adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

TƏMİZ ADAM

FƏRİDƏ RƏHİMLİ
34816 | 2017-12-22 12:10

Onu şəxsən tanımamışdan əvvəl mənə çox ciddi, qaraqabaq adam təsiri bağışlayırdı. Tanıdıqca sadə,səmimi, qayğıkeş, iddiasız bir insan olduğunun şahidi oldum. Yazılarınıoxuduqca, televiziyada ssenaristi və aparıcısı olduğu verilişləri izlədikcəədəbiyyatın, mədəniyyətin, etik davranışların, adət-ənənənin, milliliyin bütünçalarlarını mühafizəkarcasına təqdim, təbliğ, nümayiş etdirdiyini gördüm. Bu,məncə, bir tərəfdən təhsilinin, istedadının kamilliyindən irəli gəlirdisə,digər tərəfdən ulu Şahsevən tayfasından gəlmə genetik daşıyıcının təzahürü idi.

İllər keçdi, yaşını, qar ələnmiş saçlarını və bir də illərin,taleyin, zəmanənin, dəyişən dövrün, ən əsası, insanların ona "bağışladığı” xəyalqırıqlıqlarını nəzərə almasaq, heç nə dəyişmədi həyatında. Eyni təmkinlə,dəyişməz qürurla, dosta, yada təmənnasızlıqla, dəyərincə qiymətləndirilməyənəməyinin, zəhmətinin haqqını tələb etmədən yaşamına davam edir.

Respublikada tanınan, "üzdə olan” minlərlə söz adamına, 70-80 faizədəbiyyat sahəsində çalışanlara uğurlu yol, kitablarına ön söz yazdı, ədəbialəmə yeni atılan addımların möhkəmlənməsi üçün yorulmadan çalışdı, şeircamiəsinə ürkək qədəm qoyanları ürəkləndirdi, dost haqda ürəkdən gələn dəyərlifikirlərini ortaya qoydu, zəifləri də "düşünsün, çalışsın, daha yaxşı yazsın”deyə ümidləndirdi. Onlar irəli getdilər... və onu unutdular, hətta bəzənözlərini ondan üstün də tutdular. O isə susdu, dünyanın hər üzünü görmüş DədəQorqud misalı, dünyanın faniliyini, insanların vəfasızlığını acı gülüşlə,ironiya ilə qarşıladı, amma heç kimə irad bildirməyi düşünmədi belə.

Elmi müəssisələrdən, nazirliklərdən, yəni zamanında gəlirli sayılanyerlərdən iş təklifləri gəldi, qəbul etmədi, yaradıcılığıma mane olacaq, dedi.Amma sən saydığını say... deyirlər. Şairin çoxlu sayda şeirləri, xatirələri,məşhur insanlardan götürdüyü müsahibələr, bir sözlə bugünkü ədəbiyyat aləminizorla, pulla zəbt etmiş dəyərsiz yazarlara dərs verəcək qədər dəyərli, qiymətliyazıları çapa hazır vəziyyətdə qalır.

İndi elmlər doktoru, professor olan çoxları onun "dərsini” alıb busəviyyəyə gələnlərdi ki, mənsəbcə, maddi durumlarıyla ondan qat-qat yüksəkdədururlar. Təbii ki, ancaq mənsəbcə və maddiyyat baxımından, bir həqiqət var ki,onların heç biri onun yaradıcılığına tən gələcək səviyyədə deyillər. O insanınmaddiyyatdan çox diqqətə ehtiyacı var. Belə təmiz insanların ehtiyacı, umacağı bəzənquruca bir təşəkkür, diqqət olur. Yaşının bu çağında ailənin güzəranınıdüşünməməlidir belə insanlar, ümumiyyətlə, maddiyyat dalınca qaçma ehtiyacıolmamalıdır ədəbiyyat adamının. Çünki hədər gedən təkcə zaman olmur, bir istedadgünəş kimi batır, amma günəş kimi bir daha doğmaq imkanı olmur. Onun köməyi iləəli çörəyə çatanlar bir dönüb arxaya baxsalar... o zaman belə istedadlılarınyaradıcılığı xalqa, oxucuya çox xeyir gətirə bilər. Onun qiymətli xatirələrinibir də kim yaşayacaq, xatirələrindəki insanlar, hadisələr geri gələcəklərmi? Dinlədikcəiçimdən zamana, insanlara, cavabdehlərə qarşı bir üsyan keçir – "Sağlığındaqiymət verin insanlara” – bağırmaq istəyirəm. Haqq gec-tez yerini tapır,deyirlər. O haqqın gələcəyini o qədər səbirsizliklə gözləyirəm ki... ZülfüqarŞahsevənlinin ana südü kimi halal haqqının...

