adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq Qismətoğlu: Dirilərdən ölülər...

FAİQ QİSMƏTOĞLU
49701 | 2018-01-31 12:59

Dünyanınçox qəribə və qeyri-adi işləri olur. O qeyri-adi işlər ki heç kəs, heç kimbilmir, bir gündən sonra, bir həftədən sonra, bir aydan sonra onun başına hansıhadisə gələcək. Və çox qəribədir, nə vaxtsa bu hadisə ilə üzləşəndə həmininsanlar şok yaşayır və bəzən də çıxılmaz vəziyyətdə qalaraq cəhənnəmi gözləriilə görürlər…

Qırx-əlliil bundan əvvəl jurnalistika fakültəsini bitirən və məsul vəzifədə işləyən birtanışımız vardı. Daha doğrusu, o qədər ürəyiyumşaq adam idi ki, tanıdı-tanımadı imtahandan kəsilən tələbəyoldaşlarımızın qiymətini yazdırardı. Özü də heç bir təmənna və maraq güdmədən.Sonradan onu yüksək bir vəzifəyə təyin elədilər. O vəzifədə olanda da heç qətiyyəndəyişmədi. Elə əvvəllər olduğu kimi qaldı.

Buhadisələrdən iyirmi-otuz il ötdü, həmin insan birdən-birə depressiya keçirtdi,psixi xəstə oldu. Nə qohumlarına sığındı, nə də hər hansı bir imkanlı adama. Hamıdan qaçmağa, uzaqlaşmağa başladı. Oqədər qaçdı, qaçdı, axırda səfil həyat tərzi yaşadı. Bir vaxtlar Milli ElmlərAkademiyasının yaxınlığındakı parkda özünə bir "ev” də düzəltmişdi. O "ev”in kənarlarınadaş yığmışdı, daşın üstünü isə köhnə taxta parçaları ilə örtmüşdü. Onda bu parkbelə təmir edilməmişdi. Küknar ağacının altında düzəldilmiş bu "ev”də o, on ilyaşadı. Sonradan elə oldu ki, park yenidən qurulanda onun tikdiyi "ev” söküldü.Həmin adam da özünə Texniki Universitetin hasarının yanında yenidən bir "ev”tikdi. O "ev”i də parkdakı kimi düzəltdi. Yanına çoxlu odun qırıntıları,qurumuş taxtalar və digər qışda lazım olan yanacaqlar yığmışdı. Hətta plasmastqablarda içməli su da gətirmişdi. Ocağı qalamaq üçün isə plasmast qaba"salyarka” doldurmuşdu. Və o "salyarka”dan soyuq qış günlərində yığdığı qurutaxta parçalarının üstünə səpib ocaq qalayardı. Əyninə isə o qədər cır-cındırpaltar geyinmişdi ki, yeriyəndə həmin paltarlardan səs gəlirdi. Ayaqqabı əvəzinəselofan kağızdan nəsə düzəltmişdi. Elə o selofan kağızdan düzəltdiyi ayaqqabınıda ayağına geyinərdi.

Qar yağanda,şaxta düşəndə həmişə yadıma həmin adam gələrdi. Düşünərdim ki, görəsən, o busoyuq qış gecəsində düzəltdiyi "ev”də necə gecələyir. Hansı ki biz evimizdəsoba yansa da hələ yaxşı isinmirik, amma o adam bu soyuq gecədə nələr çəkdiyiniözündən başqa yəqin ki, heç kim hiss etməzdi.

Bir gün də həminali məktəb təmir olunanda yenə onun "ev”ini dağıtdılar. Birtəhər bina ilədivarın arasındakı yerdə özünə bir məkan düzəldib gecələyərdi. Amma bunu da onaçox gördülər. Yəni o "ev”i də sökdülər. Ha gözüm axtarır, daha onu görə bilmirəm.Deyirlər ki, bir vaxtlar onun qardaşı və doğmaları gəlib onu evlərinəaparıblar. Bir neçə gün həmin yerdə qalandan sonra yenidən öz doğma "yurd”unadönüb, burda da öz səfil həyatını yaşayıb. Həmişə saqqalı az qala o qədəruzanardı ki, heç bilməzdin onun uzunluğu nə qədərdir. Üstünü basmış, his, pasbu adamı başqalarından qaçırardı. Daha doğrusu, özü hamıdan uzaq gəzər, kimsəona çörək vermək, çay gətirmək istəyəndə əli ilə geri itələyərdi. Heç kiminminnətli-minnətsiz çörəyini qəbul eləməzdi.

