adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

DAĞDAN AĞIR KİŞİ

FAİQ QİSMƏTOĞLU
72634 | 2017-10-27 17:36

…Köhnəkişiləri yada salanda onlar haqqında çoxları belə bir fikir səsləndirir: filankəsçox ağayana, dağdan ağır kişiydi. Və bu dağdan ağır kişilər elə bir iş olmazdıki, onu aşırmasınlar… bu dağdan ağır kişilər elçilik üçün hansı qapıya getsəydilər,onlara «yox» deməzdilər… bu dağdan ağır kişilər ən çətin, ən ağır məqamdaelin-obanın qarşısına çıxmağı bacarardılar. Çünki bu kişilər necə görünürdü, elədə varıydı. Yəni onlar olduğu kimi görünən kişiləriydi…

…Beləkişilər az-az olub. Amma hər eldə, obada bu cur dağdan ağır kişilər yaşayıb,ağsaqqallıq edib və camaata əl tutub. Ən azından ona görə ki, onları eldə,obada camaat özünə arxa, dayaq bilib. Və bu kişilər də elin-obanın xeyrinə, şərinəyarayıblar…

…1979-cuilin sentyabr ayı idi. Onda Azərbaycan Televiziyasının kənd təsərrüfatı şöbəsindətəcrübə keçirdik. Universitetin 5-ci kursunda oxumağımıza baxmayaraq,televiziyada bizə inanırdılar və bel bağlayırdılar. Bir dəfə də televiziyanın kəndtəsərrüfatı şöbəsinin müdiri, yazıçı-jurnalist Cəlal Bərgüşad otağa daxil olduvə dedi:

- Qağa,(o, adamlara belə müraciət edərdi) hazırlaş, sabah axşam səni və rejissorumuzBöyükağanı Tovuza aparacam. Özü də qatarla gedəcəyik. Çünki orda bir kişi var, mənim dostumdur və dəvəteləyib ki, bir veriliş çəkim. Axşamqatara mindik, kupedə yerimizi rahatladıq, səhərə yaxın Tovuza çatdıq…

…Artıqstansiyada maşın bizi gözləyirdi. Əvvəlcə Cəlal müəllim raykomun birincikatibiylə görüşdü, sonra da Qovlar qəsəbəsinə yola düşdük. Orda da onun dostu,uzun illər duz-çörək kəsdiyi sovxoz direktoru Əli Süleymanov gözləyirdi. Maşınsovxozun həyətinə çatanda Cəlal Bərgüşad da rahat nəfəs aldı. Dedi ki, bu dəqiqəqağam maşının səsini eşidib çölə çıxacaq. Doğurdan da biz maşından düşəndəgördük ki, hündürboy, sifətindən nur yağan və zəhmli bir adam qarşımıza çıxdı.Onlar öpüşüb-görüşdü və Cəlal Bərgüşad bizi də həmin adamla tanış etdi.Bax, onda gördüm ki, bu kişi Tovuzundağdan ağır ağayana, sanballı kişilərindən olan Əli Süleymanovdur. Atama daoxşarı vardı. Çünki mənim atam da onun kimi hündürboy, dolu, zəhmli birkişiydi.

Eləkabinetində bizə səhər yeməyi düzəltdirmişdi. Stolun üstündə bal, qaymaq,pendir, kərə yağı, şor və nə desən vardı. Təbii ki, ac adam bunları şirin-şirinyeməliydi. Və Cəlal Bərgüşad da kənd adamı olduğu üçün motal pendirini isti çörəyinarasına büküb şirin-şirin yeməyə başladı. Və biz də ona baxıb şirin-şirin baldan, qaymaqdan yeməyəbaşladıq. Əli müəllim bir anlıq çölə çıxdı və hiss elədim ki, bizə rahat yemək üçün şərait yaradır…

Elə olduki, mən və rejissor 4 dəfə «Lenin» ordenli briqadir Lətif Muxtarovun üzümplantasiyasına getdik. Ordan çox maraqlı süjet hazırladıq. Sonra da Cəlal müəllimdedi ki, mən Əli müəllimlə söhbət edirəm, siz gedib başqa süjetləri də çəkərsiniz.Elə oldu ki, bu sovxozdan sonra biz Firudin müəllim və İsgəndər müəlliminsovxozundan da süjetlər çəkdik. Və onların hər biri də çox ağayana, sanballıkişilər idi. Yadımdadır ki, sovxozda üzüm plantasiyasında olarkən bir neçəsalxım qara və ağ şanını dərib gətirdilər. Cəlal müəllim həmin üzümsalxımlarını vedrənin içərisindəki suya salıb çıxardı və gilələri bir-birqoparıb yedi. Sonra da üzünü tutub o kişilərə dedi ki, qağa, Tovuzun üzümünündadından doymaq olmur…

Biz ikigün Tovuzun kolxoz və sovxozlarında çəkiliş apardıq. Amma çörəyi həmişə Əli müəllimin,Firudin müəllimin və İsgəndər müəllimin yanında yeyərdik. Onların üçü dəbir-birilə çox yaxın dost idilər. Üçü də ağayana, dağdan ağır kişiləriydi. Və okişilərin Tovuzda çox böyük hörməti, nüfuzu vardı. Allah ömür versə, mən həm Firudin müəllim, həm də İsgəndər müəllim barəsində ayrıca bir yazı qələmə alacam.

