adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Salam, Günəşim!

ƏZİZƏ İSMAYILOVA
59001 | 2017-11-22 13:50

Siz heç Günəşinbir anlıq yoxluğunun fərqinə vardınızmı? Bu, romantika deyil, o "boşluğu" hiss etməninani təlaşıdır...

Butəlaş içində kiçik bir məktub yazmaq gəldi ötən gün içimdən. Bir də baxdımyazmışam.

Heyf,dövran o dövran deyil, yoxsa bu məktubu status kimi yazmaqdansa, göyərçinqanadında göndərməyi daha çox istərdim... ya da bir çaparla...

"Salam,Günəşim! Bu məktubu sənə sevə-sevə yazıram, "Beynəlxalq salamlaşma"günündə. Hər gün gözümü açanda ilk salamlaşmaq istədiyim sənsən çünki.

Səninişığına öyrəşən insanlar, sənin həmişə doğmanı istərlər. Nə olursa olsun, bircəparla, çox baxanda kor etsən belə, həmişə ol, gülümsə, isit bizi...

Axısən Günəşsən - planetlərin ən əlçatmazı.

Əminəmki, Sən, insanların sənə olan tutqusundan xəbərdarsan. Bəlkə bəzən sən də təkbaşınao boyda planetin yükünü çəkməkdən yorulduğunu, göründüyün yüksəklikdə olmağın əslindəo qədər də asan olmadığını anlatmaq istəyirsən işığına toplaşanlara, həm də çoxistəyirsən...

Kimbilir, bəlkə də məhz buna görə, əvvəlcə buludların, sonra qaranlıqlarınarxasına çəkilirsən.

Aramızazaman girir - bəlkə bir həftə, bəlkə bir ay, bəlkə bir az da çox...

Olabilər biz insanlar sənin yoxluğunun fərqinə varmarıq, çünki çıxacağınainanırıq. Sənsiz Yer kürəsi olmaz, biz olmarıq ki... istəsək də ola bilmərik.Olsaq da yəqin ki, tam başqa bir varlıq şəklində mövcudluğumuz davam edər. Sən,bizim sevinc mənbəyimizsən. Sevincsiz insan məhvə məhkum deyilmi?!

Hərgün insan xislətimizə məxsus hər hansı bir səbəb tapıb yoxluğundan da,varlığından da, istinin çoxluğundan da, azlığından da şikayət etsək də, sənəolan tutqumuz heç bitməz, heç tükənməz. Bir gülüşünə açılar üzümüzün qırışı.

Gözləyərikdoğuşunu-yorulmadan, usanmadan. Ən qızmar istində deyinə-deyinə "üzünə ağolanlar" belə büzüşərlər, üzülərlər, sıxılarlar sən qeybə çəkiləndə. Nəhayətdə, hər kəs sənin hər gün yenidəndoğman, uzaqdan-uzağa xəfif gülümsəmən üçün dua edər.

Günəşim, sən eləbir şansa sahibsən ki, sənin gülümsəmək üçün həmişə bir səbəbin var - Yer adlıkainatda sənə qarşı bitib-tükənməyən sevgi, sevgi və yenə də sevgi... Sənəboylananda qıyılan gözlər, gərnəşib, sanki ətrafı qucaqlayacaqmış kimi var gücüilə açılan qollar.

Günəşim, sənyaradılışdan qəzəbdən məhrum yaranmısan. Sən ancaq gülümsünə, ancaqbaşqalarının qayğısını çəkə bilərsən - bizim sevinciniz sənə bağlı çünki. Bizimsənə qayğımız, mümkünsüz, imkansız.

Bu bəlkə də səninçəkmək istəmədiyin, amma başqa seçiminin də olmadığı bir missiyandır, çəkməyə məhkumsan.Sənsiz olmaz, Günəşim, olmaz! Çünki biz səni sevirik, GÜNƏŞİM!

Uşaq vaxtıoxuyardıq:

Qoy həmişə Günəşolsun!

Mən də olum həmişə!

Ay ana, böyüyəndə

günəş olaram məndə..

Qumral gözlü Günəşim,nə yaxşı ki varsan. Daim var ol - olduğun yerdə, olduğun özəllikdə, olduğun gözəllikdə.

Unutma, hər nəolursa olsun, səni sevirik, həm də çox sevirik...

P.S. Günəş məktubumuoxudu bu gün və mənə gülümsədi-eynən günəbaxana gülümsədiyi kimi.


TƏQVİM / ARXİV