Bir dəfə dəonunla soyuq qış günündə, qar yağanda Yasamal qəbiristanlığında üzləşdik. Ordada özünə bir "ev” düzəltmişdi. Məni görəndə gülümsədi. Dedi ki, dirilərinyanında qalmağa qoymadılar, indi gəlib bax, bu qəbirin yanında özümə "ev”tikmişəm. Ölülər dirilərdən min dəfə sədaqətlidir. Hərdənbir qəbiristanlığınyiyəsi mənə dinclik vermir, deyinir, deyinir, çıxıb gedir. Burada elə rahatyatıram ki, heç ruhum da narahat olmur. Bilmirəm, kimin qəbridir. Hər səhərdurub o qəbrin üstündəki tozu silirəm, ətrafını isə təmizləyirəm. Heç bu qəbriziyarət eləyən də yoxdur. Nə yaxşı ki yoxdur. Yoxsa gəlib məni burdan o dabaşqaları kimi qovar.

Dünən axşam daBakıda hava çox soyuğuydu. Evimizdə istilik sistemi işləsə də yenə yaxşıqızınmırdım və yadıma həmin adam düşdü. Düşündüm ki, görəsən, indi o adam bu soyuqda qəbiristanlıqdakıqəbirin yanında necə yatır. Təkcə o yox, səfil həyat tərzi yaşayan insanlarınbu soyuq gündə həyatı yadıma düşdü. Avropa ölkələrində belədir ki, çox soyuqolanda, qar yağanda bu səfil insanları aparıb xüsusi yerlərdə saxlayırlar,onlara isti yemək, hətta əyin-baş da verirlər. Bizdə də bunun hava çox soyuqolan, qar yağanda Əmək və əhalinin sosial müdafiəsi nazirliyi həyata keçirir.Çox yaxşı addımdır. Bunu biz alqışlayırıq.

Amma heç də şəhərdəolan bütün səfillər, kimsəsizlər bu imkanlardan istifadə edə bilmir. İndi qaryağmır deyə heç belə bir şərait də yoxdur. Bayaq Avropa dedik, Avropa ölkələrindəbelə soyuq havalarda səfillər kilsələrdə və digər yerlərdə gecələyə bilirlər.Onlara isti yeməklər, paltarlar verilir. Görəsən, bizim məscidlərdə də belə şəraitvarmı? Bununla bağlı Qafqaz Müsəlmanları idarəsinin mətbuat xidməti ilə əlaqəyaratdıq. Mətbuat xidmətinin sözçüsü Etibar Cəbrayılova həmin sualı ünvanladıq.O isə birmənalı olaraq bildirdi ki, bizim məscidlərdə belə bir şərait yoxdur.

Amma gəlinonunla razılaşaq ki, soyuq havalarda, qarlı günlərdə bu cür səfil həyat tərzikeçirən insanlar heç vaxt cəmiyyətin diqqətindən kənarda qalmalı deyil. Çünkionları da ana doğub, onlar da pis ya yaxşı bu ölkənin vətəndaşlarıdırlar. Deməli,qar yağanda, soyuq düşəndə onlar da yaddan çıxmalı deyil. Amma düşünürük ki, nəyaxşı hələ Bakıda möhkəm qar yağmayıb və möhkəm də şaxta olmayıb. Çünki möhkəmqar yağsa, möhkəm də şaxta düşsə küçələrdə gecələyən, qəbiristanlıqlarda yatanbu səfil həyat tərzi keçirən insanları don vuracaq, cəhənnəmi gözləri ilə görəcəklər.


TƏQVİM / ARXİV