Onun haqqında internetdə olan məlumatla maraqlandım – yüzlərlə şairvə yazıçını qanadlandırıb uçurmuş Qartalın haqqında bir neçə cümlə məlumatvardı, o da yenilənməmişdi. Heç şəkli də yox idi...

"QarayevZülfüqar Qubad oğlu-şair, publisist, 1989-cu ildən AYB-nin, AJB-nin üzvüdür. 1950-ci ilin 25dekabrında Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. BuradaG.Əsədov adına kənd orta məktəbini bitirmişdir. ADU-nun jurnalistika fakültəsindətəhsilini davam etdirmişdir. "Gənclik" nəşriyyatında kiçikredaktor, redaktor, böyük redaktor işləmişdir. "Günay" qəzetiredaksiyasında baş redaktor, baş direktor vəzifələrində çalışmışdır.

Bədii yaradıcılığa erkən başlamışdır.İlk "Çinar" şeri "Yüksəliş" rayon qəzetində,"Şahsevənə yolun düşsə" şeri isə "Bakı" axşam qəzetində1969-cu ildə dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxışetmişdir."Çinarpöhrələri" və sair (!) toplularda şeirləri çap edilmişdir.Bədii tərcüməilə də ardıcıl məşğul olur. Rus, Ukrayna, kabardin-balkar, tacik və özbəkədəbiyyatından seçmə nümunələri doğma dilimizə çevirmişdir. Azərbaycan televiziyasındaməktəblilər üçün "Kitab evi" verilişinin aparıcısı və ssenarimüəllifi olmuşdur. Azərbaycan LKGİ MK-nın Fəxri fərmanına layiq görülmüşdür”.

Bu qədər!Minlərlə əsərə ön söz yazmış, yüzlərlə şairin, yazarın, özünü şair, yazıçıhesab edənin kitabını redaktə etmək adına yenidən işləmiş, kasıba, imkansızaiçindən gələn ən qiymətli sözlərini (onun əvəzinə yazmaqla!-F.R) xərcləmiş, hədiyyəetmiş bu insan haqda qısa və xəsisliklə yazılmış bir neçə cümlə...

Ədəbiyyat, mədəniyyətsahəsində bu qədər xidmətləri olan insanın mükafatına diqqət etdinizmi? Bu,zəmanənin hər bir dönəmində insanın uğradığı ən böyük haqsızlıqlardan biridir!Dünən onun yanına sıxıla-sıxıla gəlib kitabı üçün bir cümlə yazdırmaqlaşərəflənmək istəyənlərin şeirləri,əsərləri, kitabları haqda bu gün "palaz-palaz” məlumatlar yerləşdirilir sosialşəbəkələrdə, o isə...

Azərbaycanda ədəbiyyat, şeir, nəsr sahəsində azinsan tapılar ki, onun əməyindən bəhrələnməsin, yaxud onu tanımasın, amma onunbir cümlə şeirini tapmadım internetdə. Gözəl insan, istedadlı şair və dəyərini,qiymətini almadan və Qarabağ həsrətiylə bu dünyadan köçən Vahid Əlifoğludeyirdi ki, mən "və sair” şairlərdənəm. İnternetdə məlumat axtaranda gördüm ki,Zülfüqar müəllim Vahid müəllimdən daha "şanslıymış” – qəhrəmanımın adısadalananların axırında, "və sair”dən əvvəl gəlir...

Axtarışda onun haqqında deyil, onun başqaları haqda yazdığı nə qədərgözəl yazılar çıxdı! Təbiətimiz, tariximiz, ziyalılarımız, ədəbiyyatımız,mədəniyyətimiz yolunda saysız yazıları ilə oxucuların, tamaşaçıların sevimlisiolan bu insanın haqqında, heç olmasa bu doğum günü ərəfəsində, bir tanınmış(heç tanınmamışı da!) yazarın yazmaması təəssüf doğurur. Və bunu bir valideyninmin bir zəhmətlə böyüdüb boya-başa çatdırdığı,təhsil verdiyi, ev-eşik etdiyi övladının onu unutması, qayğısınaqalmaması qədər ağrıdıcı gəldi mənə.

