adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜNYA QƏFİL İŞIQLANSA…

FAİQ QİSMƏTOĞLU
56611 | 2018-03-02 14:22

…Bax onda görəsən nə olar?! Bax onda biz çox şeyin şahidi olarıq. Ki nələri görürük,nələri bilirik və nələri eşidirik. Və bu nələr çox vaxt əvvəl selin gətirdiyi ilkçör-çöpə oxşayır. Çör-çöpdən sonra isə o sel o qədər zir-zibili, kol-köməci ağzınagötürüb aparır ki…

Dünyamızbu gün elə gündədir ki, hər an, hər dəqiqə adam səksəkə içində yaşayır. Və hər an,hər dəqiqə qorxursan ki, nəsə bir şey olar. Axı, gözümüzü açıb dünyanın çox yerində- şəhərlərin, kəndlərin, qəsəbələrin bombalandığını görürük. İnsanların axın-axın özünə yeni yurd-yuvaaxtardığını eşidirk. Şükür olsun ki, biz indi bundan bir az uzağıq. Düzdü, bizimdə erməni işğalçıları tərəfindən 20 faiz torpağımız işğal olunub. Bir milyondançox məcburi köçkün və qaçıqınlarımız var. Dövlətimiz onları öz himayəsi altına alıb,arxa durub. Bunların hamısı çox gözəl.

Amma elə nazirlərimiz,elə icra başçılarımız, elə rəsilərimiz var ki, onların nə gözləri doyur, nə də əllərinəsə almaqdan yorulur. Bax, onda dünya qəfil işıqlansa, çox şeyləri görmək olar.Böyük şair Ramiz Rövşənin «Dünya qəfil işıqlansa»şeiri sanki bu günümüzün qaranlığına bir işıq salsa, bir nur ələsə, onda görün millətiincidən, onun başına min bir oyun açan, rüşvət almaqdan doymayan məmurların iç üzünecə açılar? İcra başçısı var ki, hər hansı adam ev tikdirən kimi onun yaxınlarıqartal kimi həmin insanın başının üstünü kəsdirir. Və o dəqiqə başlayırlar o evtikdirəni sağdan, soldan sıxmağa. Başçının adamları başlayır qiymət «oxumağa». Xüsusəndə Bakı şəhərində qanuni surətdə ev tikmək belə o qədər də asan deyil. Evin mərtəbəsindənasılı olmayaraq, beş min manatdan on min manata qədər kimlərəsə «şirinlik» verməlisən.Bu «şirinliyi» verməsən, daşı daş üstə qoysan belə, bir də görəcəksən ki, icra hakimiyyətindəngəlib daşı daş üstünə qoyduğun yeri buldozerin ağzına veriblər. Yəni o tikilininaltını üstünə çeviriblər…

Bax, burda o şeirinaşağıdakı misralarını xatırlamaq və yada salmaq lap yerinə düşər:


Qəfilgün doğsa bir gecə,

Min-mingizli günah görsək,

Üstünüörtə bilməsək,

Budünyanı çılpaq görsək,


Başımızahava gələr,

ağlımız çaşar bəlkə də.

Hamıbirdən baş götürüb

dünyadan qaçar bəlkə də…


… Onda biz bayaqdediyimiz kimi, çox şeyləri bu işıqda görə bilərik. Vallah, adam bu dünyanın işinəməəttəl qalır. Daha doğrusu, dünyanın işi deyil ey, ayrı-ayrı vəzifəli şəxslərinəməlləridir. Bu yaxınlarda istedadlı yazıçı-publisist Allahverdi Eminovun bizimqəzetdə gözəl bir yazısı dərc edilmişdir. Həmin yazıda müəllif Azərbaycan elmininaltını üstünə çevirən, onu şikəst edən ayrı-ayrı vəzifəli şəxsləri tənqid atəşinətutmuşdu. Bir gün belə elmi işlə məşğul olmayıb, tədqiqat aparmayıb, araşdırmalaretməyib əyri yollarla elmlər doktoru, professorvə hətta akademiyanın müxbir üzvü olmağı bacaran dırnaqarası alimləri gündəmə gətirib.Hamıya gün kimi aydındır ki, elmi işlə məşğul olmaq elə də asan deyil. Amma bu günbizim elmimiz həqiqətən də çox bərbad gündədi. Nazir, prokuror, rəis, hakim vəzifəsindənistifadə edərək kimlərəsə haqq ödəyərək qısa zamanda elmin yüksək zirvəsinə qalxır. Hansı ki, bu cür adamlarla hər yerdə,hər bir ali məktəbdə üzləşmək mümkündür. Qəribədir ki, onlar elmlə məşğul olmaya-olmayagəlib kafedra müdiri vəzifəsini də tuturlar. Və hətta uzun illər elm sahəsində canınıqoyan, ömrünü xərcləyən professorlara rəhbərlik də edirlər, göstəriş də verirlər.Bir ailə dənecə olur ki, elmlə məşğul olmaya-olmaya üç-dörd professor var. Bütün bunların hamısı yazıçı-publisist AllahverdiEminovun həmin yazısında öz əksini tapıb.

Tək elm sahəsi deyil,bu gün əksər sahələr qeyri-peşəkar adamlar tərəfindən qamarlanıb, zəbt olunub. İstərmusiqi sahəsində, istər jurnalistika aləmində, istərsə də mədəniyyətin digər sahələrində istedadsız adamlar sözün həqiqimənasında meydan sulayır, təmiz və vicdanlı ziyalılara «dərs keçirlər». Bu cür haqsızlıqlarvə ədalətsizliklər davam etdikcə, həmin adamların yeri istedadlı şair Qabilin sözüilə demiş olsaq, «səhv düşüb». Yer də səhvdüşəndə həmin adamlar oturduğu kresloda insanlara,millətə yuxarıdan aşağı baxır, öz bildikləri kimi hərəkət edirlər.

