adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Bir bazar günü hekayəsi...

ƏZİZƏ İSMAYILOVA
70597 | 2017-11-14 12:18

İndidən deyim, dostum,uzundur. Könül çox istər ki, sən bunu sonacan həvəslə oxuyasan. Çünki həvəssizgöz gəzdirsən, yorulacaqsan və məni qınayacaqsan vaxtını aldığım üçün, yox əgəryazılan hər sətiri beynində canlandırsan, inan ki, film kimi bir şey olacaq.

Çatdırmaq istədiyimə nə dərəcədə nail olduğumubilmirəm, ona görə oxuyub oxumamaq seçimini özün et. Real həyatı hiss edə biləcəyinkimi anlatmaq istəyindən doğub yazı. Bu üslubda ilk yazımdır, hər halda..

Gəlim mətləb üstünə...

Dünən axşam ürəyimlə(oxu -"kefimlə" Ə.İ.) belə bir anlaşmaya gəldik:

"Sabah bazar. Ürəknəyi necə istəsə elə yaşayaq. Eynən uzaq uşaqlıqdakı kimi. Düşüncə bu gün heç nəyi"götür-qoy" etməsin, o da istirahət etsin. Düşüncə qaşlarını çatıb,gözünü döysə də, biz razılaşdıq.

Baxma ki, bazar günü işgünündən də tez oyanıram, Ürəyim günorta saat 1-ə kimi yataqdan qalxmaq istəmədi.Soruşdum:

-Yuxu da çıxıb getdi.Neyniyək? Bütün günü uzanaq qalaq? İş-güc, biş-düş, yır-yığış....

Sözümü kəsdi:

-Yox, - dedi. Heç nəyəhəvəsim yoxdur. Şəhərə çıxacağıq. İstəsən kimisə dəvət edə bilərsən, amma əminəmki, ikimiz gedəcəyik - sən və mən. Düşüncəni evdə qoya bilmərik, amma bu gündüşünmək yox.

-Eee, tək darıxdırıcıolacaq, qoy dəvət edim.

Ürək etiraz etmədi,"özün bil", misali gülümsündü...

Zatən həmkarlarım Naibəvə Gülşənlə bir araya gəlmək planımız nə qədər vaxtdır ki, var, zaman uyşmur, -deyib yazdım onlara səhər obaşdan. Ürək deyən oldu, alınmadı. Naibənin işivardı, Gülşən də qripdi...

Kimə desəm?

-Daha heç kimə. İkimizgedəcəyik. Amma indi yox, hələ durmaqistəmirəm, - dedi ürək gərnəşə-gərnəşə.

Razılaşdım həvəslə. Bugün heç nəyi düşünmək yox. Bu gün onun günü.

Saat 2-nin yarısındayataqdan qalxdıq. Ətrafa göz saldım, görəsiolsam, axşama kimi görüləcək iş var. Amma ürəyim heç çay dəmləməyimi də istəmədi."Kitabı da götür, çıxaq. Çöldə içərik", - dedi...

Düşdük. Maşına çatanda"hava yaxşıdır, maşın sürmək həvəsində deyiləm, metroya gedək", -dedi.

-Bəlkə avtobus?Metrodan daha yaxındı, - düşüncə pıçıldadı.

-Metrooo istəyirəm, -ürək nazlandı.

-Tamam, - deyərazılaşdım və metroya gəldik. Dünya-aləm vecimizə deyildi, ətrafda hər şey hərgün olduğundan daha gözəldi.

Nəsimi stansiyasında"gəlmişkən işıq pulunu da vuraq" dedim. Çeki çıxartdım və koduaparata yığırdım ki, kağızı əlimdən külək apardı (ordan keçənlər bilir,aparatlar qoyulan yerdə "skvoznyak" adamı aparar, o ki kağız ola).Qaçıb tutmalı oldum. Ödədim və çaşdığımdan çeki bükmələyib zibil qabına atdım.Ayılanda gec idi... gülə-gülə vaqona mindik.

Deyim sizə ki, əgərgöydən şəkil çəksəydilər, Nəsimidən 28 Maya kimi vaqonda ancaq mən fərqli düşərdim.Qara və ya ən tünd çalarlı geyimli insanların içində yeganə əlvan rəng geyinənbir varlıq, - göy cins şalvar, sarı köynək,çəhrayı gödəkcə və elə çəhrayı rəngdə də krassovka.

Vaqonda qocasındancavanına hamının üzünə sanki limon sıxmışdılar. Hələ qulaqcıqda eşitdiyi"ağlamaliyski" musiqininmi, yoxsa nəyinmi təsirindən qaralan sifətlərivə düyünlənən alınları, sıxılan yumruqları demirəm.

