adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Azərbaycanski həyat

NİCAT NOVRUZOĞLU
70549 | 2018-02-28 15:30

Yuxudan durdum. Yeni Zellandiyanın yağı ilə"Tri korova”-nın pendirini iranski çayla cütləşdirib səhər qəhvəaltısı edib düzəldimyola. Fransuzski Busa minib yollandım bazara. Avtobusda hərə bir dildə danışır.Yarı ruski, yarı talışski, yarı qruzinski. Xülasə, çatdım bazara. Bazar nə bazar.Can dərmanı da var, quş iliyi də.

Qruzinski qoyun ətin, ukraynski mal ətin və toyuqətin alıb keçdim tərəvəzə. Sağ olsun qonşular. Bizi ac qoymurlar. Türeçiski xiyar ilə iranski pomidoru da əlavə etdim möhtəşəmzənbilimə.

Rasiyiski kartof gəl-gəl deyirdi. 5 kilo da ondanalıb keçdim soğana. Sağ olsun Türkiyə. Soğan deyil ey, şikildi-şikil.

Qruzinski alma da pis deyil, göz oxşayır. Limon iranskdir. Portağal,naringi türeçiski. Ananas nə bilim haralinski.

Zənbil deyil ey, beynəlxalq aləmdi. Hörüyü iranski,tikilişi türeçiski.

Bu iskilərin içində davam edir qarın bazarlıq.

Nardı, armuddu dedilər, onlar da iranski.

Kivi suptropikiski.

Banan afrikanski.

Bütün dünyanı yığıb gətirdim evə.

Bu boyda dünyanı yemək olar?!

Mədə başladı italyanski musiqi çalmağa.

Özümü verdim marketiskiyə. Bir Yesuntiki aldımo da rosiyiski. Xeyri olmadı. Xeyri olsaydı bizdə nə işi var idi. Elə burda içibsağalardıq. Day Jeleznavodskiyə, Kislovodskiyə, Yesuntikiyə nəyə gedirdik.

Yollandım həkimə. Klinika türeçiski, almanski,iranski...

Həkimin özünün təhsili də yevropeyski. Aparatlarıkitayski.

Yazdı bir kağız dərman. Dərmanlar bolqarski,fransuzski, italyanski, ispanski, macarski, polski, portuqaliski, slovenski, yunanski.

Gəldim işə. Kompüter kitayski, klaviaturası latınski.

Bir yazı yazdım əndrəbadinski.

Di salamat qalın - deyb yollandım pivnoya. Saçaqpendir hollandski, yanında noxud iranski, böyründə pivə almanski.

Bir az dəmləşib gəldim evə. Televizor kitayski.İçərisində kino göstərirlər - ruski. Tərcümə də kitayski...

Qaz qurtardı. Söndü kombi italyanski.

Zəng gəldi. Telefon kitayski.

Corabın ucu yenə cırılıb. O da türeçiski.

Dünya başıma fırlanır. Yatdım...

Ayıldım. Yenə həmən həyat - azərbaycanski.



TƏQVİM / ARXİV