ƏliSüleymanov 90 ildən çox bir ömür yaşayıb. Və bu ömrü kişi kimi mərd-mərdanəbaşa vurub. Əli müəllimi Tovuzda hansı qadın görürdüsə, ağzına yaşmaq vurardı…Əli müəllimi hansı uşaq yolda görərdisə, hörmət əlaməti olaraq papağınıçıxarardı… Əli müəllimlə xeyirdə, şərdə kimlər rastlaşardısa, ona yuxarı başdayer göstərərdilər. Onsuz da Əli müəllim hansı məclisdə əyləşsəydi, elə orayuxarı baş hesab olunurdu və hamı da gəlib əyləşərdi bu dağdan ağır kişininyanında…

Sovetdövründə rayonda birinci katiblər hər elin, obanın ağsaqqal, sanballı kişilərilərazılaşmalı olurdu. Çünki bu sanballı kişilər o birinci katiblərin yolunuazmasına imkan vermirdilər. Bu sanballı kişilər həmişə çalışardılar ki, obirinci katiblər rayonda at oynatmasın və Tovuzda da Əli müəllim kimi, Firudinmüəllim kimi, İsgəndər müəllim kimi kişilər vardı. Və birinci katiblər də bukişilərlə, onların fikirlərilə, məsləhətlərilə çox vaxt razılaşardılar.

TovuzdaƏli Süleymanovu qurub-yaradan, böyük işlərgörən bir el ağsaqqalı kimi də hamı tanıyırdı. Və bu gün də onun adı el-obaarasında hörmətlə çəkilir. Və deyirlər ki, Əli Süleymanovun yeri həmişəgörünür. İndi Qovlar şəhər statusu alıb və bu şəhər daha da böyüyüb və möhtəşəmolub. Bu şəhərin böyüməsində,abadlaşmasında, tikilməsində Əli müəllimin çox böyük əməyi, zəhməti var. Ənazından ona görə ki, Sovet dönəmində və sonra da bu kişi yüzlərlə insana arxadurub, çörək verib və yaxşılıq edib. Bu gün onun yurdunda çox ziyalı, çoxsavadlı və vətənpərvər övladları var. Nizami müəllim, Talıb müəllim və Məzahir müəllim. Onlardan mən 1994-cü ildə Lətif Süleymanlının tanış etdiyiNizami müəllimi tanımışam. Sonradan bir dəfə də Samuxda prokurorluqorqanlarında işləyən və sonralar prokuror vəzifəsində çalışan Məzahir müəllimigörmüşəm. Və övladlarının hər birində onun cizgisini, xasiyyətini, xarakterinihiss eləmişəm. Görmüşəm ki, onlar da ataları kimi çox ağayana, sanballı kişilərdilər.

ƏliSüleymanov Heydər Əliyev siyasətinin və məktəbinin davamçılarından olub. Bu cürkişilər həyatın hər cür üzünü, hər cür çətinliklərini görüblər. Belə kişiləri nəhəyatın çətinlikləri, nə də kimlərinsə təzyiqləri heç vaxt sındıra, əyə bilməyib.Çünki onlar təpədən-dırnağa mərd, mübariz və ağayana adam olublar.

Bu gün dəTovuzda kimdən soruşsan, kiminlə söhbət eləsən Əli müəllim haqqında xoş xatirələrinidanışar. Xüsusən də köhnə kişilər bu adamları hər an yada salır vəxatırlayırlar. Tovuzda Qovlar qəsəbəsində bu kişinin çox böyük əməyi, zəhmətiolub. Bunu rayonun məmə deyənindən, pəpəyeyəninə qədər çoxları yaxşı bilir. Ona görə də bu cür kişilərin adını əbədiləşdirməklazımdır. Yəni ən azından Qovlar qəsəbəsində bir küçəyə, bir ünvana onun adınıvermək olar. Bu adı verməklə tovuzlular həm də özlərini ucaltmış olar və dağdanağır kişiləri gələcək nəslin yaddaşına həkk edərlər…

Çünkiyaxşı kişiləri, dağdan ağır adamları heç vaxt nə tarix unudur, nə də el-oba. VəƏli Süleymanovu da uzun müddət tovuzlular xatırlayacaq, yada salacaqlar. Ənazından ona görə ki, bu cür kişilər yaxşı əməlləriylə məkanından və zamanındanasılı olmayaraq həmişə yaşayırlar, xatirələrdə qalırlar və tez-tez yada düşürlər…


TƏQVİM / ARXİV