"Nədir bu millətin qara sevdası yaaa. Nədir bu cavanların üzündəkiqapqara saç-saqqal?" - düşüncə pıçıldadı.

-Sus. Bizə nə? Bu gün düşünmək yox dedik. Oyunpozanlıq eləmə - ürəkdə eləeyni pıçıltı ilə etninasızca cavab verdi.

Vaqonda bir tək bizim kefimiz kök idi, gülümsünürdük. Kənardakılara damaraqlı idi. Üstümə zillənən gözlərdəki "bu niyə, nəyə gülümsünür görəsən?"sualı ayaq açıb gəzirdi vaqonda. Görməyə göz lazım idi.

Olsun. Özləri bilər. Əsas odur ki, bu gün bizim üçün fərqlidir və bizhalımızdan məmnunuq. Bu gün ancaq özümüz üçün yaşayırıq, özümüz üçün baxırıq,özümüz istəyəni görürük. Ətraf bizi ilgiləndirməz.

Eskalatorda "hara gedirik?" - deyə sordum ürəyimdən.

-Göbələk supu yeməyə.

-Getdik....

Düşüncə hələki işimizə qarışmır.

Göbələk supunun bu qədər dadlı olduğunu bu günə kimi heç hiss etməmişdim.Baxmayaraq ki, həmişə burda yeyirəm. Ofisiant da sifarişin sevinclə verməsinintəsirində idi. O da gülümsündü qeyri-iradi.

Bazar günləri ən sevdiyim şey kafedə, yolda-irizdə uşaqları seyr etməkdir.Kafedə supumuz gəlincə, ətrafı müşahidə etdim. Uşaqların qarşısında yemək olsada atalar da, analar da telefona girmişdilər. Nə uşaq deyəni eşidirdilər, nə dəonların fərqində idilər. Əsas odur çıxanda hesabı ödəyəcəkdilər-düşüncəsi.Uşaqlar da çarəsiz qarşılarındakı "fri"ni dənləməklə gah atanı, gahananın ətəyini dartışdırır, nəsə deyir. Amma kimdi onları eşidən? "Çörəyiniye" - telefondan başı qalxmayan atanın qaba səsi eşidildi. Təəssüf... Nə isə.

-İndi gedək kitab dükanlarına. Dostun Rəsulun önərdiyi kitabı alaq -Moris Saatçi "Derzkaya prostota mısli".

Getdik, bütün kitab dükanlarını ələk-vələk elədik, kitabın adını eşidəndədöyükən gözlərdən başqa bir şey tapmadıq. Sonda dost yazdı ki, sən demə satışdayoxmuş. Ya onlayn sifariş edə bilərəm, ya da PDF variantdan yararlana.

Güldüm. Kefimizi pozmadıq, pozmasına, amma kitab dükanlarındakı satıcıtipləri bizi qıcıqlandırdı. Elə yolun ortasındaca "dur bu barədə birstatus yaz, sonra davam edək", - dedi ürək.

-Baş üstə.

Facebookdakı profilimdə bu haqda ürəyin istəyən bir status yazdım vənövbəti istəyə keçdik.

-Düşək 28-in keçidindəki dükanları gəzək.

Düşüncə sükutunu pozub "onsuz heç nə almayacaqsız. Nə var axı ohavasız yerdə? - deyə mızıldandı.

Ürək:

-Olsun. İstəyirəm. Sən qarışma. Bu gün mənim günümdür. Nə istəsəm o daolacaq.

Keçidin bu başından o başına bütün dükanları bir-bir gəzdik, heç nə dəalmadıq.

Ürək:

- Gedək, Qış parkına, çay içməyə.

- Ora çatınca nə qədər çay içəcək yer var amma... - düşüncə yenəmızıldandı.

Ürək isə onu eşitmədi belə. Öz kefində idi - axı bu gün onun günüdür.

Qış parkına gəldik. Kafeyə yaxınlaşdım. Hava da oksigen dolu, mülayim.Sanki payızın orta ayında deyil, bir xoşyaz axşamındasan. Adam içəri keçmək istəmir. Kafelərin birinin yanında çöldəkistolda bir xeyili oturdum. İçəridən çıxan olmadı.

Düşüncə yenə dilucu dilləndi:

-İşinizə qarışmıram. Amma bura içəriyə nisbətən qaranlıqdır. Görməyəcəklərsəhərə kimi otursan da.

Gülümsündüm. Bu yerdə onu eşitməmək planımızın pozulması olacaqdı. İçərigirmək lazımdı sifariş üçün.

Cəld ayağa qalxıb kafenin bütöv şüşədən olan, uzun aliminium fasonmateriallı tutacağı olan qapısının yanına yaxınlaşmışdım ki, olanlar oldu..

