adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

DÖVLƏTƏ SƏDAQƏTLİ ADAM

FAİQ QİSMƏTOĞLU
57642 | 2017-11-17 14:12

… Onda isti yaygünləriydi. Hava o qədər istiydi ki, Bakıda nəfəs almaq mümkün deyildi. Qəzetimizinbaş redaktoru Aqil Abbas məni otağına çağırdı və dedi ki, hazırlaş, bir saatdansonra Şəmkirə yola düşürsən. Aşağıda səni maşın gözləyir. Mən də aşağı, 1-ci mərtəbəyədüşdüm, orda hündürboy, dolu bir insanla tanış oldum. Gülə-gülə mənə dedi ki,heç darıxma, üç-dörd saata Şəmkirdə olacağıq. Sözün düzü, evə getməliydim vəevdə də üst-başımı dəyişməliydim. Çünki bu üst-başla rayona ezamiyyətə getməkolmazdı. Maşına əyləşən kimi, həmin adam dedi ki, gəlin tanış olaq: adım Oruc,soyadım Abdullayevdi. AzərbaycanTexnologiya Universtitetinin professoruyam. Sonradan biz bir-birimizə dahayaxından tanış olacaqdıq, çörək kəsəcəkdik və yoldaşlıq edəcəkdik. İki daşınarasında evə dəydim, üst-başımı dəyişdim və evdəkiləri arxayın elədim ki,narahait olmasınlar, bir-iki günə qayıdıram...

Biz Oruc müəllimləaxşam saat 8-də Şəmkirə çatdıq. Orda da hava çox istiydi. Ancaq Bakıdakı kimi bürkülüdeyildi. Əvvəldən Aqil müəllim mənə demişdi ki, Şəmkirin icra başçısı AslanAslanovdan müsahibə alarsan. Nədən və necə yazmağı da bir daha mənəxatırlatmışdı. Gec olduğu üçün axşam qonaq otağına düşdüm. Amma bir də gördümki, qonaq otağında telefon zəng çalır. Dəstəyi qaldırdım, Aslan müəllimin səsinieşitdim:

-Xoş gəlmsiniz! Rahat dincəlin, sabah səhər görüşərik!..

Telefonda o qədər səmimi danışdı ki, elə bil nə vaxtdıbir-birimizi tanıyırmışıq. Onun səmimiyyətinə və sadəliyinə heyran qaldım. SəhərAslan Aslanovla icra hakimiyyətinin binasındakı kabinetində görüşdük. Və söhbətimizdə çox maraqlı alındı. Hiss etdim ki, bu adam Ulu Öndər Heydər Əliyevə, onunapardığı siyasətə sədaqətli bir adamdı. Elə sözünün əvvəli də, axırı da HeydərƏliyevlə bağlıydı. Bir neçə saat söhbətimiz davam elədi. O, rayonun iqtisadi vəsosial inkişafından, mədəni həyatından və eləcə də Gürcüstan-Azərbaycan münasibətlərindəneşitmədiklərimiz söhbətləri danışdı. Mən də bir müsahibə hazırladım və bir neçəgündən sonra «Ədalət» qəzetində dərc olundu. O müsahibənin sərlövhəsi belə idi:«İcra başçısı başının altına yastıq qoyub yatsa, o rayonun daşı daş üstünəqalmaz». Sözün düzü, müsahibə çox əks-səda vermişdi və hər şey olduğu kimi qələməalındığından normal qarşılanmışdı.

Bütün bunlar1994-cü ilin isti yay günlərində baş verib. Elə o vaxtdan Aslan Aslanovla bizimaramızda çox səmimi, mehriban dostluq münasibətləri yarandı. Ezamiyyətə getməkistəyəndə Aqil müəllimdən xahiş edirdim ki, məni Gəncə-Şəmkir istiqamətinə göndərsin.Çünki orda özümə çoxlu dostlar tapmışdım. O dostlar ki, təmənnasız yoldaşlıq eləyirdilərvə bir-birimizi axtarırdıq. Onsuz da mənim Şəmkirdə Rəhman Salmanlı kimi çox saf, duru ziyalı tələbədostum vardı. Rəhmana görə həmişə şəmkirliləri çox istəyirdim. Düşünürdüm ki,onlar da Rəhman kimi saf, sədaqətliinsanlardı. Və bu düşüncələrim də məni heç vaxt yanıltmırdı…

