adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

SİNƏMİZDƏKİ QAPQARA DAĞ – QARADAĞLI

FƏRİDƏ RƏHİMLİ
29800 | 2018-02-23 17:14

Fevral ayının soyuğu, şaxtası son illər mənəyalnız Xocalını, Qaradağlını, Cəmillini xatırladır.

1918-ci ildən - Sovet Ordusu və Hərbi Dəniz Donanması günü, Qızıl Ordunun yaranması günükimi qeyd etdiyimiz, sonralar "kişilərin bayramı” kimi hafizəmizə yazdırılan butarix 1992-ci ildən yaddaşımızdan qeyb oldu və yerini faciə tariximizə, utanc,qəzəb, qisas istəyimizə verdi.

...Uşaqlıqdan qar yağanda sevincimin həddi-hüduduolmazdı. Mal-qaranın soyuqdan öləcəyi, ot-ələf çatışmazlığı, odun sobalarındaodun, kömür sobalarında kömür çatışmazlığı, un qıtlığı, bazar-dükan qayğısıvalideynlərimizi narahat etsə də, bu sevincə heç bir şey mane ola bilmirdi.Valideynlərin bayıra çıxma qadağalarına baxmayaraq xizəkdə sürüşməyə də,qartopu oynamağa da fürsət, bəhanə tapardıq. Qarın, bəyazlığı ilə hər əyər-əskiyiörtüb gözəlləşdirməsi, ağacların üstündə yaratdığı əsrarəngiz mənzərə, gecəninqulaq batıran sakitliyində ağappaq döşəmənin həzin, huzurverici rahatlığındaiçimə dolan o sevinci bölməyə birini axtarardım. Soyuqdan büzüşüb evə qaçan,sümükləri üşüyən qarılar kimi sobanın böyrünü kəsdirən həmyaşıdlarıma acığımtutardı. Bu gözəllikdən doyasıya istifadə etmək əvəzinə qarın əriməsini gözləmələrinəheç bir anlam verə bilməzdim.

Bu istək böyüdükcə də davam etdi, amma o illərəqədər -Şəhidlərimizin qanı ağappaq qarın üzərində qıpqırmızı gül açana qədər...

İndi fevral gələndə nə doğum günüm, nə qar bəyazlığıiçimdəki o hissi dəyişə bilmir – Xocalı, Qaradağlı faciələrinin ağrısını.

Xocalı faciəsində daha çox insan tələfatı olduğu üçün nədənsə 17 fevral Qaradağlı faciəsinin kölgədə qaldığınıdüşünür düm. Busoyqırımını ikinciXocalıda adlandırırlar. Kəndin hər 10sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəlQaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiədəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarlarıtərəfindən qətlə yetirilib. Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi117 övladını itirir, onlarla insan girov götürülür. Ermənilər ölənləri silosquyularına doldururlar, girovlara dəhşətli işgəncələr verirlər. Girovlarınəksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hərbirindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetimqalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik ortaməktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb.Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

İlqar Hüseynov Qaradağlı müsibətini görmüş kəndsakiblərindən biridir. O, ailə üzvlərilə birlikdə 1992-ci ilin fevral ayındaermənilərə girov düşüb. İlqar Hüseynov iki ay erməni girovluğunda qalarkənolmazın müsibətlərə düçar olub. Onundediklərindən: "Qaradağlı camaatıarasında elə bir ailə yoxdur ki, erməni vəhşiliyindən öz nəsibini almasın.Kəndimiz 1992-ci ilin fevral ayında işğal olunub. Amma hələ 1991-ci ilinsentyabrında ermənilər Qaradağlı camaatına divan tutmuşdu. Sentyabr ayının 8-dəermənilər Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. 8 nəfər yerindəcə həlakolmuş, 10-dan artıq günahsız insan ağır yaralanmışdı.

