adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DƏMLƏNƏN QAZIMIZ

NİCAT NOVRUZOĞLU
58184 | 2018-03-12 17:49

Çayı qoymuşam dəmə.Dəm alır özü üçün, həm də mənim üçün. Dəmə düşdükcə suyunun üzərinə qalxır çay.Üzərini tam tutduqda hazırdı. Bir az geciksən qaynayar. Acı olar çayımız. Tələssəndə dəmsiz olar. Gərək vaxtında götürəsən odun üstündən. Noolsun ki, rəng qatıblar.Adı ki, çaydı. İçəndən sonrada vacibdir ki, stəkanını yaxalayasan. Yaxalanmamışqalsa içimizin rəngini görəcəyik orda.

Tək çay dəmlənmir.İnsanlarda dəmlənir. Onlar da özlərini dəmə qoyurlar. Bu dəmin suyu spirtdi. İçibdəmləşirlər. Olurlar əjdaha. Başlayırlar sağa-sola od püskürməyə. Həm ətrafındakılarıyandırırlar, həm də özlərini. Ya qəza törədirlər, ya da ki, cinayət. Can da alırlar. Cəzaların da.

Dəmlənibcan alan həm də qazdır. O hər zaman dəm olub. Elə bu səbəbdən adı dəm qazıdı. Budəmlilikdə həm də qaz var. İkisi bir yerdə daha güclüdü. Həm də ki, sakit. Dəm qazıcanı sakitcə alır. Bir də ayılırsan ki, hə... Dəm qazı "dəmləndirib" səni.

Bizhəmişə qazdan istifadə edirik. Həmən o dəmli qazdan. İstifadə edirik ki, bədənimizisinsin. Yeməyimiz isinsin, çayımız isinsin, başımıza axıtdığımız su isinsin. Oda bizə bu xidməti göstərir. Yanır bizim üçün. Amma bir də görürsənki həm yanır,həm də "dəmləndirir". Çıxır axırımıza sakit-sakit. Alır canımızı.

Maraqlandımki, ötən il nə qədər insanımızın nəbzini dəm qazı dayandırıb, tapa bilmədim. Yoxdurbelə rəqəm. Bunun statistikasını aparan yoxdu. Yəqin ya qazın dəmindən, ya da ki,dəmin qazından ehtiyat edirlər. Ya da ki, ölümün sakit gəlməsi hələ bizi ayıltmayıb.O səbəbdən statistikası da yatıb. Bəlkə də elə onu da dəmləndirib.

Məncə,insan ölümünün səbəblərinin statistikasıaparılmalıdı. Nə qədərimizin ürəyi partlayıb, nə qədərimizi xərçəng aparıb, nə qədərimiz qudurub ölüb, nə qədərimiz suda boğulub, nə qədərimiz yol qəzasında ölüb, nə qədərimizhəsrətdən ölüb, nə qədərimiz döyüşüb ölmüşük, nə qədərimizi maşın vurub və s. Ocümlədən də nə qədərimizi dəm qazı öldürüb. Yəqin ki, bu ölümlərin eləsi var ki,statistikləşir. Amma dəm qazının aldığı canların statistikası yoxdur.

Bizdə hər şeyə nəysə qatırlar. Qatqısız nəyimiz var? Qatılanları yazsam çox olar. Qatılmayanıda ki, tapa bilmədim. Deyirlər ki, dəm qazına nəysə qatırlar. Və bu qatqı havadaspesifik bir kütlə yaradır ki, insan bu kütlə içərisində çox qala bilmir. Bəlkədə düz deyirlər. Bəlkə də maraq var bu söhbətdə. Bunu yaza bilmərəm. Çünki bilmədiyimiyazmam. Bəlkə də qatmalıdırlar ki, qaz yansın.

Yazmaqistədiyim başqa məsələdir. Laqeydlikdir, məsuliyyətsizlikdir.

İnsanlarölür. Məsuliyyətsizlikdən də ölür. Həm də maarifsizlikdən də. Niyə kimsə çıxıb insanlarıbaşa salmır ki, dəm qazı istifadə etdiyiniz otaqlarda təhlükəsizlik üçün nə etməlisiniz?Niyə zamanı çatanda qapımızı pul üçün döyən məsullar bir gün də qapını döyüb dirəşmirlərki, tüstü bacanızı təmizləyək? Məgər onlar ancaq pul yığmaq üçünmü işə götürülüblər?Onların belə vəzifə borcları yoxdurmu?

Mənzilistismar sahələri, mənzil tikinti kooperativləri cibdən başqa tüstü bacasına dabaxsalar olmazmı? Qorxurlar ki, gözlərini tüstü tutar?

Sumqayıtda6 nəfər dəm qazından öldü. Ölənlərdən 3-ü uşaq idi. Gələcəyini bilmədiyimiz uşaq.Vəzifə və məsuliyyətini anlamayan kiminsə məsuliyyətsizliyinin güdazına gedən uşaq.Azdırmı? Yenəmi öldürək? Və ya yenəmi ölək?

Onlarölən gündən artıq bir neçə gün keçib. Zamanında yazmadım. Gözlədim. İzləyirdim KİV-i.Bu faciədən sonra bir adam çıxıb camaatı maarifləndirmir ki, necə edin ki, canınızıqaz almasın. Danışan olmadı. Əvəzində ailənin digər üzvünü axtarıb tapıb soruşdularki, sən niyə neçə gündür ata-ananla əlaqə saxlamırsanmış ki, biləsən ki, boğulubölüblər.

Gərəkonu da verəydilər dəm qazının caynağına ki,sən də öl.

Kimistər ki, ölsün? Amma hamı öləcək. Bəziləri də dəm qazından öləcək. Nə edək ki,ölməsinlər? Mən bu vaxtsız ölümdən necə qurtulmağın yolunu bildiyim qədəri ilə yazım.Bəlkə yaşamağınıza bir köməyimidəydi.

Yaşadığınız həyətevlərində tüstü bacanızı evinizin damından ən azı 1 metr yuxarıya qaldırın. Qoybacanız evinizdən hündür görsənsin. Qaz yandırdığınız vanna otağında qapının aşağıhissəsində bir neçə dəlik açın. Yaşadığınız binada tüstü bacalarının içərisinintəmizlənməsinə diqqət ayırın. Havanın buradan necə sorulmasını mütəmadi yoxlayın.Ki, çox yaşayasınız. Əgər istəyirsinizsə.


TƏQVİM / ARXİV