlə paylaşanların da.

Əvvəla, həmin paşaKərbəlanın yolunu bilmir, burdan Batuma, Batumdan gəmilərlə Qara dəniz, sonra İstanbulboğazı, sonra Aralıq dənizi, ondan sonra İraq və Kərbəla. Bakıdan Kərbəlaya quruyolu Bakı-Batum yolundan bir az artıqdı.

İkincisi, ay Paşa,Kərbəla sizin əlinizdəydi də, niyə verdinizkafir ingilislərə ki… Nə isə…

Başqa bir ziyalımız,özü də hakimiyyətə hakimiyyət davasıyla gəlmiş bir ziyalımız, İmam Hüseyni günahlandırırki, hakimiyyət davası eləməyəydi, öldürməyəydilər.Harda oxumusan İmam Hüseynin hakimiyyət davasıelədiyini?!

Bəli, Aşura bitdi.İnsanlar getdilər məscidlərə İmam Hüseynə və 72 şəhidə ehtiramlarını göstərdilər. Sakitcə, əmin-amanlıqla,davasız-şavasız. Bircə Gəncədə bəzi yalançı dindarlar qarışıqlıq salmaq istədi,o da alınmadı, oturtdular yerlərində. Özü də təkcə polisin gücünə yox, Gəncənininanclı insanlarının gücünə. Və insanlar maariflənir, daha nə zəncir vuran var,nə də baş yaran. Beş-on nəfər varsa da, onların bəziləri deyək ki, inanclarından ediblər, bəziləridə kimlər tərəfindənsə öyrədilmiş adamlardı.

Məhərrəmliyə, İmamHüseyn şəhadətinə lağ edən «müsəlmanlara»bir daha xatırladıram ki, hələ Sovetlər dönəmində Məhərrəmlik zamanı Bakıdakı ruslar da, yəhudilər də, ermənilər də dinimizəhörmət əlaməti olaraq toy etmirdilər. Bəs, sizə nə düşüb atılmısınız ortalığa? İnanmırsan inanma, bu səninhaqqındı, hüququndu. Amma inanclı insanlara da hörmət etmək borcundu.

Bir məsəli hərdəntəkrar edirəm, indi də təkrar edim, oxumayanlar da ola bilər, həm də yeri var.

Ağdamda Xıdırlı kəndi var, yeganə sünni kəndidi. Bu kənddən çoxböyük ziyalılar, şəxsiyyətlər çıxıb. Bu kənddən də çoxlu dostlarım var, zarafatısevən, yumorlu adamlardı.

Parisdə həkimliktəhsili almış bir bəy qayıdır doğma Xıdırlıya.Aşura günüymüş. Çıxır kəndin mətəsinə, təbii ki, bütün kənd də yığışır başına.

Bəy Qarqarın o üzündəkiŞellini göstərib soruşur ki, səhərdən ordaağlaşmadı, kim ölüb orda?

Cavab verirlər ki,Bəy, heç kim ölməyib, Aşuradı, imamlara yassaxlayırlar. Deyir, hə, hə. Yaxşı, bəs Əhmədavardakim ölüb, ordan da ağlaşma səsi gəlir. Əhmədavar elə Xıdırlıya bitişikdi.

Deyirlər:

- Bəy, orda da heçkim ölməyib ey, Aşura günüdü də, imamlara yas saxlayırlar.

Bəy yenə deyir, hə,hə. Sonra əlini uzadır yaxınlıqdakı Qiyaslı kəndinə:

- Yaxşı, bəs ordakim ölüb, orda da ağlaşmadı axı?

Camaat:

- Bəy, saa canımızqurban, alim adamsan, Aşura günüdü də deyirik, imamlara yas saxlayırlar.

Bəy başını bulaya-bulayaXıdırlının üstündəki Xoramurd kəndini göstərib deyir:

-Bəs, orda niyə ağlamırlar?

Camaat:

-Bəy, onlar niyə ağlasın ki, ermənilərdi axı?!

Bəyəsəbi halda:

-Bəs, siz niyə ağlamırsız, siz də ermənisiz?

Ogündən sonra Xıdırlı da Aşura keçirir.

Hərkəs öz payını götürsün.

Babəkində damarlarından İmam Hüseyn qanı axırdı, Nəsiminin də, Şah İsmayılın da, Müşfiqində, Cavidin də, Qandinin də, Atatürkün də, Mehdi Hüseynzadənin də, Həzi Aslanovun da, Çanaqqala şəhidlərinin də, 20 min şəhidimizin də, Aprel şəhidlərimizin də.

Özüdə gün işığı kimi, tərtəmiz İmam Hüseyn qanı!

10 oktybar 2017 

TƏQVİM / ARXİV