adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

XANALIQ

NİCAT NOVRUZOĞLU
54034 | 2018-02-12 18:04

BuyazınınXınalıqlaheçbirəlaqəsiyoxdu. Bu soyuqda, qarda, çovğunda,buzda Xınalıqda nə işimiz qalıb. Heç alpinistlər özləri o tərəflərə, dağ-dərəyə sağ-salamat gedib gələ bilmirlər. O ki qaldı biz.

Buxana başqa xanadır.

Səhərdurub aynada özümü yaxşı görmədim. Yaş artdıqca gərək özünə daha çox diqqət yetirəsən.Bir azca görkəmini boş buraxdın kimdi səni sayan. Nəsə, işim oldu bərbərxanalıq.

Deyəsən bərbər bacarmadı.Yenə də ayna belə göstərir. Bərbər dedi ki, mənlik deyil, rəngin saralıb o üzdənbelə görsənirsən. Aynayla bərbərin sözü düz gəldi. Üz tutdum xəstəxanaya.

Qanımı aldılar, içimiçəkdilər, qarnımı əllədilər, guppuldayana qulaq verdilər, dedilər ki, heç zadınyoxdur. Sağollaşıb çıxmaq istəyəndə dedilər sən dəlixanalıqsan.

Gəldim dəlixanaya.Qanımı aldılar, suallarına cavab aldılar, sonucda belə məsləhət oldu ki, iynələsinlər.

İynələdilər. Düşdümzülmətxanaya. Hər şey görsənir, amma ala-bula görünür, qaranlıqdı, axı. Alan alır,verən verir, satan satır, qaçan qaçır, tutan tutur, döyən döyür, söyən söyür. Ammaqaranlıqdı.

Ayıldım. İynəninzülmətxanasından çıxıb düşdüm işıqxanasına(bu da sizə təzə söz, yəni ki, neoloqizm). Kefim kökəldi, başladım söyüş söyməyə.Məni iynələyəni gözəl-gözəl söyməyimə baxmayaraq məni verdi polisə. Dedi bu dəli-zaddeyil. Başı üstündədi. Dəli də adam söyər. Basın getsin içəri.

Soxdular məni həbsxanaya.Ordan da zindanxanaya.

Bayılda cəriməmiödəyib çıxdım bayıra. Qarnım guruldayır.

Gördüm xəngəlxana.Girdim hamının girdiyi yerə. Gördüm xəngəl də gürcünün, menyu da gürcünün.

Çıxıb girdim yeməkxanaya.Qazanın dibi yanıb. Bunu hər yanı bürüyən iydən bildim.

Getdim kababxanaya.Oldu nuş.

Qarın ki, oldu tox, başladım genəlməyə. Oldum yekəxana.

Bir-iki addım atmışdımki, gördüm yeni bina. Üstünə yazılıb yetimxana. Deməli, hələ yetimlərimiz çox olacaq.

Qarşıda zibilxana.

Sağda qəssabxana.

Altda fahişəxana.

Solda emalatxana.

Dalda istixana.

İrəlidə rəsədxana.Baxıram uzaqlara. O gün yaxın idi. Bu gün uzaq və viranxana... Gözüm axtarır zorxana...

Bəs hanı kitabxana?Hər yer nərdxana, dominoxana, "pleysteyşinxana".

AhaAA seriyalı ayna kimi maşın. Özümə onun aynasında baxdım, ağzım sulandı. Gör içindəolsam necə olaram?

Xəyallarımpozuldu. Girdim internetxanaya. Baxdım bu AA-nın dosyesinə. Evləri var xana-xana,içində də zərbxana.

Üzümügöyə tutdum. Göydə quşxana.

Baxmağapeşman oldum. Üç alma düşdü, üçü də təpəmə. Ayıldım ki, görüm indi hansı xanalıqdayam.


TƏQVİM / ARXİV