"Dadaaaaaanq!!!"....

Şüşəni gözüm seçə bilmədi, başım və dizim eyni anda qapıya necəçırpıldısa, kafedəkilər hamısı səksəkə ilə mənə tərəf çevrildilər.Administratorun gözü necə böyüdüsə, "tez ordan xanıma buz gətirin"dedi təlaşla və hiss etdim ki, alnımda çəpləşən eynəyimə baxır.

Administratorlu, ofisiantlı, müştərili hamının gözündə"korsaaan?" sualı manşet kimi dalğalanırdı.

Baxmayaraq ki, ətrafdakı hər şeyi bir a

nda iki dənə gördüm, gözüm bir anlıq tor gətirdi, özümü toparladım vəutandığımdan düşdüyüm duruma gülməyim tutdu. Eynəyi düzəldib, gözlərdənoxuduğum "korsaaan?" sualına cavab olaraq, yüksək və ürəkdən gələnbir səslə gülə-gülə, "bağışlayın siz allah, 4 göz olmaqla deyil ki, görmədim,qəza oldu. Buz lazım deyil, çay neçəyədi?" - deyə kal bir sual verdim.

Düşüncə də xısın-xısın gülürdü. Sanki, "bax, mən olmasam nə günəqalarsız. Bir adam qapıya niyə belə zərblə çırpılsın ki?" mesajıverirdi. Çünki qaşımın üstündə qoz boydabir "finqal" yaranmışdı. Alnıma bir istilik gəldi ki, gəl görəsən.Diz qapağım da sanki yerindən oynamışdı. Ayağımı hiss etmirdim. Ondan olsaydı,"ayağını çəkib aparmağa gücüm yoxdu"-deyərdi.

Ürək yenə də kefini pozmadı:

-Olsun. Dünya dağılmadı ki. Bir şişkaya görə əhval korlamaq həvəsimyoxdur. Sevin ki, alnın o alminium tutacağın tilinə girmədi. Yoxsa bilirsən nəolardı... Yaxşısı budur, unut. Çıxaq kitabı oxuyaq. Ayaq da keçəcək, fikir vermə.İnan, ağrı çəkəcək halda deyiləm - dedi.

Ağramaq-zırlamaq yox, sözümüz sözdür. Bu gün ürəyin günü. Nə desə o daolacaq.

Çöldə oturdum. Çay gəldi. 4 manata, həm də sarının ən ölmüş tonunda.Limon da saldım, olan rəng də qaçdı, oldu ağappaq.

Ürək yenə gülümsündü. Dinmədim, "bu gün deyinmək yox" deyibbaşladım evdən götürdüm kitabı - M.Norbekov "Psixologiya duraka" -oxumağa. Siz deyən "durak"dan söhbət getmir haaa. Əla kitabdır, dünyabestellerlərindəndir. Oxuyun, peşman olmazsınız. Özünüzü görəcəksiniz. Dili dəçox rahat və axıcıdır.

Təxminən 2 saat da təmiz havada kitab oxuyandan sonra evə gəlmək istədiürək. Saat axşam 8 və biz evdəyik.

Beləcə, bu gün ürək bayram, düşüncə istirahət etdi. Ruhum da bir başqaxoşbəxtdir. Sabahdan isə yenə hər şey olması gərəkən kimi olacaq.

Əgər bu yazını sona kimi oxudunsa, dostum, vaxtına heyfsilənmə. Bunu onagörə yazdım ki, bir gün sən də ancaq ürəyin istəyəni et. Özünə, öz daxili istəklərinəvaxt ayır. Həmin gün nə baş verməsindən asılı olmayaraq hər şeyə gülümsə, özünəgül. Başına gələn hər macəranı əhvalına əhval qatacaq kimi qəbul et. Həmin günsadəcə gülümsə. hamıya, hər şeyə, hər kəsə.

Ömründə heç olmasa bircə gün ancaq və ancaq özünlə, öz dünyanla başbaşaqal. Eynən uşaqlığındakı kimi. İnan mənə - refreş olacaqsan. Ruhun qidalanacaq,gəncləşəcəksən, dünyanı bambaşqa görəcəksən.

Hər gün edilməsi mümkünsüz bir şeydir, amma bir gün özün üçün bunu edəbilərsən və et... özüm üçün, öz xətrinə

Bir bazar günündən aldığım enerjini sənə tam təsvir edə bilmədim bəlkə də,amma çox xoşbəxtdim və bunu sənə deməsəm olmazdı, dostum.

Oxuduğun üçün ayrıca sağ ol...


TƏQVİM / ARXİV