Bir yerdə çalışırıq. Otaqdaoturub onun işləməsini seyr edirəm. Yenə də amalında, işində dəyişməz olaraqqalır - Xəlil Rza Ulutürkün gündəliyini işləyərək çapa hazırlayır. Vaxtdarlığından gecənin bir neçə saatını yatdığını söyləyir. Bunu söyləməsə dəüz-gözünün halından bəllidir. Bu qədər gərgin işin arasında redaksiyayagələnləri də məmnun yola salmaq üçün əlindən gələni əsirgəmir. Zəif şeirləgələn yaşlı adama yox deyib, əliboş geri yollamağa üzü gəlmir. Bir də əziyyətçəkib onun "şeirini” şeir halına gətirib çapa verir. Ona baxdıqca düşünürəm ki,bu insan dəyişməz! Və yaxşı ki, dəyişməyib. Bəzən sadə, səmimi, bir az uşaqməsumluğu ilə incikliyini, gileyini büruzə versə də, tez də əlavə edir ki, "əşi,canları sağ olsun!”.

Səhv etmirəmsə, Azərbaycanın fəxri Xudu Məmmədov demişdi: "İstedadlı insanlara kömək edin, istedadsızlarözlərinə yol tapacaqlar”. İstedadlı insanlara sərbəstlik, maddi-mənəvi imkanverilməlidir ki, bacarıqlarını ortaya qoysunlar. İndiki zamanda istedadlılarıailə, dolanışıq dərdi məhv edir. Bacarıqlarını başqa səmtə yönəltməyə məcburolurlar. Zamansa amansızdır, gözləmir. Qoruya bilmirik dəyərlilərimizi. Niyəbiz diriləri yox, ölüləri bu qədər sevirik – insan dünyasını dəyişəndən sonra "gözəlşairdi, dəyərli yazardı, qiymətli insandı, istedadlıydı, əvəzsizdi” deyirik.Baxın, qarşınızdadı, ətrafınızdadı,qarşılaşırsınız, yardımından bəhrələnirsiniz... Necə yaşadığını bilirsinizmi?Nəyə ehtiyacı olduğuyla, yaradıcılığına nəyin mane olduğuyla, nədən illərdir buDəryanın damla qədər misrasının işıq üzü görmədiyiylə, niyə aldığı sonuncu mükafatın sovet dövrünətəsadüf etdiyiylə maraqlandınızmı? Yox! Onda niyə yazırsınız, nədən yazırsınız,hanı içinizdəki haqq-ədalət prinsipi, humanizm, insanlıq? Budamı pulla satılır?O, heç kimə ağız açmır, qapılar döymür, abırına qısılıb sadə həyatına davamedir. Görünür, xalqın qanına hopub "ağlamayandan pəpəni əsirgəmək”...

Dekabrın 25-i sözün cəfakeşı, ədəbiyyatın ağır yükünə könüllü çiyin vermiş və dünyada sözdən böyük, sözdəndəyərli, sözün işığından gur işıq tanımayan, ürəyi söz qabarlı şairin doğumgünüdür. Mən onun haqqında içimdən keçənləri demək istədim (bu, söz xiridarıhaqqında söz demək cəsarəti deyil!-F.R), amma alınmadı, onun hədər yerəxərclənən zəhmətinə təəssüfün mində birini ifadə edə bilmədim. Amma bir təkbunu üsyankarcasına söyləmək istəyirəm: Zülfüqar Şahsevənli sinəsində minlərlədəyər yatan canlı bir tarixdir, gündüz əliçıraqlı axtarası istedaddır,qiymətini bilək ki, sonra gec olmasın…

Doğum gününüz mübarək, ustad! Təmiz, təmənnasız insan!

Gec də olsa, halal haqqınızı almaq xoşbəxtliyi, məmnunluğu nəsibinizolsun, inşallah!


TƏQVİM / ARXİV