Aslan AslanovHeydər Əliyev məktəbinin yetirmələrindəndir. O, Heydər Əliyev siyasi kursunu,onun həyata keçirdiyi böyük siyasəti həmişə dəstəkləyib və davam etdirib. Məhzbu bacarığına, qabiliyyətinə görə də, Ulu Öndər Heydər Əliyev həmişə AslanAslanova lazımi tapşırıqlar verib. O tapşırıqlardan biri isə Azərbaycan-Gürcüstanmədəni münasibətlərinin və dostluq əlaqələrinin qurulması ilə bağlıdır. YəniAslan müəllim Ulu Öndərin tapşırığı ilə bu missiyasının altına çiyin verib və həmişədə çalışıb ki, ona verilən etimadı doğrultsun. Bu mənada Aslan müəllim böyükictimai-siyasi xadim Nəriman Nərimanovun, yazıçı-dramaturq Cəlil Məmmədquluzadəninev muzeylərinin himayəyə götürülməsindəvə yenidən mədəniyyət nümunələrimizin sırasına qayıtmasında çox böyükxidmətlər göstərib. Eyni zamanda, bu gün Nəriman Nərimanovun, eləcə də Cəlil Məmmədquluzadəninev muzeyləri Respublika Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə verilib.Hələ Fətəli Xan Xoyskinin itmiş qəbrinin üzə çıxmasında və bərpa edilməsindəonun nə qədər xidmətləri olub. Aslan müəllimi tanıyanlar bunu yaxşı bilirlər.Aslan müəllimin köməkliyi ilə onun məzarı aşkar edilib, başqa yerə köçürülüb vəorda abadlıq işləri görülüb. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev özü1996-cı il mart ayının 9-da Gürcüstandaolarkən Fətəli Xan Xoyskinin büstünün açılışında iştirak edib. Gürcüstandakı tanınmışsoydaşlarımızın Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynulla Eynalı bəySultanov, Behbudağa Şaxtaxtinski, Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanovvə başqalarının nəşi dəfn edilib. Siyahıda adları əbədəşdirilənlərə ehtiram əlamətiolaraq ərazidə səliqə-səhman yaradılıb, yaşıllaşdırma işləri aparılıb,dekorativ güllər əkilib, yollar abadlaşdırılıb.

Tbilisinin mərkəzindəböyük mütəfəkkir Mirzə Fətəli Axundovun ikimərtəbəli möhtəşəm mülkü erməni vəerməni qarışıq ailələrdən geri alınıb. Və həmin mülk muzeyə çevrilib və Azərbaycanınmədəni irsi kimi tarixə qovuşub. Bütün bu məsələlərin öz həllini tapmasındadövlətə və dövlətçiliyə xidmətiylə fərqlənmiş Aslan Aslanovun əvəzsiz zəhmətiolub.

Hamının yaxşıyadındadır ki, bir vaxtlar Gürcüstanda ötən əsrin 90-cı illərin əvvəllərindəsoydaşlarımıza ermənilər və yerli gürcü şovinistləri tərəfindən böyük təzyiqlərolunurdu ki, onlar ölkəni tərk eləyib Azərbaycana pənah gətirsinlər. Bax, ondada Ulu Öndər Heydər Əliyev siyasətini Aslan Aslanov çox məsuliyyətlə həyatakeçirə bildi. Elə bir həftə olmazdı ki, o, öz komandası, ətrafıyla Gürcüstanagetməsin, orda yaşayan həmyerlilərimizə maddi və mənəvi kömək göstərməsin. Birçox məscidlər, məktəblər həmin dövrdə əsaslı surətdə təmir olundu, GürcüstandaAzərbaycan dilində oxuyan şagirdlər kitablarla və müxtəlif dərs ləvazimatlarıilə davamlı olaraq təchiz edilirdilər.

Bir dəfə qonaqotağında olanda mən çox istedadlı xalq şairi Nəriman Həsənzadə ilə görüşdüm. Nərimanmüəllim də mehriban və səmimi bir ziyalıdır. İki daşın arasında bizi süfrəyə dəvətetdi və çörək kəsdik. Dedi ki, mən öz dostlarım – Mikayıl Mirzə, Məleykə Əsədovavə Laləzar Məmmədova sabah Gürcüstanagedirik. Çünki Aslan müəllim özü bizi bura dəvət edib və bizimlə də Gürcüstanagedəcək. Gərək bizim bir əlimiz Gürcüstanda yaşayan qardaş-bacılarımızın üstündəolsun ki, onlar da isti ocaqlarından didərgin düşməsinlər.