1992-ci il fevral ayının 15-də ermənilərQaradağlını dörd bir yandan atəşə tutdular. Evlərin əksəriyyəti alovabürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlakolmuşdu. Dörd nəfər isə ağır yaralıydı. Gecə yaralıları da götürüb yoladüzəldik. Aramızda 10 qadın və iki uşaq vardı. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün onlara müqavimətgöstərə bilmirdik.

Ermənilər hamını əsir götürdülər.Kişiləri qadınlardan və uşaqlardan ayırdılar və bizi ayrı-ayrı maşınlaramindirdilər. Bizi erməni qəbiristanlığına gətirdilər. Dedilər ki, 9 nəfərkönüllü aşağı düşsün. Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməniquldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerindəcə öldü. Təxminən20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır olduğunu görən kənd sakinlərindənbiri qaçmaq istədi. Onun bu hərəkti erməniləri daha da qəzəbləndirdi. Onlarbizi yenidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə yüksəldi. SonrabiziXankəndinə apardılar. Bizi iki ay Xankəndihəbsxanasında saxladılar.Həbsxananınpəncərələri yox idi. Hər gün qar yağırdı. Şaxta insanın iliyinə işləyirdi.Girovların hamısını dizə qədər suyun içində saxlayırdılar. Bizə üç gündə birdəfə əl boyda qara çörək verirdilər.

Ermənilər bizi gündə ən azı beş-altıdəfə döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncələrədözmədiyi üçün elə həbsxanadaca dünyasını dəyişdi. Armaturla vurub səkkiznəfərin qabırğalarını qırmış, ayaqlarını sındırmışdılar. İki nəfəri isə divaraçırpıb beynini partlatmışdılar. Onlar təkcə kişilərə deyil, qadınlara vəuşaqlara da bu cür dəhşətli işgəncələr verirdilər. İki ay sonra Qızıl Xaç Cəmiyyətininköməkliyi ilə bizi azad etdilər.Mənimlə birlikdə girovluqda olmuş bir neçə nəfər azadlığa çıxından sonradünyasını dəyişdi. Həmin vaxtdan illər keçsə də, ermənilərin verdiyi işgəncələrinağrısı hələ də canımdan çıxmayıb. Hər girovun başına gətirilənişgəncələrdən bir dəhşət filmi çəkmək olar. Türk qardaşlarımızdan bu faciəmizəlaqeyd qalmayanlar çoxdur. Bu faciələrə bələd olduqca düşmənə nələtləryağdırır, insanlığa sığışmayan xislətlərinə nifrətlərini bildirirlər. Həttaailə dostumuz olan Ahmet Varol o illərdən etibarən Ermənistana ticarət üçünyük daşıyan tırını – külli miqdardamaddi itkisinə baxmayaraq - dayandırdı.

Trabzonda – Gümüşhanə ilinin İkisu köyündə "Padişah,Pestil & Köme” mağazasında Qaradağlı faciəsinin dükan sahibi tərəfindənanılması mənə o qədər anlaşılmaz bir duyğu yaratdı ki, göz yaşlarımı saxlayabilmədim. "Azerimisiniz, neresinden?” – sualına, Qarabağdan olduğumuzu söyləyincə:Nə facialar yaşamış o insanlar be abla! – deməsi o qədər kövrəltdi ki məni, qəhərdənürəyimin sancısı yolboyu davam etdi. Adam səsi titrəyə-titrəyə: Yaa, adamyalvarmış ki düşmana, eşimi, annemi öldür! Bundan ötesi varmı?! Bu zülüminsanlığa sığarmı?

Bəli, bu zülm insanlığa sığmaz. Sığmamalıdır.Özümüzü aldada-aldada dünya birliyindən imdad, kömək, ədalət gözləyirik. Ordaisə Xocalı, Qaradağlı, Cəmilli... şəhidlərininruhları üşüyür ağappaq qarın üstündə...


TƏQVİM / ARXİV