adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Şairin ölülərinə söyən qadın...

EMİNQUEY AKİF
106613 | 2018-02-16 12:44

Gülarəxala pəncərəni açıb üzbəüz qonşusuna səslənir:

- Ay qııız, Firəngiiiiz!

Səhəringözü indi açılıb, hələ indi-indi səma üzünü narın yağışla yumağa başlayıb.Gülarə xala da məhəllənin ən yaxşı xəbər agentidir.

- Ay qız, sənnənəm eee, Firaaa!

Nəhayət ki,Firəngiz pəncərədə görünür.

- Nolub, aaz, səhərin gözü açılmamış nə xəbərdi.

- Xəbərin yoxdur? Bir gənc şair Quranı cırıb, özü dədeyir, oturub gözləyirəm ki, nə vaxt meymuna dönəcəm, nə vaxt ev başıma uçacaq.

- Nə? Külümü qoyum onun şair başına! Ciyəri yansınonun!

- Həə, ay qız, qiyamət yaxınlaşır e. Ta dünyadağılmasın, neyləsin?!

Firəngizəl-üzünü yumamış dükana çörək almağa düşür. Məhəllədəki dükanı da Qəzənfər kişiilə Sara xala işlədir. Onların nisyə dəftərində borclarını qaytaracaqlarınaQurana and içən o qədər adam var, Qəzənfər Allaha yalvarsa ki, "İlahi, filankəsin,filankəsin ürəyinə insaf sal, gətirib borcumu qaytarsın”, hövsələsi çatmayıbhavalanar.

Firəngizeşitdiyi xəbəri təngənəfəs onlara deyir:

- Yarım kolbasa çək, dörd dənə yumurta, iki dənə dəçörək. Qonşu, eşitməmisiz ki, gənc şairin biri Quranı cırıb, oturub gözləyirki, ya meymuna dönəcək, ya da ev başına uçacaq?

Qəzənfərkolbasaya əlini basıb o biri əlindəki bıçağı göstərib deyir:

- Fira, bu tam haqqı, əlimdəki bıçağı görürsən, omeymunoğlu meymunun qarnından salıb boğazından çıxararam. Qudurublar e, Allahaasi çıxırlar.

Yan təırəfdənarvadı Sara dillənir:

- A kişi, Allah elələrinin cəzasını verəcək, sənəlazımdı ki, əlini belə adamların qanına bulayasan?!

Firaçıxaçıxda üzünü yazıq ifadəylə örtüb deyir:

- Qonşu, yaz dəftərə, ərim Fariz gəlsin, verəcək.

Qəzənfər:

- Ay qonşu, vallah, mən də adamam, mən də ailədolandırıram. O biri borcunu ödəmiş nisyə yazdırırsan, olmaz e belə.

Fira:

- Qəzənfər, sən də mənim qardaşım, Quran haqqı, ərimgəlsin, bu gün maaş almalıdır, borcumuzu ödəyər.

Firadükandan çıxanda qapıda qonşusu Səmayə arvadla rastlaşanda o məlum xəbəri onada çatdırır. Səmayə də bir ağız şairin ölülərinə söyür. Sonra Səmayə qonşusuƏhmədə, Əhməd Musaya, Musa Məhəmmədə, Məhəmməd Əliyə, belə-belə bu söyüş zənciriuzanır, ta ki, bütün "Ərəbzəngi” qəsəbəsi bu xəbəri bilənə kimi.

Qəsəbəninən tanınmış sakini Eldar taksi sürücüsüdür. Ona görə tanınmışdır ki, maşınınagündə ən azı 10 nəfər minir. Amma bugün süftə eləməyib deyə qanı qaradır.Maşının yanında deyinə-deyinə siqaret çəkir. Qəfil ona yaxınlaşan taksi yoldaşıValeh deyir:

- Yeldar, bu nə məsələdi e, hamı söyə-söyə danışırki, bir şair Quranı cırıb. İndi də oturub gözləyir ki, ya meymuna dönəcək, yada evi başına uçacaq. Eşitməmisən?

Eldarınboğazında düyünlənən tüstü onu öskürdür.

- Valeh, nə danışırsan? Kim deyir bunu?

- Ala, hamı danışır e. Yatmısan fil qulağında.

- Ala, onun... Quranı cırmaq nədi, a kişi? Allah cəzasınıverəcək onun. Meymunoğlu meymun.

- Yeldar, Quran haqqı, elə adamlara heç zad olmur. Eləbelələri yaşayır da. Biz də burda durub müştəri gözləyirik.

Aha, deyəsən,bir nəfər taksi axatarır. Eldarla Valehin gözünə işıq gəlib. İkisi də içlərində"Ay Allah, bu gələn mənim maşına minəydi” deyib həyəcanlanırlar. Müştəriçathaçatda:

- Qardaş, Lökbatana getməliyəm. Neçəyə apararsız?

Valeh:- 15 manata.

Müştəri: - Yox e, bahadı.

- Yaxşı, səninçün 14 manata.

- Qardaş,yenə bahadı e, 1 manatla iş düzəlmir.

- Yaxşı, olsun 13 manat.

- Olmadı ki. Üstümdə cəmi 12 manat pul var.

- Yox, mən aparmıram, sərf eləmir.

Eldar vəziyyətigörüb cəld tərpənir:

- Qardaş, gəl, otur, 11 manat verərsən, süftə səndən,bərəkət Allahdan.

BeləcəEldar da maşınına minən bütün müştərilərini Quranı cıran şairdən xəbərdar eləyir.

Axşamdüşür. Məhəllənin sonuncu köçəri sakini Alkaş Rasim araq aldırmaq üçün adamovuna çıxır. Gödəkçəsinin papağını başına taxmış, başını aşağı salıb həyəcanlaevinə gedən bir nəfəri qolundan tutub saxlayır. Adam diksinib qışqırır:

- Ay qardaş, nədi? Mən Quranı cırmamışam! Niyə məniheç kim başa düşmür?!

- Ala, məllim, nə Quran, kefsən eee, mənə iki manatpul laazımdı. Özzüm ölüm başım partlayır, "paxmel”dən çıxa bilmirəm.

Rasiminbu sözündən sonra adamın rəngi özünə qayıdır.

- Hə, sən bilmirsən? Yaxşı. Əgər bir sualıma cavabversən sənə iki manat yox, beş manat verəcəm. Razısan?

- Pay atonnan, viktorina zaddı, məllim?

- Həə? Yaxşı, onda mən getdim.

- Ala, məllim, dayan. Yaxşı, sualını ver.

- Allaha inanırsan?

- Həri.

- Qurana?

- Həri.

- Bax, təsəvvür elə, bir şair, Quranı cırmayıb.Amma yazır ki, Quranı cırmışam. Səncə düzdü, ya səhv?

- Məllim, sən də sual tapdun da verməyə. Quranıcırmayıbsa nə yaxşı. Cırıbsa da bəlkə səhv edib? Belə də ki, cırıbsa da cırıbda. Ala, beş ildi gəlib gedirəm bu məhəlləyə. Beş ildi, heç kimə sübut edəmmirəmki, Məhərrəmlikdə araq içmirəm. Sən də başlamısan ki, Quran belə gəldi, şairbelə getdi. Sən Allah, iki manatımı ver, gedim. Quran haqqı, ölləm...

TƏQVİM / ARXİV