Təbii ki, insanvəzifəsindən, şöhrətindən asılı olmayaraq, o vaxt xalq tərəfindən sevilir ki,o, insanların arasında görünür. Aslan müəllim vəzifədə olanda həmişə xalqınyanında olub… Aslan müəllim kabinetində heç vaxt rahat əyləşməyib… Aslan müəlliminbir ayağı Şəmkirdə, bir ayağı da Gürcüstanda olub…

İnsan vətəninə,xalqına, millətinə bağlı olanda daha böyük və daha əzəmətli görünür. Aslan müəllimiəzəmətli edən həm də Ulu Öndər Heydər Əliyev məktəbinin yetirməsi olması idi.Çünki bu təcrübə, bu metod həmişə onundadına, köməyinə çatırdı.

Onu gözü götürməyənlərdə vardı. Və bir dəfə də 90-cı illərin əvvəllərində ona sui-qəsd edildi. Maşınıgüllə-borana məruz qaldı. Amma Allah çox istədiyindən Aslan müəllim bu terroraktından xilas olumuşdu. Onu Müdafiə Nazirlyinin hərbi hospitalına gətirmişdilər. Mən də həmingünlər onun ziyarətinə getdim və gördüm ki, otaqda çoxlu tanınmış şəxslər var.Amma onda da bir daha əmin oldum ki, Aslan Aslanov Heydər Əliyev və dövlətçiliyimizyolunda hətta ölüməyə də hazır idi. Yənio, Ulu Öndərin tapşırığını yerinə yetirərkən kimlərinsə xəyanətini, kimlərinsəarxadan bıçaq vurmasını gözləyirmiş…

Aslan müəllimhansı vəzifədə olubsa, ona bir ucalıq, şərəf gətirib. O, bir müddət də Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindəçalışıb. Onda da öz əzəməti, öz ləyaqəti, qürur və məsuliyyətiylə hörmətqazanıb. Yəni bu cür dəyərli insanlarharda olmasından asılı olmayaraq, həmişə dövlətə və ölkə Prezidentinə sədaqətləxidmət edir.

Birvaxtlar ona qarşı haqsız hücumlar da oldu. O böhtan qalmadı ki, ona atmasınlar.Amma bu böhtanın heçbiri Aslan müəllimə yapışmadı. Başqa sözlə demiş olsaq, yer qayadan heç nəaparmadı. Sadəcə olaraq, o cür böhtanlar bir balaca milçək kimi ürək bulandırdıvə bumeranq kimi hər şeydə onların özünə qayıtdı.

Aslan Aslanov bugün də Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə sədaqətlidir. Hardaolmasından asılı olmayaraq, həmişə dövlətin və dövlətçiliyin yanındadır. O, əvvəllərnecə qürurluydusa, necə ağayanaydısa, bu gün də elə həmin görkəmdədir. Sadəcəolaraq, dəyişən zamandı. Zaman dəyişir, Aslan müəllim isə elə həminki ictimaisiyasi xadim və ziyalıdır. Aslan Aslanov YAP Siyasi Şurasının üzvüdür.

Heç mən onu uzunillərdir görmürəm. Amma əməlləri, dövlətə olan sədaqəti və sevgisi heç vaxtyadımdan çıxmır. Bəlkə də Azərbaycanda çox nadir icra başçıları tapılardı ki,Aslan müəllim qədər jurnalistlərə sevgisi və qayğısı olardı. Amma bəzijurnalistlər onun çətin anında o istəyə kölgə saldılar. Ancaq yenə Allah-Təalasevdiyi insanları həmişə qoruyur. VəAslan müəllim də bu gün respublikamızda sayılıb-seçilən, məclislərdə insanlar tərəfindənhörmət edilən, eyni zamanda hörmətlə xatırlanan ziyalılardandır.

O insan ki,ziyalıdır, onun qəlbi Vətən, dövlət eşqiylə döyünür, o insanlar həmişə cəmiyyət,xalq tərəfindən sevilir və yada salınır.Biz elə düşünürük ki, Aslan Aslanov da Allahın və insanların yadından çıxmayanböyük bir ziyalıdır.


TƏQVİM / ARXİV