adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

NİCAT NOVRUZOĞLU: BİZİM MÜDİRİN DƏ FUTBOL XƏSTƏLİYİ OLMAYA DA

NİCAT NOVRUZOĞLU
56202 | 2018-02-19 15:56

Aradabizə bir-iki gün istirahət verir, onu da adamın burnundan gətirir. Bazar günüdü, dostlarla yığışmışıq bir yerə, istəyirik bir qismətçörək kəsək, pulumuz çatsa da birqismət araq içək. Bir ağdamlı dostumuzvar, imkanı bir az bizimkindən çoxdu, bir az yox ey, lap çoxdu, bu yazarları dasevər. Dəvət eləmişdi qəşəng yemək-içmək məclisinə. Hava da soyuq, əsl vurmalı hava.

Heç hələ süfrəyəoturmamışdıq müdir zəng elədi ki, gəl gedək futbola, bu gün «Qarabağ» Bayıl Arenada Səbaillə oynayır. Dəli oldum.İstədim ürəyimdə müdirə söyəm, gördüm nə söysəm ikimizin də dədə-balalarını tutacaq, söymədim.Nə qələt eləyə bilərdim ki? Dostlara da dedim ki, bir vacib iş çıxıb, mütləq getməliyəm.


Ürəyimdəmüdirə yüngül söyə-söyə durdum gəldim, müdiri də götürüb getdim Bayıl Arenaya.Müdirlə bir-iki dəfə də futbola getmişik, VİP-də oturmuşuq, yemək də , içmək də, çay da, kofe də. Dedim, heç olmasa, eybi yox, burda alınmadı, orda alınar.

Oda alınmadı. Müdir dedi ki, «Qarabağ»ın fanatları ilə birlikdə oturacağıq. Yağış,çiskin… nə isə, onlarla bir yerdə oturduq.

Ammabir az keçdi, özüm də qoşuldum o fanatlara.Nə təhər bağırıramsa: «İmarət Ağdam! Qarabağ bizimdir, bizim olacaq! Ən böyük «Qarabağ»,başqa böyük yox! Qurban Qurbanov!Qurbanıq sənə!» fanklubun üzvləri də mənə baxır ki, bu hardangəlib çıxıb bura? Hərdən müdirə baxıram,görürəm gözləri dolub. Nə qədər bağırsamda, fikrim qalıb quzu kababının yanında. Bir azdan gördüm müdir düşüb gedir, məndə onun arxasınca.

Heçdemə, «Qarabağ» klubunun rəhbərliyi müdirinfanatlarla bir yerdə olduğunu görüblər, Emrah Çelikel telefon açıb ki, xahiş edirik gəlin VİP-ə, bir az da söhbətimizvar.

Aycan-ay can, əvvəllər VİP-i görmüşdüm axı. Getdik VİP-ə. Çay, kofe, şokolad, peçenye,tort, meyvə şirələri, araq da versəydilər yaxşı olardı, amma vermədilər.

Gözəlbir futbol izlədik.

Nə olsunmən «Qarabağ»ın tərəfini tuturam, «Səbail» gözəl oynadı. Şərəflə məğlub oldu. İlk dəfəydi «Səbail»in oyununu izləyirdim, ləzzət elədi belə bir klubumuz davar.

Vəmən heç bilirsiz kimlərlə çay içdim? Azərbaycan futbolunun ulduzuElbrus Abbasovla, Asim Xudiyevlə, XəqaniMəmmədovla, hətta «Qol.az»ın redaktoruAydın Bağırovla.

Həmingün iki qələbə sevinci yaşadım – birincisi,«Qarabağ» uddu, ikincisi də Dövlət İmtahan Mərkəzinin keçirdiyiimtahandan 67 balla qələbəni.

Futbolbitdi. Fikirləşdim ki, bu qar-qiyamətdənsonra hər iki qələbəyə görə yəqin bir qonaqlıqverər. Qonaqlıq vermədi. Gətirib evinin yanındadüşürəndə də mənə siqaret aldırdı, pulunuda mənə verdirdi.

Bax,bizim müdir belə müdirdi.


TƏQVİM / ARXİV