Heç kim inciməsin.Bu gün cəmiyyətimizdə təmiz və vicdanlı adamın yaşaması, fəaliyyət göstərməsi çoxçətindir. Çünki həmin insanlar ondan yuxarı vəzifədə əyləşmiş cahil və nadan vəzifəlişəxs tərəfindən əzilir, sıxılır, incidilir. Biz demirik ki, vəzifədə əyləşənlərinhamısı belədir. Xeyr, onların da içərisində millətini və xalqını sevən namuslu ziyalılarvar. Və onlar da bu millətə, bu xalqa həmişə namusla xidmət ediblər və xidmət dəeləyirlər.

Biz o adamları tənqidatəşinə tutmaq istəyirik ki, onlar əyləşdikləri kresloya layiq deyillər. Daha doğrusu,göstərilən etmadı doğrultmurlar. Bayaq dedik axı, doğruldanlar da var. Məsələn,bir neçə gün bundan əvvəl mənim yaxın qohumlarımdan biri Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin Suraxanı rayon şöbəsində olub. Deyir ki, orda hansı məmura yaxınlaşdım, məni çox yüksək mədəniyyətlə,nəzakətlə qarşıladılar. Sözün düzü, bu səmimiyyəti görüb təəccübləndim. Həm də sevindimki, nə yaxşı bax, belə də məmurlar var. Onlar insanlarla çox səmimi və sadə rəftaredir, qayğı, diqqətlərini əsirgəmirlər.

İndi qayıdaq yenəbəzi qaranlıq mətləblərin və qəliz məsələlərin üstünə. O qəliz məsələlər ki, bugün təhsilimizin ən axsayan və ağrıyan yeridi. Heç kimə sirr deyil ki, Bakıdakıtam orta məktəblərin əksəriyyətində 11-ci siniflərdə oxuyanların çoxu dərsə gəlmirlər.Amma biz demirik ha, bütün 11-cilər gəlmir. Yəni heç kimə sirr deyil ki, əksər11-cilər repititor yanına getdiyinə görə, onların valideynləri direktorlarla əlaqəyə girərək müəyyən «şirinlik» hesabına uşaqlarınıhəmin repititorların yanına göndərirlər. İndi siz təsəvvür edin, bir orta məktəbdə7-8 və bəzən daha çox 11-ci sinif şagirdi var. Onları da dəqiq hesablayanda məktəbdirektorlarının aldıqları bu «şirinliyin» sayı-hesabı bilinmir. Bəzi müəllimlərisə dərs vaxtı məktəbə gəlmir və dərslər boş keçir.

Yaxşı, nəyə görəməktəb direktorları o məktəbin qapılarını mətbuata, televiziyaya, qəzetə bağlı saxlayır?Əgər hər hansı məktəbə jurnalist gedib bir yazı hazırlamaq istəsə, heç vaxt onuiçəri buraxmayacaqlar. Hamını içəri buraxacaqlar, jurnalisti yox. Gərək gedəsənNazirliyin mətbuat xidmətindən icazə alasan. Niyə qardaş?! «Mətbuat haqqında» Qanunlahər bir jurnalistin ilkin mənbədən informasiya almaq hüququ var. Qanunsa bütün əmrlərdən, təlimatlardan daha yüksəkdə durur.Nazirliyin də əmri var ki, gərək jurnalist gedib mətbuat xidmətindən icazə alsın.

Bunu ona görə ediblərki, Bakı məktəblərində olan bu qanun pozuntularını və nöqsanları jurnalistlər görməsin, onu ictimaiyiləşdirməsin. Sovet dönəmində məktəblərhəmişə mətbuatın və cəmiyyətin üzünə açıq idi. Onda biz totalitar rejimdə yaşayırdıq.Amma indi demokratik rejimdə yaşayırıq, jurnalist məktəbdən informasiya ala bilmir.Əgər ictimaiyyətin, jurnalistlərin iştirakıyla Bakı məktəblərində qəfil yoxlamakeçirilsə, bax, onda o qədər nöqsanlar üzə çıxar ki, düz xirtdəyə qədər. Görünür,kimlərəsə bu cür sərf eləyir və bu cür də təhsilimizin başına ip atıb ora-bura sürüyürlər.Qoy sürüsünlər! Axırda bir gün bu cür sürümələrin elmimizə necə ağır zərbə vurduğunuo sürüyənlər də biləcək. Onda hər şey gec olacaq.

Axı, dünyanın işıqlanmasındandanışırdıq. Bax, dünya qəfil işıqlansa, Azərbaycan məktəblərindəki nöqsanlar dabir-bir görünər. Hələ ki işıq lazım deyil, hələ ki elə bu cür sərf eləyir. Yazımızı istedadlı şairimiz Ramiz Rövşənin elə həmin şeirininaşağıdakı bəndiylə də bitirmək istəyirik. Çünki nə qədər desən də, yazsan da, birnəticə alınmır. Belə bir məsəl də var: «Dərman bildiyini eləyər, çax-çax baş ağırdar».Şeirin arxası belədir:

… Bu dünyada bəs kim qalar,

Kim böyüdər uşaqları?!

… Nə yaxşı ki, budünyamız

Yavaş-yavaş işıqlanır…


TƏQVİM / ARXİV